Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı…

ABŞ Prezidenti Donald Tramp martın 19-da ölkədə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə barədə plan irəli sürəcək.Azərtac xəbər verir ki, Donald Tramp bu plan çərçivəsində narkotik ticarəti ilə məşğul olanlara ən yüksək cəza kimi ölüm hökmünün tətbiq olunmasını təklif edəcək.“Ədliyyə Nazirliyi narkotik vasitələrin ticarəti ilə məşğul olanlara qüvvədə olan qanunvericilik çərçivəsində ölüm hökmünün tətbiq edilməsinə nail olmağa çalışacaq”, - deyə ABŞ prezidenti administrasiyası nəzdində Daxili Siyasət üzrə Şuraya rəhbərlik edən Ağ evin nümayəndəsi Endryu Bremberq “The New York Post” nəşrinə bildirib.Ağ ev narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslərə hansı şərtlərlə ölüm hökmü veriləcəyini dəqiqləşdirməyib.Donald Trampın planı, həmçinin narkotik vasitələrin zərəri barədə cəmiyyətin məlumatlandırılmasını və narkotik vasitələrdən asılılığa qarşı effektiv mübarizə aparmağa imkan yaradacaq peyvəndin hazırlanması üçün tədqiqatlara dəstək kampaniyasının işə salınmasını da ehtiva edir.Martın əvvəllərində ABŞ Prezidenti Çində və Filippində narkotik vasitələrin ticarətinə qarşı mübarizə sistemini misal çəkərək, ölüm hökmünün ölkədə narkotiklərin yayılmasının azalmasına yardım olacağını qeyd etmişdi.xeber100.com

Mart 19, 2018 3:26

“Elisa” şirkəti yeni nəsil rabitə formatını təqdim edib

Finlandiyanın ən iri telekommunikasiya şirkəti olan “Elisa” yeni nəsil rabitə formatını təqdim edib. Bu formatda məlumatların ötürülmə sürəti bütün hədləri aşıb, ifrat sürətli internetin imkanları isə başqa formatların onunla rəqabət aparmasına əsla şans vermir.“Elisa” şirkətinin texnoloji bölməsinin rəhbəri Toomas Pollinin sözlərinə görə, bu routerdən evdə real istifadə edilə bilməsi bir sıra amillərdən asılıdır: əvvələn, belə parametrlərə malik olan qurğudan istifadə edilməsi üçün lisenziya alınmalı və ikincisi, routerlərin kütləvi istehsalına başlanmalıdır.Həm “Elisa”, həm də “Tele2” və “Telia” şirkətləri bildirirlər ki, artıq gələn ilin birinci yarısında bu cür internetdən istifadə etmək mümkün olacaq. Lakin operatorlar əmindirlər ki, müvafiq standart gələn il qəbul edilsə də, əvvəlcə bu cür internet yalnız biznes-müştərilər üçün maraqlı olacaq.Smartfonları həyatımıza tətbiq etmiş 3G kimi, 5G internet də inqilab etməyəcək, o, yalnız həyatımızı dəyişdirəcək. Məsələn istehsalçıların çoxu öz ixtiralarını və proqramlarını yeni səviyyəyə çatdırmaq üçün bu standartın nə vaxt qəbul ediləcəyini gözləyir.5G internet adi istifadəçiyə hansı üstünlüklər verə bilər? Məsələn, telefonda müəyyən oyun bütöv bir məkanı canlandıra bilər, həmin məkanı fırladaraq onu müxtəlif rakurslarda nümayiş etdirə bilər, lakin 5G internetin imkanları bununla məhdudlaşmır.Daha bir nümunə: Finlandiyanın “Umbra” firmasında yaradılan 3D modellərin müştəriləri üçün həmin modelləri planşet və ya smartfonlar vasitəsilə real məkanda görə bilmək çox vacibdir.xeber100.com

Mart 15, 2018 4:09