İrlandiyanın vergi idarəsinin açıqlamasında

İrlandiyanın vergi idarəsinin açıqlamasına görə, son illərdə ölkə iqtisadiyyatının sürətlə bərpa olunması milyonerlərin də sayının artımına səbəb olub. Bundan əlavə, varlıların gəlirləri son iki il ərzində təxminən iki dəfə yarım çoxalıb.Azərtac vergilər.az saytına istinadla bildirir ki, əslində, ölkədə milyonerlərin sayı göstərilən rəqəmdən artıq da ola bilərdi. Vergi idarəsi birlikdə vergi bəyannaməsi təqdim edən ər-arvadı vahid vergiödəyicisi hesab etdiyinə görə, milyonerlərin sayı az göstərilir.Nəzərə çatdırılıb ki, 850 milyonerin illik gəliri ümumilikdə 2,8 milyard avro, yəni adambaşına 3,4 milyon avro təşkil edir. Müqayisə üçün 2013-cü ildə İrlandiyada 616 rəsmi milyoner qeydə alınıb və onların illik gəlirinin ümumi məbləği 1,2 milyard avro təşkil edirdi.Son illər İrlandiya iqtisadiyyatın artımı və vətəndaşların rifah halının yaxşılaşdırılması üzrə böyük irəliləyişlər nümayiş etdirir. Mütəxəssislər bunun səbəbini rasional vergi siyasətinin həyata keçirilməsində görürlər. Bu siyasət kiçik və orta biznesi İrlandiyaya cəlb edir.“Intelligent Solution Group” beynəlxalq konsaltinq şirkətinin məlumatına əsasən, İrlandiya MDB-yə daxil olan ölkələrin vətəndaşları arasında qeyri-rezident şirkətlərin açılmasına görə ikinci yeri tutur.xeber100.com

Oktyabr 6, 2017 3:42

TASS informasiya agentliyinin məlumatı

Kolumbiyanın Sakit Okean sahilləri rayonunda hərbçilərin və dənizçilərin həyata keçirdiyi xüsusi əməliyyatın gedişində təxminən 1,5 ton kokain müsadirə olunub.TASS informasiya agentliyi xəbər verir ki, Cənubi Amerika respublikasının Hərbi Dəniz Qüvvələrinin dənizçiləri Narinyo departamentinin Tumako bələdiyyəsi sahillərində sürət katerini saxlayaraq yoxlama aparıblar. Axtarış zamanı katerdə kokain dolu 71 kisə aşkarlanıb. Əməliyyat nəticəsində, həmçinin qaçaqmalı müşayiət edən 4 nəfər də saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilib.Hərbi Dəniz Qüvvələri ilin əvvəlindən bəri bu bölgədə apardıqları əməliyyatlar çərçivəsində qaçaqmalçıların narkotik maddələr və onlar üçün xammal daşıyan 71 qayığını tutub və 168 nəfəri saxlayıb.Kolumbiya narkobiznesin ən geniş yayıldığı ölkədir. Dünya üzrə kokain istehsalının təxminən 90 faizi onun payına düşür. Burada narkotiklərin qanunsuz ticarəti ilə mübarizəyə ABŞ da qoşulmalı olub. Belə ki, Kolumbiya mafiyası Birləşmiş Ştatlara ildə 50 tondan çox kokain göndərir. Bu narkotik maddənin topdansatışı kartellərə 40 milyard dollaradək qazanc gətirir. Amerikalı narkomanlar isə kokainə bir ildə 150 milyard dollara yaxın pul xərcləyirlər ki, bu da Pentaqonun büdcəsinin təxminən 25 faizinə bərabərdir.xeber100.com

Sentyabr 29, 2017 3:42