30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Almaniyada federal məclisə seçkilər keçirilib

Sentyabrın 24-də yerli vaxtla saat 08-də Almaniyada federal məclisə seçkilər başlayıb.Azərtac xəbər verir ki, seçkilərdə təxminən 61,5 milyon alman iştirak edəcək. Onların səsi uğrunda 42 partiya mübarizə aparır.Xatırladaq ki, “Civey” sosiologiya institutunun “Spiegel” onlayn nəşrinin sifarişi ilə sentyabrın 15-22-də apardığı sorğuya əsasən, Kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı alyansı seçicilərin 36,2 faiz dəstəyinə malikdir. Alman sosial-demokratları seçicilərin yalnız 22 faizinin dəstəyini qazana bilib. Siyahıda üçüncü yerdə 10,3 faiz səslə “Almaniya üçün alternativ” partiyası qərarlaşıb. Onun ardınca 9,8 səslə “Solçular”, 9,6 faiz səslə liberallar və 7,7 faiz səslə “Yaşıllar” gəlir.xeber100.com

Sentyabr 24, 2017 9:39

5,8 bal gücündə zəlzələ olub

ABŞ-ın Geoloji Xidmətinin məlumatına əsasən, Meksika sahillərində 5,8 bal gücündə yeni zəlzələ olub. Bu, ölkə ərazisində sentyabrda baş verən üçüncü zəlzələdir.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, zəlzələ sentyabrın 23-də yerli vaxtla saat 10:30-da qeydə alınıb. Yeraltı təkanların episentri ölkənin cənubunda, Paredon şəhərindən 48 kilometr cənub-qərbdə, zəlzələ ocağı isə yer səthindən 74,2 kilometr dərinlikdə yerləşib.Dağıntılar, ölənlər və yaralananlar barədə hələlik heç bir informasiya verilmir.Xatırladaq ki, sentyabrın 19-da Meksikada 7,1 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Son məlumata görə, həmin zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb.xeber100.com

Sentyabr 24, 2017 9:33

Moskvada 350 min insan təxliyə olunub

Sentyabrın 21-də bomba barədə anonim zənglər səbəbindən Rusiyanın səkkiz şəhərində, o cümlədən Moskvada 15 min nəfərdən çox insan təxliyə edilib.Xarici KİV-lər xəbər verir ki, partlayış təhlükəsi ilə bağlı təxliyə tədbirləri, eyni zamanda, paytaxtın 6 muzeyini, həmçinin 6 ticarət mərkəzini və digər müəssisələri əhatə edib.Anonim zənglər sentyabrın 20-də ölkənin 12 şəhərində 32 min nəfərin təxliyə olunması ilə nəticələnmişdi.Artıq ikinci həftədir ki, Rusiyanı müxtəlif administrativ və ticarət binalarına bomba qoyulması barədə anonim zənglər dalğası bürüyüb. İndiyə qədər ümumilikdə minə qədər obyektin minalanması barədə məlumat verilib və bu səbəbdən təxminən 350 min insan təxliyə olunub. Bütün obyektlərdə ciddi axtarışlar aparan güc strukturlarının əməkdaşları heç bir halda partlayış təhlükəsi aşkarlamayıb.xeber100.com

Sentyabr 22, 2017 2:43

ABŞ Geoloji Xidmətinin məlumatına əsasən…

İndoneziyanın Yava adası sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. Azərtac xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların episentri adada yerləşən Surabaya şəhərindən 125 kilometr şimal-şərqdə, ocağı 588 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

Sentyabr 21, 2017 3:15

İspaniya hökumətinə qarşı etiraz aksiyaları başlayıb

Kataloniyanın müstəqilliyinin tərəfdarları xalqı küçələrə çıxaraq İspaniya hökumətinə qarşı etirazlara səsləyiblər.Kataloniyada fəaliyyət göstərən iki ən böyük təşkilat – Kataloniya Milli Assambleyası və “Omnium Cultural” cəmiyyəti bununla əlaqədar vətəndaşlara müraciət yayıblar. Onlar sosial şəbəkələr vasitəsilə insanları Barselonada keçiriləcək mitinqlərdə fəal iştirak etməyə çağırıblar. İnsanlar bu çağırışlara dərhal reaksiya verərək aksiyalara qoşulmağa başlayıblar.“Omnium Cultural” cəmiyyətinin sədri Jordi Kuşiar İspaniya hökumətini katalonlara qarşı müharibə elan etməkdə ittiham edib.Kütləvi aksiyalar dinc şəraitdə, polislə qarşıdurma hallarına yol verilmədən keçirilir.xeber100.com

Sentyabr 21, 2017 3:09

Neft boru kəmərinin tikintisi ilə bağlı müqavilə imzalanıb

Qazaxıstan və Özbəkistan ildə 5 milyon ton nəqletmə gücü olan neft boru kəmərinin tikintisi ilə bağlı müqavilə imzalayıblar. Boru kəmərinin 2021-ci ildə istismara verilməsi planlaşdırılır.Azərtac xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ötən həftə iki ölkə hökuməti arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalamaq üçün Özbəkistana səfər edib. Sazişdə ildə 5 milyon tonluq Çimkent-Cizzak əsas neft boru kəmərinin inşası və 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur.İki ölkə Çimkent-Cizzak neft boru kəmərinin tikintisi üçün öz ərazisində müvafiq qurumlara əlverişli şərait yaradacaq.xeber100.com

Sentyabr 21, 2017 2:59

Beynəlxalq Reytinq Agentliyinin məlumatına görə…

“Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi Çinin kredit reytinqini aşağı salıb.Azərtac agentliyə istinadla xəbər verir ki, “Standard & Poor's” Çinin uzunmüddətli kredit reytinqini “AA-” səviyyəsindən “A+” səviyyəsinə, yaxınmüddətli kredit reytinqini isə “A-1+” səviyyəsindən “A-1” səviyyəsinə endirib, proqnozu “sabit” olaraq təyin edilib.Açıqlamada Çinin kredit reytinqinin aşağı salınmasına səbəb kimi iqtisadi və maliyyə risklərinin artması göstərilib.xeber100.com

Sentyabr 21, 2017 2:53

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatı

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ölkənin Siirt vilayətinin Eruh rayonunda və Hakkari bölgəsinin Yüksekova ərazisində keçirdiyi antiterror əməliyyatları nəticəsində PKK-ya məxsus iki böyük cəbbəxana ələ keçirilib.TSQ-nin Baş Qərargahı xəbər verir ki, cəbbəxanalarda xeyli miqdarda ağır silah, terrorçuların istifadə etdikləri geyim və ərzaq olub. Bundan başqa, sentyabrın 19-da Hərbi Hava Qüvvələri İraqın şimalinda yerləşən PKK məxsus bir neçə terrorçu düşərgəsini məhv edib.xeber100.com

Sentyabr 20, 2017 2:11

6,1 bal gücündə zəlzələ olub

Yeni Zelandiya sahillərində 6,1 bal gücündə zəlzələ olub.Azərtac xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların episentri Oklend adasından 256 kilometr qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.xeber100.com

Sentyabr 20, 2017 2:08

“Daily Telegraph” qəzeti yazır…

Avstraliyanın Yeni Cənubi Uels ştatının polis komissarının köməkçisi Mark Merdok Sidneydə böyük terror aktının hazırlanması barədə xəbərdarlıq yayıb.Azərtac xəbər verir ki, M.Merdok “Daily Telegraph” qəzetinə müsahibəsində terror aktının qaçılmaz olacağını söyləyib. O deyib ki, hüquq-mühafizə orqanlarının və kəşfiyyatın yaxşı işinə baxmayaraq, eyni zamanda, cəmiyyətdə qorxu yaratmaq istəməsə də, bu, baş verəcək. Təhlükə həm bir nəfərdən, həm də qrup halında naməlum insanlar tərəfindən gözlənilir. “Biz məlumatımız olan məsələnin qarşısını ala bilərik. Lakin təhlükə bizim məlumatlı olmadığımız məqamlardan irəli gələ bilər”, - deyə M.Merdok qeyd edib.Polis komissarının köməkçisi, həmçinin terrorçuları cəlb edənlərin “Google” və “Facebook” kimi sosial şəbəkələrdən istifadə etdiyini, lakin bunları bağlamağın mümkün olmadığını bildirib.Xatırladaq ki, Avstraliya hökuməti iyulun 30-da Sidneydən Birləşmiş Ərəb Əmirliklərinə uçan təyyarədə terror aktının qarşısının alınması barədə məlumat yaymışdı. Bununla əlaqədar hüquq-mühafizə orqanları dörd nəfəri həbs etsələr də, onlardan biri günahkar olmadığına görə, daha biri isə girov müqabilində azad edilib.xeber100.com

Sentyabr 20, 2017 2:06
    Page 153 of 301« First«...102030...151152153154155...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az