05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Estrada janrında mahnı müsabiqəsi elan olunub

“Mədəniyyət” kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə bəstəkarlar arasında estrada janrında mahnı müsabiqəsi elan olunub.Azərtac xəbər verir ki, “Mədəniyyət” kanalının direktoru R.Qasımovun sözlərinə görə, müsabiqənin əsas məqsədi müasir estrada mahnılarının yaranmasına xidmət etmək, eyni zamanda, bəstəkarlar tərəfindən yazılan mahnıları üzə çıxarmaq, istedadlı gənclərə dəstək olmaqdır. Müsabiqə, həmçinin ölkəmizin müasir iqtisadi-mədəni inkişafının mədəni müstəvidə işıqlandırılmasını təmin edəcək, habelə yüksək səviyyəli mədəniyyət nümunələri geniş tamaşaçı kütlələri arasında təbliğ olunacaq.xeber100.com

Avqust 4, 2017 12:22

MDB ölkələri arasında əməkdaşlıq məsələsi müzakirə edilib

Qırğızıstanda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin mədəniyyət sahəsində əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunur.Azərtac xəbər verir ki, MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının iki günlük toplantısının gündəliyinə 16 məsələ salınıb. İştirakçılar 2016-2020-ci illər üzrə mədəniyyət sahəsində əməkdaşlığa dair əsas tədbirlərin icrasını da müzakirə edəcəklər. 2018-ci ilin MDB-də mədəniyyət ilinin elan edilməsi ilə bağlı hazırlanan tədbirlər planı təsdiqlənəcək ki, bu barədə qərarı üzv ölkələrin Dövlət Başçıları Şurası verib. Plana əsasən xalqların milli-mənəvi dəyərləri, tarixi ənənələri, incəsənəti, folkloru, dili ilə bağlı 87 tədbir keçiriləcək.xeber100.com

Avqust 4, 2017 12:16

“Retro Bakı” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri avqustun 4-ü və 5-də saat 19:00-da Fəvvarələr Meydanında olacaq.İdarədən Azərtac-a bildirilib ki, bu həftənin konsert proqramında tanınmış müğənnilər – Əməkdar Artist Lalə Məmmədova və Niyam Salami maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.xeber100.com

Avqust 3, 2017 12:00

Milli Dram Teatrı beynəlxalq festivala hazırlaşır

Avqustun 2-dən 8-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təmsil edəcək.Bu barədə Azərtac-a teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib. Onun sözlərinə görə, festivalda rejissor Anar Sadıqovun Əməkdar Artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. Qeyd edək ki, festivalda Rusiya, Ukrayna, İsveçrə, Gürcüstan, Kanada və digər ölkələr təmsil olunacaq.xeber100.com

Avqust 2, 2017 12:24

2 avqust Azərbaycan Kinosu Günüdür

Bu gün Azərbaycan Kinosu Günüdür.Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.Bu il 119-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.xeber100.com

Avqust 2, 2017 12:21

Rəssamlar İttifaqında “Yay” adlı rəsm sərgisi açılacaq

Avqustun 7-də Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Yay” adlı rəsm sərgisi açılacaq. Sərgi Yaradıcı Qadınlar Assosiasiyası və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə təşkil ediləcək.Bu barədə Azərtac-a Yaradıcı Qadınlar Assosiasiyasının rəhbəri Afaq Hüseynova məlumat verib. O deyib ki, sərginin ekspozisiyasında Yaradıcı Qadınlar Assosiasiyasının üzvü olan 60-dək fırça ustasının 150-dən çox sənət əsəri nümayiş olunacaq. Eyni zamanda, sərgidə rəngkarlıq, yağlı boya, akvarel, və dekorativ tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretlər və heykəltəraşlıq sənətinə aid əsərlər təqdim ediləcək. Sərgidəki rəsmlərdə qadın gözəlliyi və xoşbəxtliyi, gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlığın ifadə olunduğu mövzulara yer verilir.Sərgi bir həftə davam edəcək.xeber100.com

Avqust 2, 2017 12:16

Beynəlxalq Ankara İncəsənət Festivalına start verilib

Türkiyənin paytaxtında şəhər bələdiyyəsinin təşkilatçılığı ilə yeddinci Beynəlxalq Ankara İncəsənət Festivalına start verilib.Anadolu agentliyinin məlumatına görə, festival tanınmış türkiyəli müğənnilər Əmrə Aydın və Şüa Qaracanın birgə verdikləri konsert proqramı ilə başlayıb. Festival çərçivəsində müxtəlif sərgilərin, mini konsertlərin, poeziya axşamlarının, rəqslərin və s. təşkil olunacağı planlaşdırılır. Festivalda Ankarada yaşayan həmvətənlərimiz də iştirak edirlər.Doqquz gün davam edəcək festival Atatürk Mədəniyyət Evində keçirilir.xeber100.com

İyul 31, 2017 11:17

“YARAT Freestyle” layihəsi çərçivəsində

Avqustun 3-də “YARAT” Müasir İncəsənət Mərkəzi “YARAT Freestyle” layihəsi çərçivəsində “Tantra-yoqa və meditasiya” mövzusunda mühazirə təşkil edəcək.Azərtac xəbər verir ki, Fidan Qədirin rəhbərliyi ilə rus dilində gerçəkləşəcək mühazirə Azərbaycan dilinə tərcümə ilə aparılacaq.Mühazirədə iştirak etmək istəyənlər mərkəzə müraciət edə bilərlər. Giriş sərbəstdir.xeber100.com

İyul 31, 2017 11:11

Uşaq müsabiqəsinə qeydiyyat davam edir

Xətai Sənət Mərkəzində “Mənim yay tətilim-2017” adlı respublika uşaq müsabiqəsinə qeydiyyat davam edir.Mərkəzdən Azərtac-a bildirilib ki, müsabiqə məktəblilərin yay tətili xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədilə təşkil edilib.Müsabiqəyə 15 yaşadək fırça ustaları ən çox üç sənət əsəri ilə qatıla bilərlər. Mövzu və düzgün kompozisiyaların üstünlük veriləcəyi müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işlədikləri əsərlər seçiləcək.xeber100.com

İyul 31, 2017 11:09

IX Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək

Bu gün axşam saatlarında IX Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək.Azərtac xəbər verir ki, festivalın keçiriləcəyi məkanlarda hazırlıq işləri başa çatdırılıb. Səhnə tərtibatı qurulub, alət və avadanlıqlar yerləşdirilib. Yerli və əcnəbi musiqiçilər dünən Qəbələyə gələrək otellərdə yerləşiblər.Beynəlxalq Musiqi Festivalında Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorlar iştirak edəcək, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera, Dövlət Akademik Opera və Balet Teatrının simfonik, İngiltərənin Femusa kamera orkestrlərinin və digər qrupların çıxışları olacaq.Avqustun 3-dək davam edəcək festival çərçivəsində Qəbələ, Şəki və İsmayıllıda 15-ə yaxın konsertin verilməsi nəzərdə tutulur.xeber100.com

İyul 29, 2017 12:07
    Page 115 of 218« First«...102030...113114115116117...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az