03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Beynəlxalq mədəniyyətlər festivalı keçiriləcək

BELTA xəbər verir ki, noyabrın 29-da Belarus Dövlət Universitetində (BDU) “Belarus vіtae syabroў” Beynəlxalq mədəniyyətlər festivalı keçiriləcək.Tədbir 16 ölkəyə, o cümlədən Azərbaycana ekskursiya formatında keçiriləcək. BDU-nun mətbuat xidmətindən bildirilib: “Ölkələr haqqında məlumat müxtəlif xalqların milli geyimlərinin, əsas görməli yerlərinin, adət-ənənə və məişətinin illüstrasiyalarından və fotoşəkillərindən ibarət stendlərdə təqdim olunacaq. Burada rəssamlıq əsərləri, suvenir məmulatı, dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdiriləcək”.Festivalın iştirakçılarını BDU-da təhsil alan xarici tələbələrin hazırladığı bayram konserti gözləyir. Onlar öz ölkələrinin mahnı və rəqslərini ifa edəcəklər. Tədbir tələbə gənclərin mədəniyyətlərarası maarif səviyyəsinin artırılmasına, Belarusda ali təhsilin beynəlmiləlləşməsi prosesinin inkişafına , eləcə də beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə istiqamətlənib.xeber100.com

Noyabr 29, 2016 10:45

Yeni layihəyə start verilib

Musiqili Teatr daha bir ilkə imza atıb. Qurumun Mətbuat katibi bildirib ki, teatr Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə birlikdə yeni layihəyə start verib. Layihəyə əsasən Musiqili Teatrda tamaşalar nümayiş olunan və tədbirlər keçirilən gün hər dəfə tamaşalardan öncə və fasilə zamanı teatrın foyesində Bakı şəhərinin müxtəlif musiqi məktəblərinin şagirdləri olan Prezident təqaüdçüləri tamaşaçılara öz ifalarını təqdim edəcəklər.xeber100.com      

Noyabr 28, 2016 3:18

“Torpaq uğrunda ölən varsa Vətəndir”…

Noyabrın 30-da İstiqlal Muzeyinin ekspozisiyasında “Torpaq uğrunda ölən varsa Vətəndir” adlı layihənin yekun tədbir-sərgisi keçiriləcək.Muzeydən Azərtac-a bildirilib ki, tədbir milli qəhrəmanlarımızı bir daha anmaq məqsədilə təşkil olunur. Sərgidə Salatın Əsgərova, İsgəndər Aznaurov, Ələkbər Əliyev, Eldar Tağızadə, Əfqan Hüseynov, Ələsgər Novruzov, Hikmət Nəzərli, Məzahir Rüstəmov, Gültəkin Əsgərova və digər milli qəhrəmanların şəxsi əşyaları nümayiş olunacaq.Bu layihə çərçivəsində Azərbaycan İstiqlal Muzeyi Bakı şəhərində yerləşən bir sıra məktəblərdə, hərbi hissələrdə milli qəhrəmanlara həsr edilmiş sərgi-tədbirlər keçirib, onların həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirib.xeber100.com  

Noyabr 28, 2016 11:19

“YARAT” Müasir İncəsənət Mərkəzinin məlumatına görə…

Noyabrın 29-da “YARAT” Müasir İncəsənət Mərkəzində iki film nümayiş olunacaq. “YARAT”dan Azərtac-a bildirilib ki, rejissor və ssenarist Murad İbrahimbəyovun ekranlaşdırdığı “Adi əhvalatlar” komediyası və “Obyekt №1” kino novellası rus dilində, ingilis subtitrləri ilə kinosevərlərə təqdim olunacaq. Çəkilişləri Rusiyada aparılan hər iki filmin nümayişində hər kəs iştirak edə bilər. Ekran əsərlərinin nümayişindən əvvəl rejissorla görüş təşkil olunacaq, iştirakçıların sualları cavablandırılacaq.xeber100.com  

Noyabr 28, 2016 11:10

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə…

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Parisdə Almaniya Mədəniyyət Mərkəzində (Höte İnsititutu) “Jazzycolors” beynəlxalq caz festivalı çərçivəsində azərbaycanlı gənc bəstəkar və pianoçu Etibar Əsədlinin konserti olub.Almaniya Mədəniyyət Mərkəzinin nümayəndəsi Katarina Skriba çıxış edərək Azərbaycan musiqiçilərini yenidən bu mərkəzdə görməkdən məmnunluğunu bildirib. O, ilk dəfə 2014-cü ildə “Cəngi” ansamblının da burada konsert verdiyini və tamaşaçıların rəğbətini qazandığını vurğulayıb.xeber100.com

Noyabr 27, 2016 2:54

Gənc Tamaşaçılar Teatrının dekabr repertuarı…

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının dekabr ayı üçün nəzərdə tutulan repertuarı maraqlı tamaşalarla zəngindir.Azərtac teatrın dekabr repertuarını təqdim edir. 2 dekabr - “Balaca və damda yaşayan Karlson” 3 dekabr - “Uzuncorab Peppi”, “Leyli və Məcnun” 4 dekabr - “Yatmış gözəl” , “Xortdanın cəhənnəm məktubları” 9 dekabr - “Ağ ölüm” 10 dekabr - “Danışan gəlincik”, “Aydın” 11 dekabr - “Çirkin ördək balası”, “Şeyx Sənan” 16 dekabr - “Aycan” (premyera) 17 dekabr - “Dəcəl keçi”, “Hekayəti-xırs-quldurbasan” 18 dekabr - “Qırmızı papaq”, “Müsyö Jordan və Dərviş Məstəli şah” 24 dekabr - “Çəkməli pişik”, “Qohumlar” 25 dekabr - “Şahzadə Xəzərin nağılı”, “Mehmanxana sahibəsi” 29, 30, 31 dekabr - “Qrinç” (“Yaşıl adam”) premyera.

Noyabr 27, 2016 2:49

Muzey Mərkəzinin təşkilatçılığı ilə…

Dekabrın 16-da Muzey Mərkəzinin sərgi qalereyasında Tamilla Həsənovanın “Gözəlliyin bir anı” adlı fərdi sərgisi açılacaq.Azərtac xəbər verir ki, sərgi Muzey Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. Rəssamın peyzaj, portret, natürmort və digər janrlarda əsərlərinin nümayiş olunacağı sərgi dekabrın 20-dək davam edəcək.xeber100.com

Noyabr 27, 2016 2:45

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə…

Noyabrın 29-da Filarmoniyada Rusiyanın Xalq Artisti Emmanuil Vitorqan və İrina Vitorqanın yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək.Azərtac xəbər verir ki, “Hər şeyə görə minnətdaram” adlı tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.Gecədə sənətkarların yaradıcılığından danışılacaq, Azərbaycan və Rusiya mədəniyyətinin qarşılıqlı əməkdaşlığındakı xidmətlərindən söz açılacaq.xeber100.com  

Noyabr 26, 2016 2:07

Elmi-praktik konfrans keçiriləcək

Noyabrın 28-də Teatr Xadimləri İttifaqında Xalq Artisti Mərziyyə Davudovanın 115 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.İttifaqdan Azərtac-a bildirilib ki, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə baş tutacaq konfransda  aktrisanın həyat və yaradıcılığı, səhnə fəaliyyəti, kino sənətinin inkişafındakı xidmətləri haqqında məruzələr dinləniləcək. Konfrans çərçivəsində aktrisanın rol aldığı filmlərdən fraqmentlər də təqdim olunacaq.xeber100.com  

Noyabr 26, 2016 1:49

Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə…

Noyabrın 25-də Moldovanın ölkəmizdəki səfirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə “Art Tower” qalereyasında Moldova fotoqrafı Anatol Poyatenin “Moldova. İnsanlar və torpaq haqqında” adlı sərgisi açılıb.Azərtac xəbər verir ki, Moldovanın ölkəmizdəki səfiri George Leuka ölkələrimizi sıx dostluq əlaqələri birləşdirdiyini, xalqlarımız arasında mədəni mübadilənin getdiyini qeyd edib. Səfir, həmçinin bu cür tədbirlərin Azərbaycan-Moldova münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.xeber100.com  

Noyabr 26, 2016 1:24
    Page 168 of 218« First«...102030...166167168169170...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az