Dünya İqtisadi Forumu ölkələrin qlobal rəqabətlilik reytinqini açıqlayıb. Estoniya bu siyahıda 32-ci yeri tutub.Azərtac xəbər verir ki, Estoniya ötən illə müqayisədə iki pillə geriləyib. Reytinq cədvəlinə ABŞ başçılıq edir. İkinci yerdə Sinqapur qərarlaşıb, üçüncü yerdə Almaniya gəlir.Finlandiya 11-ci, Litva 40-cı, Latviya 42-ci, Rusiya 43-cü yerləri tutublar.Dünya İqtisadi Forumu müxtəlif sahələrdə 12 nəzarət göstəricisinin rəqabət qabiliyyətini qiymətləndirərkən təsisatların keyfiyyətini, infrastrukturu, makroiqtisadi sabitliyi, sağlamlığı, təhsil səviyyəsini, peşəkarlığı, əmtəə və xidmətlər bazarının səmərəliliyini, maliyyə bazarının inkişafını, texnoloji inkişaf səviyyəsini, daxili bazarın miqyasını, şirkətlərin rəqabət qabiliyyətini nəzərə alır.xeber100.com