Mayın 11-13-də Batumidə XI Beynəlxalq “Expo Batumi Travel” turizm sərgisi açılacaq.Gürcüstan mətbuatı xəbər verir ki, “Geonet Express” şirkətinin təşkilatçılığı ilə keçiriləcək sərgidə Azərbaycan, Almaniya, Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrin turizm şirkətləri təmsil olunacaq. İştirakçılar Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Ermənistan, Litva, Polşa, Belarus, Almaniya və digər ölkələrin məhsulları və şirkətlərinin fəaliyyəti ilə tanış olmaq imkanı əldə edəcəklər.Sərgi çərçivəsində, həmçinin reklam və informasiya turları olacaq, təqdimatlar və jurnalistlərlə görüşlər keçiriləcək.xeber100.com