21 Mart 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Bir eksponatın tarixi” layihəsi çərçivəsində…

Fevralın 18-də Azərbaycan Xalça Muzeyində muzeyin kolleksiyasında saxlanılan ən qədim və nadir eksponatlardan olan “Qafqaz Albaniyasının Yaloylutəpə tipli qab”ın tarixi haqqında məlumat veriləcək.Muzeydən Azərtac-a bildirilib ki, tədbir “Bir eksponatın tarixi” layihəsi çərçivəsində reallaşacaq. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı tədbirdə geniş məruzə ilə çıxış edəcək.xeber100.com

Fevral 16, 2017 11:10

Muğam Mərkəzində konsert proqramı təşkil ediləcək

Martın 26-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar Artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm qrupu”nun “Ritm varsa həyat var” adlı solo konserti keçiriləcək.Muğam Mərkəzindən Azərtac-a bildirilib ki, biletləri şəhərin kassalarında, “Asan xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.Konsertdə müxtəlif milli musiqi ritmləri ilə yanaşı, biri-birindən maraqlı xarici ritmlər də səslənəcək.xeber100.com

Fevral 15, 2017 12:09

Kinematoqrafçılar İttifaqının məlumatı

Kinematoqrafçılar İttifaqı operator-rejissor Rasim Ocaqovun adına təqaüd təsis edib.Qurumun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, görkəmli kinorejissorun adına olan təqaüd Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə təsis edilib və ən yaxşı oxuyan, istedadı ilə fərqlənən tələbəyə verilib.xeber100.com

Fevral 15, 2017 12:06

“Xocalı” adlı rəsm sərgisi açılacaq

Fevralın 27-də Bakıda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı” adlı rəsm sərgisi açılacaq.Azərtac xəbər verir ki, sərgidə eyniadlı müsabiqəyə sözügedən mövzu ilə bağlı təqdim olunmuş sənət əsərləri nümayiş olunacaq. İki gün davam edəcək sərgi İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək.Sərgi çərçivəsində qalib iştirakçılar mükafatlandırılacaq.xeber100.com

Fevral 15, 2017 12:02

“British Council Azərbaycan”ın məlumatı

“British Council” təşkilatı “ASAN” radio və “YARAT” Müasir İncəsənət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Selector PRO” adlı musiqi forumu təşkil edəcək.“British Council Azərbaycan”dan Azərtac-a bildirilib ki, Böyük Britaniyanın və Azərbaycanın görkəmli musiqi nəzəriyyəçilərinin və mütəxəssislərinin bir arada toplandığı bu forum fevralın 23-də başlamaqla iki gün davam edəcək.“YARAT” Müasir İncəsənət Mərkəzində baş tutacaq forumun proqramına radio verilişlərinin hazırlanma prosesini müzakirə etmək məqsədilə radio DJ-ləri üçün təşkil olunan seminarlar, habelə, hər iki ölkənin musiqi sənayesini müzakirə etmək üçün keçirilən ictimai tədbirlər daxildir.xeber100.com

Fevral 15, 2017 11:55

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Fevralın 21-də “YARAT” Müasir İncəsənət Məkanında kinorejissor Murad Abiyevin “Köhnə Bakı ölməyib” qısametrajlı filmi nümayiş olunacaq.İncəsənət Məkanından Azərtac-a bildirilib ki, film həyat yoldaşını itirən, monoton ömür sürən Ağarəhim adlı kişinin əhvalatından bəhs edir. Qeyd edək ki, film Azərbaycan dilində rus dili alt yazıları ilə təqdim olunacaq.xeber100.com

Fevral 15, 2017 11:51

Gənc Tamaşaçılar Teatrı təqdim edir

Fevralın 19-da Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan “Hasarın o üzü” tamaşası 25-ci dəfə göstəriləcək.Teatrdan Azərtac-a bildirilib ki, bu səhnə əsəri yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı Səyavuş Kərimidir.Tamaşada rolları Xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı və b. canlandıracaqlar.xeber100.com

Fevral 14, 2017 11:30

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin məlumatı

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə mədəniyyət evində kinoteatr fəaliyyətə başlayıb.İdarədən Azərtac-a bildirilib k, kinoteatrın 300 nəfərlik zalı Şüvəlan və ətraf qəsəbə sakinlərinin asudə vaxtlarını daha maraqlı və əyləncəli keçirmələri üçün imkan yaradır. Kinoteatrda ilk ictimai baxış rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” adlı filmi olub.Qeyd edək ki, kinoteatrda martın sonunadək "Azərbaycanfilm” kinostudiyasının “Bizim kino günləri” layihəsi çərçivəsində filmlər nümayiş olunacaq. Həmçinin kinoteatrda komediya, dram, fantastik janrlarda olan filmlər, azyaşlı tamaşaçılar üçün isə cizgi filmləri təqdim ediləcək.xeber100.com

Fevral 14, 2017 11:25

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə…

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yazıçı-dramaturq Aqşin Babayevin “Səhnə. Ekran. Efir” adlı kitabı işıq üzü görüb.Azərtac bildirir ki, kitab “Şərq-Qərb” nəşriyyat evində yüksək poliqrafiq səviyyədə çap olunub.Kitabda müəllif haqqında deyilir: “Aqşin Babayevin “Xilaskar”, “Oğul”, “Bir parça həyat”, “Yaralar”, “Kim nə deyər...”, “Nekroloq”, “Olmuş əhvalat”, “Dəvətnamə”, “Mükafat”, “Əzizim Vətən yaxşı”, “Gecikmiş bahar” və başqa pyesləri teatr səhnələrində və televiziya ekranlarında nümayiş etdirilib, radio dalğalarında səsləndirilib. Onun ulu öndər Heydər Əliyevə həsr etdiyi “Xilaskar” pyesi İrəvan Dövlət Azərbaycan Dram Teatrının quruluşunda Türkiyədə, Rusiyada, Gürcüstanda uğurla tamaşaya qoyulub. A.Babayevin əsərləri Amerika, Almaniya, Rusiya, Moldova və başqa ölkələrdə nəşr olunub”.Yeni kitabda Aqşin Babayevin 17 pyesi verilib. Mövzusu real həyatımızdan alınan bu əsərlərin böyük bir qismi teatr səhnələrində nümayiş olunub, Azərbaycan televiziyası və radiosunun qızıl fonduna daxil edilib.xeber100.com

Fevral 14, 2017 11:22

“Park Bulvar”da aksiya təşkil olunacaq

Fevralın 14-də “Park Bulvar”da “Kitab tutan əllər” adlı aksiya təşkil olunacaq. 14 fevral - Beynəlxalq Kitab Bağışlanma Gününə həsr olunacaq aksiya F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə gerçəkləşəcək.Kitabxanadan Azərtac-a bildirilib ki, mərasim Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs qrupunun ifasında “Kitab tutan əllər” adlı fleşmob rəqsi ilə açılacaq.Tədbirdə uşaqların sevimli yazarları Aygün Bünyadzadə, Elvira Məmmədova, Gülzar İbrahimova, Reyhan Yusifqızı və digərləri iştirak edəcəklər.xeber100.com

Fevral 13, 2017 2:44
    Page 146 of 218« First«...102030...144145146147148...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az