04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

144-cü teatr mövsümünün ilk premyerası olub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 144-cü teatr mövsümünün yeni səhnə əsəri - “Vəsiyyət” tamaşasının premyerası olub. Azərtac xəbər verir ki, tamaşa yazıçı, dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilib. İki hissəli komediyanın quruluşçu rejissoru Əməkdar Artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov, Mirzə Ağabəyli, Münəvvər Əliyeva, Almaz Amanova, Aslan Şirin, Sevinc Əliyeva, Kazım Həsənquliyev və başqaları çıxış edirlər.xeber100.com  

Noyabr 7, 2016 11:26

IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb

Noyabrın 7-də paytaxtımızda “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı işə başlayıb. Konfrans Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb. Konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edirlər. Tədbirin əsas məqsədlərindən biri iştirakçıları ölkəmizdə mövcud olan mədəni platforma ilə tanış etməkdir.xeber100.com

Noyabr 7, 2016 11:23

Musiqili Teatrda seminar-mühazirə təşkil olunub

Noyabrın 6-da Azərbaycan Dövlət Musiqili Teatrında “Teatr teatrşünasdan nə gözləyir” adlı seminar-mühazirə təşkil olunub. Azərtac xəbər verir ki, bir sıra teatr xadimlərinin də qatıldığı seminar-mühazirə Rusiyanın tanınmış teatrşünası Pavel Rudnevin rəhbərliyi ilə aparılıb. Seminarda teatrlar üçün müasir dövrdə yaranmış problemlərin həlli yolları, dünyanın qabaqcıl teatrları arasında qarşılıqlı əməkdaşlıq prinsiplərinə ciddi əməl olunması, teatrlarda texniki imkanların yaradılması üçün həyata keçirilən işlər və digər mövzularda mühazirələr dinlənilib. Tədbirdə teatrların və teatrşünaslığın təbliği yönündə vacib addımların atılmasının zəruriliyi qeyd olunub. Bildirilib ki, sosial şəbəkələr və teatrlar arasında əlaqə yaratmaq hər iki tərəf üçün maraqlı olmalıdır. Teatrın təbliğində sosial şəbəkələrin imkanlarından geniş istifadə edilməlidir. Daha sonra rusiyalı qonaq teatrşünasların suallarını cavablandırıb.xeber100.com

Noyabr 7, 2016 11:20

Bu gün radio və televiziya işçilərinin peşə bayramı günüdür

Noyabrın 6-sı Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.xeber100.com

Noyabr 6, 2016 1:55

“Qardaş türk xalqlarını tanıyaq” devizi altında…

Noyabrın 8-də Bakı Xətai Sənət Mərkəzində “Qardaş türk xalqlarını tanıyaq” devizi altında “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgi açılacaq. Azərtac xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Özbəkistandakı səfirliyimizin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Sərginin təşkil olunmasında məqsəd azərbaycanlı uşaqların qardaş özbək xalqının adət-ənənəsi, tarixi, mədəniyyəti, mətbəxi, həyat tərzi, insanlarının xarakteri və geyim mədəniyyətini necə görmələrini öz fırçaları ilə canlandırmaq, onlarda bu haqda maraq yaratmaqdan ibarətdir. Balaca fırça ustalarının əl işlərinin nümayiş olunacağı sərgidə hər kəs iştirak edə bilər.xeber100.com

Noyabr 6, 2016 11:34

“Şimali Kipr Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm müsabiqəsi elan edilib

Bakı Xətai Sənət Mərkəzində “Şimali Kipr Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm müsabiqəsi elan edilib.Azərtac xəbər verir ki, müsabiqə “Türkiyə universitetləri məzunları” İctimai Birliyi və Şimali Kiprin Bakı nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşəcək. Müsabiqənin təşkil olunmasında məqsəd balaca fırça ustalarının Şimali Kipr türklərinin adət-ənənəsi, tarixi, mədəniyyəti, mətbəxi, həyat tərzi və geyim mədəniyyətlərini fırça vasitəsi ilə canlandırmaqdan ibarətdir. Təqdim olunan əsərlərdə mövzu və düzgün kompozisiyalara üstünlük veriləcək. Müsabiqəyə Azərbaycanın bütün regionlarından 18 yaşadək fırça ustaları qatıla bilər. İştirak etmək istəyənlər əsərlərini noyabrın 10-dək Bakı Xətai Sənət Mərkəzinə təqdim etməlidir. Noyabrın 18-də mərkəzdə müsabiqəyə təqdim olunan əsərlərdən ibarət sərgi açılacaq.

Noyabr 5, 2016 4:31

“Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində…

Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində parça tikmə və milli geyimlərin bərpası üzrə mühazirələrə və ustad dərslərinə başlanılıb. Dərslər UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb. Muzeydən Azərtac-a bildirilib ki, parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır. Ustad dərsləri milli tikmələr üzrə qırğızıstanlı mütəxəssis Güljan İreş tərəfindən aparılacaq. 41 gün davam edəcək ustad dərsləri və mühazirələrdə Almaniya, Qazaxıstan və Rusiyadan dəvət olunmuş mütəxəssislər də iştirak edəcək.xeber100.com

Noyabr 5, 2016 4:27

Filarmoniyada xatirə gecəsi təşkil olunacaq

Noyabrın 24 və 25-də Azərbaycan Dövlət Filarmoniyasında milli musiqi sənətimizin tanınmış nümayəndələrindən biri Ramiz Mustafayevin anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil olunacaq. Azərtac xəbər verir ki, tədbirdə bəstəkarın həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən və sənət fəaliyyətindən danışılacaq. Yubiley tədbiri konsert proqramları ilə davam edəcək.xeber100.com  

Noyabr 5, 2016 4:19

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə…

Mədəniyyət və Turizm Nazirliyi 2016-2017-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə “Qızıl kəlmə” ədəbi mükafatını elan edib. Nazirlikdən Azərtac-a bildirilib ki, mükafata son 2 ildə kitab və ya jurnalda çap edilmiş nəsr, poeziya, tənqid, ədəbiyyatşünaslıq və publisistika, orijinaldan bədii tərcümə və uşaqlar üçün yazılmış bədii əsərlər təqdim olunur. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları, nəşriyyat, redaksiyalar və əvvəllər mükafata layiq görülmüş şəxslər namizəd irəli sürə bilərlər. Bir təşkilat, şəxs, mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər.xeber100.com

Noyabr 5, 2016 4:14

Opera və Balet Teatrı təqdim edir

Noyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında R.Leonkavallonun “Payatsı” operasının tamaşası keçiriləcəkdir. Teatr rəhbərliyi tamaşadakı əsas partiyalardan birini - Kanio partiyasını ifa etmək üçün Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının solisti -  Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvilini dəvət etmişdir. Tonio partiyasında isə Sankt-Peterburqun Mixaylovski Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksandr Kuznetsov çıxış edəcəkdir. Tamaşada Azərbaycanın vokal məktəbini teatrımızın solistləri - Əməkdar Artistlər Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), həmçinin Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) təmsil edəcəklər. Tamaşanın dirijoru  Xalq Artsti, professor Yalçın Adıgözəlovdur.xeber100.com  

Noyabr 4, 2016 1:25
    Page 174 of 218« First«...102030...172173174175176...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az