Oktyabrın 21-də Bakıda ikinci Türkiyə-Azərbaycan onkologiya günləri öz işinə başlayıb. Azərtac xəbər verir ki, Türkiyə Tibbi Onkologiya Dərnəyinin və Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü ilə keçirilən konqresdə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin ən aktual problemləri, habelə müasir onkologiyanın qarşısında duran vəzifələr müzakirə edilir. Gün ərzində, eləcə də oktyabrın 22-də “Xəstə müzakirələri”, “Mədə xərçəngi”, “Limfoma”, “Ağciyər xərçəngi”, “Süd vəzi xərçəngi”, “Kolerektal xərçəng” mövzularında sessiyalar keçiriləcək, müzakirələr aparılacaq.xeber100.com