Səhiyyə Nazirliyinin məlumatına əsasən…

Səhiyyə Nazirliyində keçirilən geniş tərkibli kollegiya iclasında 2017-ci il ərzində görülmüş işlər barədə məruzələr dinlənilib.Nazirliyin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda il ərzində səhiyyənin ən müxtəlif sahələrində həyata keçirilən tədbir, yenilik və uğurlar barədə ətraflı müzakirələr aparılıb.Kollegiya iclasında tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ölkəmizdə aparılan çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi, eləcə də səhiyyənin ayrı-ayrı sahələrində əldə edilən uğurlar, əhalinin sağlamlığının yaxşılaşdırılması sahəsində görülən tədbirlər barədə məruzəsi dinlənilib.Kollegiya iclasında Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov çıxış ediblər.Səhiyyə naziri Oqtay Şirəliyev ilin yekunları barədə danışıb, səhiyyənin ən prioritet istiqamətlərinə dair təsdiqlənmiş Dövlət Proqramlarının tətbiqi, həmin Proqramların ölkə əhalisinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasında oynadığı rolun əhəmiyyətini vurğulayıb.Kollegiya iclasının yekununda səhiyyə və tibb elmi sahəsində xüsusi xidmətlərinə görə fərqlənmiş bir sıra tibb işçisinə “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri diplomlar təqdim edilib.xeber100.com

Dekabr 29, 2017 3:05

Tibb Universitetinin məlumatına görə…

Azərbaycan Tibb Universitetində (ATU) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib.ATU-nun mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, tədbirdə universitetin rektoru, professor Gəray Gəraybəyli təbrik nitqi ilə çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranmasının tarixi haqqında danışıb: “Milli dirçəlişə, həmrəyliyin möhkəmləndirilməsinə tələbatın artması səbəbindən 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib. Beləliklə, Azərbaycan xalqı üçün hər il 31 dekabr qoşa bayram sevinci ilə yadda qalır. Sizi bu bayram münasibətilə təbrik edir, hər birinizə xoş günlər, mehribançılıq və işlərinizdə müvəffəqiyyətlər diləyirəm”.Tədbirdə ATU rektorunun təşəbbüsü ilə təsis olunmuş mükafatların təqdimat mərasimində universitetin ictimai həyatında fəal iştirakı, elmi-pedaqoji fəaliyyətləri və gənc elmi kadrların hazırlanmasında xidmətlərinə görə bir sıra professor təltif olunub.Tələbələr arasında “Ən yaxşı müəllim” nominasiyası üzrə keçirilmiş sorğuya əsasən ən çox səs toplayan farmakologiya kafedrasının müəllimi, dosent Kamandar Yaqubov fəxri fərmana layiq görülüb. Bundan əlavə “İlin ən yaxşı elmlə məşğul olan tələbəsi”, “İlin ən yaxşı dərsə davamiyyəti olan və dərslərini yaxşı oxuyan tələbəsi” və “İlin ən aktiv tələbəsi” müsabiqələri üzrə qaliblər müəyyənləşdirilib.Tədbir əsnasında tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunub.Bayram mərasimi bədii hissə ilə davam etdirilib.xeber100.com

Dekabr 28, 2017 2:02

“MolecuLight i:X” adlı qurğunun birinci mərhələsi başa çatıb

Kanadanın Toronto şəhərində “MolecuLight i:X” adlı qurğunun kliniki sınaqlarının birinci mərhələsi başa çatıb. Qurğu adi gözlə görünməyən mikrobları göstərmək üçün nəzərdə tutulub. Belə ki, həkim infeksiyanın bədənin hansı hissəsində olduğunu dəqiq bilərsə, onu daha effektiv müalicə edər.techcult.ru saytı xəbər verir ki, “MolecuLight i:X” insanın bədənində bakteriyaların yerini müəyyən edən qeyri-invaziv əl skaneridir. Əvvəlcə normal işıqlandırma şəraitində yaranın yüksək keyfiyyətli şəkli çəkilir, sonra işıqlar söndürülür və ultrabənövşəyi şüadan istifadə etməklə həmin şəkil bir daha çəkilir. Ultrabənövşəyi şüa altında sağlam dəri açıq yaşıl rənglə, bakteriyaların koloniyaları isə qırmızı rənglə işıqlanır. İki şəkli müqayisə etdikdə zərərli mikroorqanizmlərin yeri və ölçülərini yüksək dəqiqliklə müəyyən etmək olar. Beləliklə, sağlam toxumalara dəymədən lazımi dərmanları qəbul etmək mümkün olacaq.Kliniki sınaqlar göstərib ki, həkim “MolecuLight i:X” skanerindən istifadə etməklə pasiyentin yaralarının sağalmasını 9-10 dəfə sürətləndirə bilər. Çünki qurğu bakteriyaları görməklə yanaşı, bütovlükdə yaranın sağaldılması prosesini izləyir. Texnologiyanın yaxın zamanlarda Kanada xəstəxanalarında istifadə ediləcəyi gözlənilir.xeber100.com

Dekabr 22, 2017 2:27

Tibb Universitetində növbəti reyd keçirilib

Dekabrın 19-da Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurası (İNMŞ) növbəti reyd keçirib.Universitetdən Azərtac-a bildiriblər ki, 3 saylı tədris binasında keçirilən reyddə şuranın sədri, millət vəkili, həkim-qastroentroloq İlham Məmmədov və üzvləri-Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, ATU-nun əzcaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva iştirak ediblər.Reyd zamanı insan anatomiyası, biologiya və tibbi genetika kafedralarında mühazirə zallarına, seminar və praktiki məşğələ otaqlarına daxil olan şura üzvləri tədris prosesini izləyib, tələbələrlə açıq diskussiya aparıblar. Söhbət əsnasında tələbə-müəllim münasibətlərinə də toxunulub.Tələbələr dərs yükü ilə müqayisədə bəzi fənlərdən dərs saatının az olduğunu və bu amilin tədrisin keyfiyyətinə mənfi təsir göstərdiyini deyiblər.Yalnız mənfi hallara deyil, təqdir olunası məqamlara da diqqət yetirən şura üzvləri insan anatomiyası kafedrasında yaradılan tədris şəraitindən razı qaldıqlarını bildiriblər.Qeyd edək ki, qeydə alınan təklif və rəylər ümümiləşdirərək müzakirə edildikdən sonra reydin nəticələri haqqında daha ətraflı məlumat veriləcək.Reydlərin keçirilməsində əsas məqsəd tələbələrin rəy və təkliflərini öyrənməklə ictimailəşdirmək, qarşıya çıxan problemlərin həllinə nail olmaqdır.xeber100.com

Dekabr 19, 2017 3:08

Tibb Universitetinin məlumatı əsasında…

Azərbaycan Tibb Universiteti (ATU) ilə İstanbul Universiteti rəhbərliyi arasında əldə edilmiş razılığa əsasən rezident və gənc həkimlər üçün mütəmadi onlayn kurslar təşkil olunur.ATU-dan Azərtac–a bildiriblər ki, növbəti belə kurs universitetin Tədris Cərrahiyyə Klinikasında baş tutub. İstanbul Universitetin nəzdində fəaliyyət göstərən Beynəlxalq Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin rəhbərliyi və ATU-nun ümumi cərrahiyyə və I cərrahiyyə xəstəlikləri kafedralarının rəhbərliyinin vasitəçiliyi ilə keçirilib. İki gün davam edən təlimdə çoxsaylı gənc Azərbaycan həkimləri Türkiyənin tanınmış tibb alimlərinin onlayn mühazirələrini dinləyib, müxtəlif mövzularda suallar səsləndiriblər.Kurs barəsində məlumat verən ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev bildirib ki, Beynəlxalq Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyəti həm Türkiyədə, həm də Avropada nüfuz qazanmış qurumdur: “Həkimlərimiz təlimlərdə fəal iştirak edirlər. Kursu başa vuranlara sertifikatlar veriləcək. Gələn ilin yanvarında endoskopik-laparoskopik, yoğun və nazik bağırsaq əməliyyatları ilə bağlı onlayn kursun keçirilməsini də planlaşdırılır.I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov da onlayn kursların təşkilinin yaxşı ənənə olduğunu bildirib: “Artıq neçə illərdir universitetimiz ilə xarici universitetlər arasında bir neçə belə onlayn kurslar və konfranslar keçirilib. Universitetimizin ümumi cərrahlıq kafedrası tərəfindən təşkil edilən təlim maddi baxımdan sərfəlidir. Bu cür onlayn kursların gələcəkdə də təşkili nəzərdə tutulur”.xeber100.com

Dekabr 18, 2017 1:11