Fevralın 21-də Muzey Mərkəzinin sərgi qalereyasında amerikalı rəssam Şeyn Quffoqqun “The observer is the observed” adlı beynəlxalq rəsm sərgisi açılıb.Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış edərək deyib ki, bu sərgini ölkəmizin mədəni həyatında hadisə kimi dəyərləndirə bilərik.Qeyd edilib ki, Amerikalı rəssamın yaradıcılığının pərəstişkarları və əsərlərinin kolleksiyaçıları sırasında Bill Klinton, Hillari Klinton, Dastin Hoffman, Meq Rayan, Ed Harris, Şon Uilyam Skott və başqa tanınmış şəxslərin adlarını qeyd etmək olar. Rəssamın əsərləri dünyanın məşhur muzeylərində saxlanılır. Sərginin ekspozisiyası iki hissədə təqdim edilib. Birinci hissədə rəssamın 2008–ci ilədək, yəni yaradıcılığının erkən dövrünə aid əsərləri nümayiş olunur. Hər bir iş əsərə daxili parıltı effekti verən 80 yarımşəffaf rəng qatından ibarətdir. İkinci hissədə rəssamın Leonardo da Vinçiyə həsr etdiyi əsərlər yer alıb. Ümumiyyətlə, rəssamın sərgidə 73 rəsm və heykəltəraşlıq əsəri nümayiş etdirilir.Aprelin 6-dək davam edəcək sərgi çərçivəsində bir çox mədəni-maarif tədbirləri təşkili nəzərdə tutulub.xeber100.com