Prezident seçkilərinin birinci turunun son nəticələri açıqlanıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunun son nəticələrini açıqlayıb.Azərtac xəbər verir ki, MSK 53 min 847 bülleteni etibarsız sayıb. Amma bu, ümumi nəticələrə təsir etməyib.MSK-nın məlumatına görə, ümumi seçicilərin 46,83 faizi və ya 1 milyon 677 min 878-i səsvermədə iştirak edib. Birinci turun nəticələrinə görə, müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili səslərin 38,64 faizini toplayıb. Onun lehinə 615 min 572 nəfər səs verib.“Vahid Milli Hərəkat” partiyasının və birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb. Onu 601 min 224 seçici dəstəkləyib.Müxalifətin digər namizədi David Bakradze 10,97 faiz səs toplayıb (174 min 849). Digər namizədlər isə 3 və daha az faiz səs toplayıblar.Beləliklə, noyabrın 28-nə təyin olunmuş ikinci turda Salome Zurabişvili ilə Qriqol Vaşadze prezidentlik uğrunda mübarizə aparacaqlar.İkinci turda 3705 seçki məntəqəsi, o cümlədən xarici ölkələrdə 55 məntəqə fəaliyyət göstərəcək.Əfqanıstanda sülhməramlı qüvvələrdə iştirak edən gürcü hərbçilər noyabrın 26-da səs verəcəklər.Bununla da Gürcüstan vətəndaşları sonuncu dəfə birbaşa səsvermə ilə 6 il müddətinə ölkənin 5-ci prezidentini seçəcəklər.Gürcüstanın yeni prezidentinin andiçmə günündə yeni Konstitusiya da qüvvəyə minəcək. Yeni Konstitusiyaya görə, 2024-cü ildə prezidenti parlamentdə 300 nəfərdən ibarət seçilmiş şəxslər (deputatlar, bələdiyyə sədrləri və sakrebul rəhbərləri) seçəcəklər.xeber100.com

Noyabr 16, 2018 1:27

“Silah haqqında” Qanuna düzəliş ediləcək

Misirin Nümayəndələr Palatası “Silah haqqında” Qanuna düzəliş edəcək.Azərtac xəbər verir ki, düzəliş layihəsinə əsasən, müvafiq lisenziya olmadan “soyuq silah” əldə edilməsinə və insanların kütləvi şəkildə toplaşdığı yerlərdə, məscidlərdə və məbədlərdə, nəqliyyat vasitələrində bu silahların gəzdirilməsinə görə cəzanın sərtləşdirilməsi nəzərdə tutulur. Bu qayda müvafiq icazəsi olmadan “soyuq silah”, tapança və tüfənglərın idxalı, istehsalı və ya alveri ilə məşğul olan bütün şəxslərə də tətbiq ediləcək.Düzəlişlərə əsasən, müvafiq icazə olmadığı halda soyuq silah alınmasına və gəzdirilməsinə görə azı üç ay müddətinə azadlıqdan məhrumetmə və 500 Misir funtundan (təxminən 28 dollar) və 5 min Misir funtuna qədər (təxminən 280 dollar) cərimə nəzərdə tutulur. Bu cür silahların alınmasına və insanların kütləvi şəkildə toplaşdığı yerlərdə, məscidlərdə və məbədlərdə, nəqliyyat vasitələrində bu silahların gəzdirilməsinə görə azı 6 ay azadlıqdan məhrumetmə və 1 min Misir funtundan (təxminən 56 dollar) 10 min Misir funtuna qədər (təxminən 560 dollar) cərimə nəzərdə tutulur. Bundan əlavə, “soyuq silah”, səsli və pnevmatik tüfənglər və tapançalar, habelə onlar üçün döyüş sursatı alverinə, idxalına və ya istehsalına görə azı 1 il azadlıqdan məhrumetmə və 10 min Misir funtundan (təxminən 560 dollar) 50 min Misir funtuna qədər (təxminən 2800 dollar) cərimə nəzərdə tutulur.xeber100.com

Noyabr 8, 2018 3:30