23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Bakı Fond Birjasında istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

Fevralın 15-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108006948 ISIN-li, 25 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.BFB-dən Azərtac-a bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 91.6833 AZN (7 faiz) və 100.6589 AZN (4.85 faiz) manat olan 22 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 97.8399 AZN (5.5 faiz) manat, orta ölçülmüş qiyməti 97.9426 AZN (5.4759 faiz) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 103 milyon 382 min 100 manat, yerləşdirilmiş həcmi isə 37 milyon 500 min manat təşkil edib. İstiqrazlar 2027-ci il fevralın 9-da ödəniləcək. Hərrac iştirakçıları fevralın 16-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.xeber100.com

Fevral 15, 2022 1:11

“Azərenerji” ASC-nin məlumatına görə…

Ağdam rayonundan əlavə Laçın rayonunda yeni 110/35/10 kilovoltluq yarımstansiya tikiləcək.Bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, Kəlbəcərdən Laçına 110 kilovoltluq yeni xətt çəkiləcək. Eyni zamanda, həmin xətt Qubadlı yarımstansiyasına birləşdiriləcək. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurun dairəvi elektrik təchizat sxemi yaradılacaq.xeber100.com

Fevral 15, 2022 1:08

Mərkəzi Bank fevralın 15-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 15-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.AMB-dən Azərtac-a bildirilib ki, bankın fevralın 15-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.xeber100.com

Fevral 14, 2022 1:24

“Brent” markalı neftin bir barelinin qiyməti 0,27 dollar azalıb

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,27 dollar azalaraq 91,28 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,17 dollar ucuzlaşaraq 89,49 dollar olub.xeber100.com

Fevral 10, 2022 12:23

Mərkəzi Bank fevralın 10-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 10-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.AMB-dən Azərtac-a bildirilib ki, bankın fevralın 10-dan etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.xeber100.com

Fevral 9, 2022 3:20

Bakı Fond Birjasında qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Fevralın 9-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildirilib ki, hərraca çıxarılan notun həcmi 100 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar martın 9-da ödəniləcək. Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyri-rəqabətli) olmamalıdır və verilmiş sifarişlərin nominal məbləği hərraca çıxarılmış notların həcmindən artıq olmamalıdır. Notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək. Təqdim olunan sifarişlər üzrə qiymət diapazonu 99.4205 - 99.5351 təşkil edir. Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.xeber100.com

Fevral 8, 2022 3:10

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,27 dollar artaraq 93,54 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 92,03 dollar olub.xeber100.com

Fevral 7, 2022 11:58

“Bees Airline” aviaşirkəti Gəncəyə uçuşlar həyata keçirməyi planlaşdırır

“Bees Airline” aşağı büdcəli aviaşirkəti bu ilin yayından Kiyevdən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə uçuşlar həyata keçirməyi planlaşdırır.Bu barədə şirkətin kommersiya direktoru Aleksandr Djidjor məlumat verib.Aşağı büdcəli aviaşirkət hələ bilet satışına başlamasa da, Ukrayna Dövlət Aviasiya Administrasiyasından Kiyevdən Gəncəyə həftədə iki dəfə müntəzəm uçuşlar həyata keçirmək hüququnu alıb.Kiyev-Gəncə-Kiyev aviaşirkətin Azərbaycana ikinci reysi olacaq. Belə ki, “Bees Airline” artıq Gəncəyə Odessadan uçuşlar həyata keçirir. Kiyevdən uçuşlara başladıqdan sonra isə bu marşrutu dayandırmaq niyyətindədir.xeber100.com

Fevral 4, 2022 10:21

“Light” markalı neftin bir barelinin qiyməti 0,58 dollar bahalaşıb

Dünya birjalarında neft qiymətləri bahalaşıb.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,36 dollar artaraq 91,47 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,58 dollar bahalaşaraq 90,85 dollar olub.xeber100.com

Fevral 4, 2022 10:16

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,54 dollar artıb

Azərbaycan neftinin qiyməti bahalaşıb.“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,54 dollar artaraq 94,74 dollar olub.Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 2-də 94 dollardan baha satılıb.Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 29-da (94,66) qeydə alınmışdı.xeber100.com

Fevral 2, 2022 11:22
    Page 35 of 380« First«...102030...3334353637...405060...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az