Noyabrın 22-də Bakıda Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xor Kapellasının 80 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunacaq. Azərtac xəbər verir ki, Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında reallaşacaq konsertdə Üzeyir Hacıbəyli, Müslim Maqomayev, Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, habelə Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.xeber100.com