TASS informasiya agentliyinin məlumatı

Kolumbiyanın Sakit Okean sahilləri rayonunda hərbçilərin və dənizçilərin həyata keçirdiyi xüsusi əməliyyatın gedişində təxminən 1,5 ton kokain müsadirə olunub.TASS informasiya agentliyi xəbər verir ki, Cənubi Amerika respublikasının Hərbi Dəniz Qüvvələrinin dənizçiləri Narinyo departamentinin Tumako bələdiyyəsi sahillərində sürət katerini saxlayaraq yoxlama aparıblar. Axtarış zamanı katerdə kokain dolu 71 kisə aşkarlanıb. Əməliyyat nəticəsində, həmçinin qaçaqmalı müşayiət edən 4 nəfər də saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilib.Hərbi Dəniz Qüvvələri ilin əvvəlindən bəri bu bölgədə apardıqları əməliyyatlar çərçivəsində qaçaqmalçıların narkotik maddələr və onlar üçün xammal daşıyan 71 qayığını tutub və 168 nəfəri saxlayıb.Kolumbiya narkobiznesin ən geniş yayıldığı ölkədir. Dünya üzrə kokain istehsalının təxminən 90 faizi onun payına düşür. Burada narkotiklərin qanunsuz ticarəti ilə mübarizəyə ABŞ da qoşulmalı olub. Belə ki, Kolumbiya mafiyası Birləşmiş Ştatlara ildə 50 tondan çox kokain göndərir. Bu narkotik maddənin topdansatışı kartellərə 40 milyard dollaradək qazanc gətirir. Amerikalı narkomanlar isə kokainə bir ildə 150 milyard dollara yaxın pul xərcləyirlər ki, bu da Pentaqonun büdcəsinin təxminən 25 faizinə bərabərdir.xeber100.com

Sentyabr 29, 2017 3:42

Yaponiya parlamentinin aşağı palatasının buraxıldığı rəsmi şəkildə elan edilib

Sentyabrın 28-də Yaponiya parlamentinin aşağı palatasının buraxıldığı rəsmi şəkildə elan edilib. Hökumətin yeni seçkiləri oktyabrın 22-nə təyin edəcəyi, oktyabrın 10-da isə seçkiöncəsi kampaniyanın başlayacağı gözlənilir.Baş nazir Şinzo Abe 2019-cu il üçün planlaşdırılan mənfəətin bölgüsünə yenidən baxılması və istehlak vergisinin 8 faizdən 10 faizə qaldırılması ilə seçicilərin dəstəyini qazanmaq niyyətindədir.Bununla yanaşı, əsas rəqib olan Demokratik Partiyanın lideri Seyzi Maehara partiyasının üzvlərini namizədliklərini Tokionun qubernatoru Yuriko Koikenin yeni yaratdığı “Ümid” partiyası adından irəli sürməyə çağırıb.Bu barədə qərar faktiki olaraq Demokratik Partiyanın “Ümid” partiyası ilə birləşməsi və seçkiöncəsi siyasi landşaftın ciddi şəkildə dəyişməsi deməkdir. Lakin S.Maehara bu məsələdə partiyası daxilində rəqabətlə qarşılaşıb.Yaponiyanın müharibədən sonrakı tarixində aşağı palata dördüncü dəfədir ki, parlamentin çağırıldığı gün buraxılır. Parlamentin aşağı palatasının son tərkibi təqribən üç il bundan əvvəl seçilmişdi.Seçkiöncəsi kampaniyanın əsas mövzularının istehlak vergisinin artırılması, Konstitusiyada Ş.Abe tərəfindən təklif edilən dəyişikliklər, eyni zamanda, parlamentin aşağı palatasının bu barədə heç bir müzakirə aparılmadan buraxılması məsələsi olacağı gözlənilir.xeber100.com

Sentyabr 28, 2017 2:21