“Samsung Electronics” korporasiyası “Galaxy J7+” smartfonunu təqdim edib.Azərtac xəbər verir ki, yeni qurğu 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük Super AMOLED displeyi, 2,4 QHs-dək səkkiznüvəli “MediaTek Helio P20” prosessoru, “Mali-T880” qrafik sürətləndiricisi və “LTE Cat-6” (məlumatların ötürülmə sürəti 300 Mbit/san təşkil edir) modemi, 4 giqabaytlıq əməli yaddaş və 32 giqabaytlıq daxili yaddaşla təchiz edilib. 256 giqabaytadək tutumlu çıxarılıb taxılan “microSD” aşıyıcılarının qurğuya qoşulması mümkündür.Əsas kameranın təsvir ölçüsü 13 meqapikseldir və işıq diodu işıqlandırıcısına malikdir. Ön kameranın təsvir ölçüsü, həmçinin 13 meqapikseldir.Bundan başqa, qurğu “GPS”, “Wi-Fi 802.11 b/g/n” və “Bluetooth 4.2” simsiz rabitə modulları, 3000 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib və “Android 7.1 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Barmaq izləri skaneri və 2 “SIM” kart üçün slot var.Sentyabrın 22-də satışa çıxarılacaq “Samsung Galaxy J7+” smartfonunun qiyməti təxminən 388 dollardır.xeber100.com