03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Pantomima Teatrı fevral repertuarını açıqlayıb

Azərbaycan Dövlət Pantomima Teatrı fevral ayında maraqlı tamaşalarla çıxış edəcək.Azərtac teatrın fevral repertuarını təqdim edir. 4 fevral - “Son Ştrix"” 5 fevral - “Fəlakət və İnsan” (uşaq tamaşası), “Ora- Bura” 11 fevral - “Pantomima buketi” 12 fevral - “Fəlakət və İnsan” (uşaq tamaşası), “Dejavü” 18 fevral - “Katarsis” 19 fevral - “Fəlakət və İnsan” (uşaq tamaşası), “Ağ bığlılar” 25 fevral - “Adajio” 26 fevral- “Undergraund” (yeni tamaşa).xeber100.com

Yanvar 21, 2017 11:51

Rus Dram Teatrı fevral repertuarını təqdim edir

Rus Dram Teatrının fevral repertuarında böyüklər və uşaqlar üçün maraqlı tamaşalar yer alıb.Azərtac teatrın fevral ayı üçün repertuarını təqdim edir: 3 fevral - “Yeni il gecəsində məhəbbət intriqaları”; 4 fevral – “Artistin taleyi”; 5 fevral - “Həddindən artıq evli taksi sürücüsü”; 9 fevral – “Karamazov qardaşları”; 10 fevral - “Məhəbbətlə zarafat etmirlər”; 11 fevral – Rusiya aktyorlarının qastrolu; 12 fevral - “Afina axşamları”; 16 fevral – “Yeddi gözəl”; 17 fevral – “Bliss ailəsi”; 18 fevral – “Şəhrizadın daha bir gecəsi”; 19 fevral – “Xalam Bundu”; 23 fevral – “Qürur və qərəz”; 24 fevral - “Kazanova: sevgi dərsləri”; 25 fevral – “Əli və Nino” (premyera); Uşaqlar üçün: 4 fevral – “Nağılı tap-1!”; 5 fevral – “Nağılı tap-2!”; 11 fevral - “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”; 12 fevral - “Durna balığının buyruğu ilə”; 18 fevral - “Gəlin, nağıla baxaq”; 19 fevral - “Güləbətin tikən qız və süpürgəçi”; 25 fevral - “Anam, atam və mən!” (Yeni il gecəsində sehrbazlıq).xeber100.com  

Yanvar 21, 2017 11:47

“MENAR” film festivalı çərçivəsində…

Sofiyada keçirilən “MENAR” film festivalı çərçivəsində Azərbaycan filmi gecəsi təşkil olunub.Gecədə Bolqarıstanın dövlət və hökumət nümayəndələri, deputatlar, bu ölkənin aparıcı QHT və KİV təmsilçiləri, Sofiyada akkreditə olunan diplomatik korpusların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və üzvləri iştirak ediblər.Sofiya şəhərinin meri Yordanka Fandıkova tərəfindən tədbir iştirakçılarına təbrik məktubu ünvanlanıb.Sayca 9-cu olan bu festivalda ilk dəfə olaraq Azərbaycan filmləri nümayiş olunub.Qeyd edək ki, festival bolqar cəmiyyətinə İslam dünyasının mədəniyyəti və ənənələri ilə tanış olmaq imkanı yaradır. “MENAR” film festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. 2009-2016-cı illər ərzində təşkil olunan festivallarda Yaxın Şərq, Mərkəzi Asiya və Şimali Afrika regionundan 300-dən çox film nümayiş etdirilib.xeber100.com

Yanvar 19, 2017 1:25

Adajio” tamaşası nümayiş olunacaq

Pantomima Teatrında yanvarın 22-də Bəxtiyar Xanızadənin ssenarisi əsasında hazırlanan “Adajio” tamaşası nümayiş olunacaq.Teatrdan Azərtac-a bildirilib ki, “Adajio” müasir Azərbaycan şairlərinin lirikası üzərində qurulmuş ədəbi-musiqili, sözlü-pantomimalı kompozisiyadır.xeber100.com

Yanvar 19, 2017 1:20

“Uğurlu rəsm əsəri” müsabiqəsinin yekun sərgisi açılıb

Yanvarın 19-də Rəssamlar İttifaqında “Uğurlu rəsm əsəri” müsabiqəsinin yekun sərgisi açılıb.Azərtac xəbər verir ki, sərgidə müsabiqədən seçilmiş 17 rəngkarlıq, 11 qrafika, 8 heykəltəraşlıq və 6-dək xalçaçılıq, yağlı boya, akvarel və batika janrında olmaqla 40-dək fırça ustasının əsərləri yer alıb.Bir həftə davam edəcək sərgi çərçivəsində “Uğurlu rəsm əsəri” seçiləcək, qaliblər diplom və hədiyyələrlə təltif olunacaq.xeber100.com  

Yanvar 19, 2017 1:07

Musiqili Teatrın məlumatına görə…

Musiqili Teatr İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.Teatrın mətbuat xidmətindən bildirilib ki, Musiqili Teatr festivalda Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyasını təqdim edib. Anşlaqla keçən tamaşa dünyanın təqribən 20 ölkəsinin təmsil olunduğu festival iştirakçıları və təbrizli tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. “Ər və arvad”ın ifaçılarını uzun müddət sürəkli alqışlara qərq etməklə sevgilərini ifadə edən tamaşaçılar onları dəfələrlə səhnəyə dəvət ediblər. Məhz bu böyük sevginin nəticəsi olaraq təbrizli tamaşaçıların xahişi ilə istisna olaraq “Ər və arvad” tamaşası ikinci dəfə nümayiş olunub.xeber100.com

Yanvar 18, 2017 2:01

Opera və Balet Teatrı təqdim edir

Yanvarın 31-də Opera və Balet Teatrının səhnəsində İohann Ştrausun “Düyməcik” baleti təqdim olunacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, uşaqlar üçün nəzərdə tutulmuş tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq Artisti, xoreoqraf Liliya Sabitova, quruluşçu-rəssam isə Rusiyanın tanınmış teatr rəssamı Dmitri Çerbacıdır.Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.Səhnə əsərində teatrın balet truppasının aktyorları çıxış edəcək.xeber100.com

Yanvar 18, 2017 1:53

“YARAT” Müasir İncəsənət Mərkəzində təqdimat

“YARAT” Müasir İncəsənət Mərkəzində C.Zaidovun ekranlaşdırdığı “Kənarda” qısametrajlı filmi nümayiş olunub.Azərtac xəbər verir ki, öncə film nümayiş olunub.15 dəqiqəlik ekran əsəri 1912-ci ildə Cənub qütbünə səfər edən Britaniya ekspedisiyasının son günlərindən bəhs edib. Dörd nəfərlik ekspedisiyanın rəhbəri Robert Skottdur. Onlar Antarktidanın sonsuz səhrasında çətinliklərlə mübarizə aparırlar. Tədqiqatçılardan biri - ciddi zədə almış və donmuş Titus Uots mənəvi seçim qarşısındadır...Sonda qonaqların suallarını cavablandıran rejissor belə filmlərin davamlı olacağını qeyd edib.xeber100.com

Yanvar 18, 2017 1:45

Milli Arxiv İdarəsinin məlumatına görə…

Milli Arxiv İdarəsində istifadəçilərin rahatlığının təmin edilməsi məqsədilə elektron xidmətlərin təqdim olunması, arxiv həyatına aid olan məsələlərin işıqlandırılması, bütün sahələrə aid olan arxiv sənədlərinin ictimaiyyətə daha da geniş çatdırılması üçün lazımi tədbirlər görülməkdə davam edir.İdarədən Azərtac-a bildirilib ki, ötən ildə bu məqsədlə rəsmi sayt vasitəsilə üç virtual sərgi təşkil olunaraq istifadəçilərin ixtiyarına verilib.Milli Arxiv İdarəsinin müraciətinə əsasən RYTN-nin Məlumat Hesablama Mərkəzi tərəfindən EAMS Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrinə daxil edilərək ona İE152601001 reyestr nömrəsi verilməklə sistem rəsmi çıxarışla təmin edilib. Bundan əlavə, hazırda EAMS üzrə fond siyahılarının elektron versiyalarının yaradılması üzərində iş davam etdirilir. Bu sistemin daxilində dövlət arxivləri, dövlət arxivinin filiallarında mühafizə edilən bütün fondlar haqqında müfəssəl məlumat mövcuddur. Cari ildə dəyişən tərkibli rayon dövlət arxivlərində də mühafizə edilən fondların və fondların tərkibində olan arxiv siyahılarında yer alan məlumatların bu sistemə əlavə edilməsi planlı şəkildə həyata keçirilir.xeber100.com

Yanvar 18, 2017 1:38

Musiqili Teatrın Təbriz səfəri davam edir

İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunan Musiqili Teatrın Təbriz səfəri uğurla davam edir. Teatrın mətbuat xidməti bildirilib ki, İran İslam Respublikası Mədəniyyət Nazirliyi Şərqi Azərbaycan Ostanlığının mədəniyyət idarəsində Musiqili Teatrın kollektivi və Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə İranın Bakıdakı Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi iki ölkə arasında mədəni əlaqələrin son vaxtlar daha da genişləndiyini, ortaq tarixi, adət-ənənələri, mədəniyyət bağları olan xalqlarımızın bu yaxınlığının gələcək nəsillər üçün faydalı olacağını vurğulayıb.Musiqili Teatrının direktoru Ə.Lalayev çıxış edərək Azərbaycan tarixinə, mədəniyyətinə göstərilən yüksək diqqət və maraqdan məmnun qaldığını söyləyib, 107 yaşlı Musiqili Teatrın Təbrizə səfərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.xeber100.com  

Yanvar 17, 2017 11:12
    Page 154 of 218« First«...102030...152153154155156...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az