21 Mart 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Dövlətlərarası Şuranın XXI iclası keçiriləcək

Oktyabrın 3-4-də Çolpon-Atada (Qırğızıstan) MDB üzvü olan ölkələrin dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlığı üzrə Dövlətlərarası Şuranın XXI iclası keçiriləcək. Bu barədə Azərtac-a Birliyin Minskdəki İcraiyyə Komitəsinin mətbuat xidmətində məlumat verilib. İclas iştirakçıları Dövlətlərarası Şuranın XX iclasının qərarlarının yerinə yetirilməsinin gedişini, MDB iştirakçıları olan ölkələrin XIII Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin yekunlarını və növbəti, XIV müsabiqənin keçirilməsinə hazırlıq məsələlərini müzakirə edəcəklər.xeber100.com

Oktyabr 3, 2016 11:57

“Front” adlı interaktiv performans təqdim olunub

Oktyabrın 1-də “YARAT” Müasir İncəsənət Mərkəzində danimarkalı rəssam Kristian Falsnaesin “Front” adlı interaktiv performansı təqdim olunub. Azərtac xəbər verir ki, performans Kristian Falsnaesin yaradıcılığının əsasını təşkil edir. Onun tədqiqat obyekti və səhnəciklərinin əsas “materialı” insandır. Rəssamın çıxışları canlı və ya video şəklində, tamaşaçıların iştirakı ilə və ya onlarsız təqdim edilir. Danimarkalı rəssam tamaşaçıların fəal iştirakı ilə yaratdığı teatrla, hətta çox vaxt absurd performanslarında “Bu an baş verənləri, bu anı biz uzun zamandır gözləyirdik!” kimi ruhlandırıcı sözlərlə coşqunluq yaradır. “Front” iri həcmli qurğuların davamlı olaraq spreylə boyandığı, parçalanaraq şəhər içində nümayiş etdirildiyi, daha sonra isə yenidən qurularaq yeni forma aldığı kollektiv performansdır.xeber100.com

Oktyabr 1, 2016 4:57

İstiqlal Muzeyinin təşkilatçılığı ilə…

Bakıdakı şəhid Mirələkbər İbrahimov adına 153 nömrəli orta məktəbdə Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə “Torpaq uğrunda ölən varsa Vətəndir!” layihəsi çərçivəsində tədbir keçirib. Azərtac xəbər verir ki, tədbir Mirələkbər İbrahimova həsr olunub. Əvvəlcə tədbir iştirakçıları Milli Qəhrəmanın məktəbin önündəki abidəsi üzərinə tər çiçəklər düzüblər. Sonra tədbir məktəbin akt zalında davam etdirilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış milli qəhrəmanların həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş olunub. Məktəbin direktoru Təranə Paşayeva, direktor müavini Mətanət Cəfərova, şəhidin oğlu Cavid İbrahimov və başqaları milli qəhrəmanların keçdikləri şərəfli döyüş yolundan danışıblar. Onların şərəfli həyat yolunun gənc və yeniyetmələrə örnək olduğu bildirilib. Tədbir şagirdlərin ifasında milli qəhrəmanlara həsr edilmiş ədəbi-bədii kompozisiya ilə sona çatıb.xeber100.com

Oktyabr 1, 2016 4:30

Beynəlxalq Musiqi Günü münasibətilə “Açıq qapı” günü keçirilib

Oktyabrın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və onun filiallarında - Niyazinin mənzil-muzeyində, Vaqif Mustafazadənin ev-muzeyində Beynəlxalq Musiqi Günü münasibətilə “Açıq qapı” günü keçirilib. Musiqi Mədəniyyəti Dövlət Muzeyindən Azərtac-a bildirilib ki, gün ərzində bu muzeylərdə beynəlxalq müsabiqələr laureatları Fuad Əlizadə, Seyidxanım Babayeva və Nigar Quliyevanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət musiqi proqramı təqdim edilib, muzeyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, Beynəlxalq Musiqi Günü UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilib.xeber100.com

Oktyabr 1, 2016 4:25

Opera və Balet Teatrı oktyabr repertuarını təqdim edir

Oktyabr ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında maraqlı tamaşalar nümayiş olunacaq. Teatrın oktyabr ayı üçün nəzərdə tutulan repertuarını təqdim edirik. 1 oktyabr- “Jizel” 2 oktyabr- “Arşın mal alan” 5 oktyabr- “Balero”, “Tamahlar” 8 oktyabr- “Sevilya bərbəri” 9 oktyabr- “Romeo və Cülyetta”, “Karmen Süita” 12 oktyabr- “Əsli və Kərəm” 15 oktyabr- “Yeddi Gözəl” 16 oktyabr- “Traviata” 19 oktyabr- “Aşıq Qərib” 22 oktyabr- “Qu gölü” 26 oktyabr- “Karmen” 28 oktyabr- “Düyməcik”

Sentyabr 29, 2016 1:44

Musiqi festivalı keçiriləcək

Koreya Respublikasının Jenoju şəhərində dünya musiqisinə həsr olunmuş “Sori” musiqi festivalı keçiriləcək. Azərtac xəbər verir ki, oktyabrın 1-də baş tutacaq festivalda bu il ilk dəfə Azərbaycan da təmsil olunacaq. Ölkəmizi festivalda xanəndə Arzu Əliyeva muğam qrupu ilə təmsil edəcək. Təmsilçilərimiz açılış konsertində Tayvan, Çin və Fransadan olan ifaçılarla birlikdə çıxış edəcəklər. Bundan əlavə, festival çərçivəsində Arzu Əliyevanın konsert proqramı da nəzərdə tutulur. Konsertdə xanəndəni tarda və kamançada Əməkdar artistlər Elşən və Malik Mənsurovlar, balabanda Abuzər Quliyev müşayiət edəcək.xeber100.com

Sentyabr 28, 2016 11:57

Rəşid Behbudov – 100

Sentyabrın 27-də Tbilisidəki İvane Saracişvili adına Dövlət Konservatoriyasının akt zalında dünya şöhrətli müğənni Tbilisi şəhərinin fəxri vətəndaşı Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Konservatoriyanın foyesində R.Behbudovun həyat və fəaliyyətinə həsr olunan foto sərgi açılmışdı. Şota Rustaveli adına Dövlət Teatr və Kino İnstitutu rektoru Georgi Dolidze tədbiri açdıqdan sonra Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze, Azərbaycanın bu ölkədəki səfirliyinin humanitar və mədəniyyət məsələlər üzrə müşaviri Samirə Ağayeva, məşhur opera müğənnisi Nani Breqvadze, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva və başqaları çıxış edərək R.Behbudovun həyat və yaradıcılığından söz açıblar. Səhnədə quraşdırılmış ekranda R.Behbudovun “Arşın mal alan” musiqili komediyasından gürcü dilində parçalar nümayiş etdirilib.xeber100.com

Sentyabr 28, 2016 11:52

Milli Dram Teatr oktyabr repertuarını təqdim edir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının oktyabr ayı üçün nəzərdə tutulan repertuarı maraqlı tamaşalarla zəngindir. Teatrın oktyabr repertuarını təqdim edirik: 1 oktyabr- “Anamın kitabı” 2 oktyabr- “Nağıllar aləmində”, “Biy çiçəyi” 8 oktyabr - “Ölülər” 9 oktyabr- “Aldanmış ulduzlar”, “Qatil” 14 oktyabr- “Generalın son əmri” 15 oktyabr- “Biri var idi, biri yox idi”, “Şah Qacar” 16 oktyabr- “Qaraca qız”, “Mənim günahım” 21 oktyabr- “Xanuma” 22 oktyabr- “Danışan gəlincik”, “Zorən Şorgöz” 23 oktyabr – “Ölülər” (gündüz və axşam) 28 oktyabr- “Müsyö İbrahim və Quran çiçəyi”  

Sentyabr 28, 2016 11:44

VIII Beynəlxalq Festivalı çərçivəsində…

Sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına VIII Beynəlxalq Festivalı çərçivəsində Əməkdar Artist, Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqə laureatı Nərgiz Əliyarovanın solo konserti keçirilib. Azərtac xəbər verir ki, konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, bir sıra xarici ölkə bəstəkarlarının da musiqiləri səsləndirilib. Gecədə pianoçunun Belçikanın “ETCETERA” şirkətində yazılan "Nərgiz Əliyarova Azərbaycan musiqisini ifa edir" adlı yeni kompakt diski təqdim olunub. Şirkət tərəfindən hazırda dünyanın müxtəlif ölkələrində həmin diskin satışı həyata keçirilir. Gecədə alqışlarla qarşılanan müəllif, 3 musiqi diskinin Almaniyada və Hollandiyada yazıldığını və Belçikada disklərinin təqdimatının keçirildiyini söyləyib.xeber100.com

Sentyabr 27, 2016 10:52

“Eskizdən səhnəyə” adlı sərgi nümayiş ediləcək

Sentyabrın 27-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Turizm işçiləri günü” peşə bayramına həsr edilmiş fond materiallarından ibarət “Eskizdən səhnəyə” adlı sərgi nümayiş ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən Azərtac-a bildirilib ki, sərgidə bu günə qədər sərgilənməyən müxtəlif teatr rəssamları tərəfindən tamaşalara çəkilmiş dekorasiya və geyim eskizləri nümayiş olunacaq, muzeyə gələn qonaqlara Azərbaycan teatrının tarixi və səhnəqrafiya sənətimiz haqqında məlumat veriləcək. Həmin gün muzeydə “Açıq qapı” günü elan ediləcək.xeber100.com

Sentyabr 26, 2016 4:27
    Page 184 of 218« First«...102030...182183184185186...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az