19 Mart 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar ucuzlaşaraq 48,69 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar azalaraq 50,87 dollar olub. Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,93 dollar bahalaşaraq 51,27 dollar təşkil edib.xeber100.com

Oktyabr 5, 2016 12:07

2017-ci ildə birbaşa aviasiya xətti açılacaq

2017-ci ildə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca Əmirliyi arasında birbaşa aviasiya xətti açılacaq. Bu barədə Azərtac-ın müxbirinə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov məlumat verib. Onun sözlərinə görə, artıq gələn ilin ilk ongünlüyündə Şarca Əmirliyindən Azərbaycana aviareyslərin açılması haqqında razılaşma əldə olunub. Hazırda uçuşların təşkili ilə əlaqədar məsələlər həll edilir və reyslərin ölkənin məhz hansı regionuna həyata keçiriləcəyi müəyyən olunur.xeber100.com

Oktyabr 5, 2016 12:02

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən…

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakının Sabunçu rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, layihələrdə ixtisaslaşdırılmış "yaşıl market"in, istixana təsərrüfatlarının, ət kəsimi, üzlük daşların, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.xeber100.com

Oktyabr 4, 2016 11:51

“Bakı Metropoliteni” QSC-nin məlumatı…

Bakıda yeni piyada keçidi istifadəyə verilib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində inşa olunan Bakı Metropoliteninin “Dərnəgül” elektrik deposu ərazisində yeraltı piyada keçidi istifadəyə verilib. M.Əliyev küçəsi 3126-27-ci məhəllədə inşa olunan piyada keçidi ətraf ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır. Belə ki, sakinlər tikintisi davam edən “Dərnəgül” elektrik deposunun həyətindən keçən müvəqqəti yoldan istifadə edirdilər. Bu da xüsusilə yağışlı havada bir sıra çətinliklər yaradırdı. Gələcəkdə depo ərazisindən keçməyin mümkün olmayacağını və sakinlərin rahatlığını düşünən Bakı Metropoliteni rəhbərliyi uzunluğu 154,36, eni 4, hündürlüyü isə 2,3 metr olan piyada keçidini artıq sakinlərin istifadəsinə verib. Layihəsi “Bakı Metropoliteni” QSC nəzdində fəaliyyət göstərən “Bakımetrolayihə” İnstitutu tərəfindən hazırlanan piyada keçidi Tikinti departamenti tərəfindən müasir standartlara cavab verən formada tikilib.xeber100.com

Oktyabr 4, 2016 11:45

Yüksək gəlir əldə etmək üçün yeni əmanət növü təklif edilir

“AGBank” ASC yüksək gəlir əldə etmək və vəsaitlərini etibarlı şəkildə qorumaq istəyən şəxslər üçün yeni əmanət növü təklif edir. Bankdan Azərtac-a bildiriblər ki, bank “Yüksək gəlir” adlı əmanət növü ilə fiziki şəxslərin manatla yerləşdirilən müddətli əmanətlərinə daha yüksək faiz dərəcəsi tətbiq edir. Yeni əmanət növünün faiz dərəcəsi 18 faizdir və bank müştərilərə minimum 12 ay, maksimum 24 ay müddətdə 100 AZN-dən başlayaraq istədiyiniz məbləğdə depozit yerləşdirmək imkanı verir. Eyni zamanda, müştərinin istəyi ilə əmanət üzrə faizlərin ödənişi üçün pulsuz Maestro (depozit) kartı və ya əmanətin məbləğindən asılı olaraq pulsuz plastik kart rəsmiləşdirilir.xeber100.com  

Oktyabr 4, 2016 11:42

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,57 dollar bahalaşaraq 48,81 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar artaraq 49,10 dollar olub. Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,43 dollar bahalaşaraq 50,34 dollar təşkil edib.xeber100.com

Oktyabr 4, 2016 11:39

“Kapital Bank”dan güzəştli kredit kampaniyası

"Kapital Bank" 5 oktyabr – Müəllimlər Günü münasibətilə oktyabrın 7-dək müəllimlər üçün yeni güzəştli kredit kampaniyası keçirir. Bankdan Azərtac-a bildiriblər ki, aksiya çərçivəsində "Kapital Bank"a müraciət edən müəllimlərə illik faiz dərəcəsində 5 faiz endirim təqdim edilir. Qeyd edək ki, "Gündəlik tələbat krediti"nin məbləği 300 – 15 min manat təşkil edir, müddəti isə 40 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul maaş və ya pensiyasını "Kapital Bank"dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.xeber100.com

Oktyabr 3, 2016 2:04

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar bahalaşaraq 48,24 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar ucuzlaşaraq 49,06 dollar olub. Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar ucuzlaşaraq 49,91 dollar təşkil edib.xeber100.com

Oktyabr 3, 2016 2:00

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb. Bankdan Azərtac-a bildiriblər ki, oktyabrın 3-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 71 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,5 faiz təşkil edib.xeber100.com

Oktyabr 3, 2016 12:25

“DəmirBank”ın əmanətçilərə təklifi…

“DəmirBank” müştərilərə əmanət yerləşdirərək qısa müddətə yüksək gəlir əldə etməyi təklif edir. Bankdan Azərtac-a bildiriblər ki, belə ki, AZN əmanətləri üzrə faiz dərəcəsi 3 ay üçün illik 13 faiz, 6 ay üçün isə illik 14 faiz təşkil edir. “DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə bankda 15 faizədək AZN valyutasında yerləşdirilmiş əmanətlərin fond tərəfindən sığortalanmasını təmin edir. İstənilən şəxs minimum 100 AZN ilkin mədaxil edib əmanət hesabı açdırmaqla bu imkandan yararlana bilər. Müştəri öz istəyinə əsasən faiz gəlirlərini aylıq, rüblük və ya müddətin sonunda əldə edə bilər.xeber100.com

Oktyabr 2, 2016 7:50
    Page 340 of 380« First«...102030...338339340341342...350360370...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az