23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

BMT-nin insan hüquqları ilə bağlı hazırladığı hesabatda

İran BMT-nin insan hüquqları ilə bağlı hazırladığı hesabatı qərəzli hesab edir.Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi həftəlik mətbuat konfransında deyib.Onun sözlərinə görə, hesabat qeyri-obyektiv hazırlanıb və həqiqəti əks etdirmir. Hesabatın siyasi xarakter daşıdığını bildirən B. Qasemi İranda insanların hüquq və azadlıqlarının qorunduğunu bildirib.Xatırladaq ki, BMT-nin “İranda insan hüquqlarının vəziyyəti” ilə bağlı hazırladığı hesabatda İranda insan hüquqlarının kütləvi şəkildə pozulması, ölkədə edam hökmünün hələ də qüvvədə qalması göstərilib.xeber100.com

Oktyabr 27, 2017 2:57

“Al Youm as Sabia” nəşri yazır…

Misirin “Al Youm as Sabia” nəşri ölkənin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadla xəbər verir ki, Qahirədən cənub-qərbdə yerləşən Al-Vahat rayonundakı səhralıqda Misirin təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatının gedişində 13 terrorçu məhv edilib. “Al Youm as Sabia” nəşri bildirir ki, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı münaqişə nəticəsində 13 terrorçu məhv edilib. Həmin terrorçuların keçən cümə günü Al-Vahat rayonunda təhlükəsizlik qüvvələrinə hücumda əli olması güman edilir. Bu hücum nəticəsində 16 polis işçisi həlak olub, 15 terrorçu məhv edilib. Hazırda təhlükəsizlik qüvvələri terrorçuların məhv edilməsi üzrə əməliyyatı davam etdirirlər.xeber100.com

Oktyabr 27, 2017 2:54

Yunanıstanda etiraz aksiyası keçirilir

Oktyabrın 26-da Afinada metro işçilərinin 24 saatlıq etiraz aksiyası keçirirlər.“Ekathimerini” nəşri xəbər verir ki, tətil nəticəsində metronun hərəkəti tam iflic olmaqdadır. SELMA həmkarlar ittifaqı tərəfindən təşkil olunan tətilin səbəbi hökumətin “STASY” milli metro şirkətini hökumətin özəlləşdirmə fondunun aktivlərinə daxil etməsidir. SELMA təşkilatının fikrincə, bu qərar həm metro işçilərinə, həm də yüz min sərnişinə mənfi təsir göstərəcək.xeber100.com

Oktyabr 26, 2017 3:25

Çin Kommunist Partiyasının ilk plenumu keçirilib

Oktyabrın 25-də Çin Kommunist Partiyasının (ÇKP) Mərkəzi Komitəsinin ilk plenumu keçirilib.Azərtac xəbər verir ki, plenumda təşkilatı məsələlərə baxılıb, partiya Mərkəzi Komitəsinin Siyasi Bürosunun, Siyasi Büronun Daimi Komitəsinin, habelə Mərkəzi İntizam Komissiyasının yeni tərkibi müəyyən olub. Çin Xalq Respublikasının Sədri Si Cinpin yenidən ÇKP-nın baş katibi, həm də Siyasi Büronun Daimi Komitəsinin üzvü seçilib. Bundan başqa, Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan da Siyasi Büronun Daimi Komitəsinin 7 nəfərlik üzvündən biri seçilib.Qeyd edək ki, oktyabrın 24-də başa çatan ÇKP-nın 19-cu qurultayında partiyanın Mərkəzi Komitəsinin əsas və ehtiyat tərkibi formalaşmışdı.xeber100.com

Oktyabr 25, 2017 1:57

Avtomobil yolunda robot-polis sınaqdan çıxarılıb

Pekin yol polisi sürət şosesində qanunsuz parklama və təcili xidmətlər üçün zolaqla sürmə kimi yol hərəkəti qaydalarının pozulmasının müəyyənləşdirilməsi üçün nəzərdə tutulan patrul robotunu sınaqdan keçirib.“Belta” resursu xəbər verir ki, qurğu Pekinin “Şoudu” Beynəlxalq Aeroportuna aparan sürətli avtomobil yolunda test edilib. Çamadan böyüklüyündə və çəkisi 20 kiloqrama yaxın olan robot ayırıcı xətdə fəaliyyət göstərib. Pekin Yol Hərəkətinin Tənzimlənməsi İdarəsindən verilən məlumata görə, o, batareyası enerji ilə tam doldurulmaqla, 5-8 saat işləyə bilir.Robot polis qanunsuz parklamanın və təcili xidmətlər üçün zolaqla sürmənin foto-video çəkilişlərini aparır. Bundan başqa, yol-nəqliyyat hadisələri səbəbindən yolda tıxac yaranarkən robot özünü dərhal qəza yerinə çatdırır və hadisə yerindən fotoşəkilləri polisə yollayır. O, həmçinin nəqliyyat vasitələrinə tıxaclar, qəzalar, yollarda aparılan təmiri işləri və pis hava şəraiti haqqında səsli xəbərdarlıq da göndərə bilir.Pekin yol polisi bu robotlardan yol hərəkəti qaydalarının pozulması ilə mübarizəni sərtləşdirmək və yollarda təhlükəsizliyi təmin etmək məqsədilə digər sürət şoselərində də istifadə etməyi planlaşdırır.xeber100.com

Oktyabr 24, 2017 2:36

RİA Novosti agentliyinin məlumatı əsasında…

Malayziyada avtobus qəzası nəticəsində azı 8 nəfər ölüb, 33 nəfər yaralanıb.RİA Novosti agentliyi xəbər verir ki, Seberanq Pray bölgəsi polisinin məlumatına görə, indoneziyalı və nepallı fəhlələri daşıyan avtobuslardan biri mühərrikin probleminə görə yolun sol tərəfində saxlayıb. İçində 15 nəfər olan ikinci avtobus tormozlaya bilməyib və ona çırpılıb.xeber100.com

Oktyabr 24, 2017 2:31

Prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək

Ukraynada prezident və Ali Radaya deputat seçkiləri vaxtından əvvəl keçirilməyəcək.Azərtac xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Petro Poroşenko Regional İnkişaf Şurasında çıxışı zamanı deyib.P.Poroşenkonun sözlərinə görə, növbəti prezident və parlament seçkilərinə start verilməsinə bir ildən az vaxt qalıb. “Bu müddətdən səmərəli şəkildə yararlanmaq, islahatları davam etdirmək lazımdır”, - deyə Ukraynanın dövlət başçısı bildirib.Qeyd edək ki, Ukraynada növbəti prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək.xeber100.com

Oktyabr 24, 2017 2:26

5,1 bal gücündə zəlzələ baş verib

İranda 5,1 bal gücündə zəlzələ baş verib.Xarici KİV-lər xəbər verir ki, zəlzələnin episentri İranın Minab şəhərindən 83 kilometr şimalda qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.xeber100.com

Oktyabr 23, 2017 12:48

Sloveniyada keçirilən prezident seçkiləri başa çatıb

Oktyabrın 23-də Sloveniyada keçirilən növbəti prezident seçkiləri hazırkı dövlət başçısı Borut Pahorun üstünlüyü ilə başa çatıb.Azərtac xəbər verir ki, mütləq səs çoxluğu əldə edə bilməyən B.Pahor noyabrın 12-nə təyin edilmiş ikinci turda Maryan Şaretsə qarşı mübarizə aparacaq.Seçkilərin ilk turunda 47,3 faiz səs toplayan mərkəz-solçu B.Pahor səsvermədəki yüksək nəticədən məmnun qaldığını bildirərək deyib: “İnsanların siyasətə qarşı böyük etimadsızlıq bəslədiyi hazırkı dövrdə bir dövlət başçısı üçün belə yüksək göstəriciyə nail olmaq ruhlandırıcı nəticədir”.Ölkənin şimalında yerləşən Kamnik şəhərinin meri M.Şarets isə səsvermədə 24,9 faiz səslə ikinci yer tutub.Seçicilərin rəğbətini qazana bilməyən və az sayda səs toplayan digər yeddi namizəd isə seçkilərdə iştirakını dayandırmalı olub.Prezident seçkilərində fəallıq təxminən 40 faiz olub və bu da ölkənin müstəqillik əldə etdiyi 1991-ci ildən bəri ən aşağı göstəricidir.xeber100.com

Oktyabr 23, 2017 12:43

“Baker Hughes” şirkətinin məlumatı əsasında…

Keçən həftə də ABŞ-dakı aktiv neft quyularının sayı azalıb.Azərtac “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 7 ədəd azalaraq 736 təşkil edib. ABŞ-dakı aktiv neft-qaz və qarışıq fəaliyyət göstərən quyuların sayı isə 15 ədəd azalaraq ümumilikdə 913 ədəd olub. Bu, ötən ilin eyni dövründəkindən 360 qurğu çox deməkdir.Beləliklə də ABŞ-da aktiv neft quyularının sayı son 7 həftənin altısında azalıb.Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.xeber100.com

Oktyabr 22, 2017 3:18
    Page 147 of 299« First«...102030...145146147148149...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az