Beynəlxalq sanksiyaların sərtləşdirilməsi nəticəsində KXDR-də ilin əvvəlindən bəri benzinin qiyməti üç dəfə bahalaşıb.Azərtac xəbər verir ki, Cənubi Koreyanın Yonhap agentliyinin yaydığı məlumata əsasən, hazırda Şimali Koreyada yanacağın bir litrinin qiyməti 5,1 dollardır.Xatırladaq ki, Şimali Koreyanın altıncı nüvə sınağını keçirməsinə cavab olaraq, sentyabrın 12-də BMT Təhlükəsizlik Şurası bu ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsi barədə qətnamə qəbul edib. Şimali Koreyaya silah embarqosu, ölkəyə aviasiya yanacağının çatdırılmasına və KXDR-dən kömür, dəmir filizi, polad, dəniz məhsulları və digər malların alınmasına qadağa da daxil olmaqla, ən ağır sanksiya rejimi tətbiq olunub.xeber100.com