03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin məlumatı

Fevralın 16-da altıncı “Muğam televiziya müsabiqəsi”nin seçim turları başa çatacaq.“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, münsiflər heyəti fevralın 13-dən başlayaraq 4 gün ərzində müsabiqəyə Bakı şəhərindən qatılan 170 gəncin ifasını dinləyəcək.Ümumiyyətlə, builki müsabiqəyə 300-dən çox ifaçı qatılıb. Onlardan 6-sı qonşu İran İslam Respublikasındandır. İsmayıllı, Gəncə, Bərdədə və Ağcabədidə keçirilən seçimlər zamanı 38 ifaçı müsabiqənin II turuna vəsiqə qazanıb.Altıncı “Muğam televiziya müsabiqəsi”nin martda başlaması gözlənilir.xeber100.com

Fevral 13, 2017 11:22

Xətai Sənət Mərkəzində eskiz müsabiqəsinə start verilib

Bakı Xətai Sənət Mərkəzində “Eskizimdə sizi düşündüm” adlı eskiz müsabiqəsinə start verilib.Azərtac xəbər verir ki, tələbələr arasında keçirilən müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunub. Məqsəd müasir eskiz planlamanın inkişafına stimul yaratmaq, müasir Azərbaycan infrastrukturunun - yaşayış massivləri, binalar, məktəblər, istirahət mərkəzləri, xəstəxanalar, marketlər, ofislər, yollar və başqa kommunikasiya sistemlərinin daha müasir və planlı tərtibatına nail olmaqdır.xeber100.com

Fevral 13, 2017 11:17

Böyük Teatrda “Çar gəlini” operası nümayiş etdiriləcək

Martın 3-dən 5-dək Böyük Teatrda Nikolay Rimski-Korsakovun "Çar gəlini" operası nümayiş etdiriləcək.Azərtac teatrın saytına istinadla xəbər verir ki, martın 3-də və 5-də bu səhnə əsərində Qriqori Qriqoryeviç Qryaznoyun partiyasını əməkdar Artisti Elçin Əzizov ifa edəcək.Xatırladaq ki, E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir.xeber100.com

Fevral 13, 2017 11:12

“Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində…

Fevralın 11-də Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə mühazirə və ustad dərsləri keçirilib.Dərslərdə Rəssamlar İttifaqının üzvü, bir çox portret və süjetli xalçaların müəllifi, əsərləri dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan, Azərbaycan Xalça Muzeyinin xalçaçı-rəssamı Taryer Bəşirovun və muzeyin Şuşa filialının müdiri Səbinə Əzizovanın “Çətən dünyanı gəzər, yurdumu bəzər” adlı mühazirələri dinlənilib.Xalça Muzeydən Azərtac-a bildirilib ki, mühazirədə 33 il xalçaçı-rəssam kimi fəaliyyət göstərən, bir sıra portret, tematik xalça və çətənlərin müəllifi olan Taryer Bəşirov bu sənətin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və məişətdəki əhəmiyyətindən bəhs edib. Xalçaçı-rəssamın müəllifi olduğu “Nizami-850”, “İçərişəhər”, “Oğuznamə”, “XX əsrin korifeyi” adlı müasir çətən nümunələrindən ibarət sərgi də açılıb.xeber100.com

Fevral 12, 2017 1:30

“ÜNS” Yaradıcılıq Mərkəzi təqdim edir

Fevralın 14-də “ÜNS” Yaradıcılıq Səhnəsində Sevgililər Gününə həsr olunmuş “Sevdiyim insan” adlı konsert təqdim ediləcək.“ÜNS”dən Azərtac-a bildirilib ki, konsertdə Azərbaycan Dövlət Simli Kvarteti, “LUMİNEUX” vokal ansamblı və solistlər Səidə Tağızadə, Nərgiz Kərimova çıxış edəcəklər.Biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə etmək olar.xeber100.com

Fevral 12, 2017 1:26

Bəstəkarlar İttifaqında xatirə tədbiri keçirilib

Fevralın 9-da Bəstəkarlar İttifaqında musiqişünas Natiq Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.Azərtac xəbər verir ki, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək  pedaqoqun həyat və yaradıcılığından danışıb.Vurğulanıb ki, N.Vəliyev musiqi sənətinə töhfələr verməklə yanaşı, hər zaman yeni-yeni yaradıcılıq axtarışlarında olub, öz pedaqoji fəaliyyəti ilə bir sıra nailiyyətlərə imza atıb. Diqqətə çatdırılıb ki, N.Vəliyevin uşaq musiqi məktəbləri üçün tərtib olunan tədris proqramlarının hazırlanmasında göstərdiyi xidmətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Onun xatirəsinin hər zaman qəlblərdə yaşayacağını söyləyən natiq N.Vəliyevin yaradıcılıq yolunun gələcək nəsillərə örnək olacağını bildirib.Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov, Zemfira Qafarova və Kamilə Dadaşzadə çıxış edərək unudulmaz pedaqoqun həyat və yaradıcılığından danışıblar, onunla bağlı xatirələrini bölüşüblər.xeber100.com

Fevral 10, 2017 12:34

Gənc Tamaşaçılar Teatrının məlumatı

Fevralın 24-də  Gənc Tamaşaçılar Teatrının kollektivinin iştirakı ilə Pirallahı qəsəbə Mədəniyyət Evində Xocalı faciəsinin qurbanlarının xatirəsi anılacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tədbir Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutacaq.Faciənin 25-ci ildönümü münasibətilə Mədəniyyət Evində Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan S.Elsevərin “Ürəyində arzu tut” əsəri əsasında hazırlanmış “Arzu və Murad” tamaşası nümayiş ediləcək.Fevralın 26-da isə adıçəkilən tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq. Tamaşanın təqdimatından əvvəl teatrın kollektivi “Ana fəryadı” abidəsini ziyarət edərək faciə qurbanlarının xatirəsini yad edəcəklər.xeber100.com

Fevral 10, 2017 12:18

“YARAT FreeStyle” layihəsi çərçivəsində…

“YARAT” Müasir İncəsənət Mərkəzində “İnteryer dizaynında dünya tendensiyaları. Maison & Objet-2017 sərgisinin nəticələri” mövzusunda mühazirələr dinlənilib.Azərtac xəbər verir ki, “YARAT FreeStyle” layihəsi çərçivəsində gerçəkləşən mühazirələrdə interyer dizaynın qlobal tendensiyaları, o cümlədən Parisdə keçirilən “Maison & Objet-2017” sərgisi haqqında məruzələr dinlənilib.Tanınmış ukraynalı dizayner Viktoriya Yakuşanın rəhbərliyi ilə reallaşan mühazirələrdə mövcud rəng və işıq nüansları, dekor və material seçimində diqqət yetirilməli vacib məqamlar, habelə dekor-material uyğunluğundan danışılıb.Həmçinin mühazirədə ekoloji interyer, təbii materiallardan istifadə, habelə müasir dövrün ən aktual tendensiyası – forma lakonikliyi və faktura zənginliyi haqqında məlumatlar verilib.xeber100.com

Fevral 10, 2017 12:15

VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək

Martın 27-dən aprelin 4-dək Moskvada VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək. Festival görkəmli musiqiçinin anadan olmasının 90 illik yubileyinə həsr ediləcək.Azərtac xəbər verir ki, bu barədə məlumat festivalın rəsmi saytında və Mstislav Rostropoviç Fondunun “facebook” səhifəsində yer alıb.Festivalın bədii rəhbəri Olqa Rostropoviçin sözlərinə görə, yubiley festivalının əsasında Mstislav Rostropoviçin həyat və yaradıcılığında mühüm yer tutmuş dörd ölkənin - Rusiya, ABŞ, Fransa və Yaponiyanın musiqi mədəniyyətlərinin qarşılıqlı əlaqəsi dayanır. Festivalın təntənəli açılış mərasimi ənənəvi olaraq M.Rostropoviçin doğum günündə - martın 27-də P.Çaykovski adına Moskva Konservatoriyasının böyük zalında olacaq.xeber100.com

Fevral 10, 2017 12:13

Klassik musiqi axşamı təşkil olunacaq

Fevralın 28-də Filarmoniyada klassik musiqi axşamı təşkil olunacaq.Filarmoniyadan Azərtac-a bildirilib ki, musiqili gecədə Azərbaycan Dövlət Fortepiano Triosu çıxış edəcək.Konsert çərçivəsində Azərbaycan və Avropa bəstəkarlarının fortepiano üçün yazdığı musiqi əsərləri və bir sıra klassik kompozisiyalar səslənəcək.Konsertdə, həmçinin ali və orta ixtisas musiqi məktəblərinin tələbə və şagirdləri də iştirak edəcək.xeber100.com

Fevral 9, 2017 12:08
    Page 147 of 218« First«...102030...145146147148149...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az