ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,1 milyon barrel (0,3 faiz) azalaraq 411,6 milyon barrelə geriləyib.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 1 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 6,9 milyon barrel azalmışdı. ABŞ-ın strateji neft ehtiyatları keçən həftə 0,2 milyon barrel artaraq 664,5 milyon barrel olub.Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 3,1 milyon barrel (1,3 faiz) artaraq 244 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 2,5 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 3,6 milyon barrel artmışdı.Hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 128 min barrel artaraq 9,88 milyon barrel olub. Ölkənin neft idxalı əvvəlki həftəyə görə gündəlik 91 min barrel çoxalaraq 8,04 milyon barrelə çatıb. ABŞ-ın xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə gündəlik 162 min barrel artaraq 1,41 milyon barrel təşkil edib.xeber100.com