23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Frans-Press Agentliyinin məlumatına görə…

Frans-Press Agentliyinin yaydığı məlumata görə, Fransanın cənub-şərqində Var departamentində baş verən meşə yanğını 400 hektardan çox ərazini məhv edib.RİA Novosti agentliyi xəbər verir ki, yerli hökumət orqanları Paskalinett kempinqdə təxliyə elan ediblər. Yanğın Yer icmasında başlanıb və La-Lond-le-Moradək yayılıb. Paskalinett kempinqdən 115 nəfər, habelə Yerdən 50-dək adam nəfər təxliyə edilib. Yanğının söndürülməsinə 450-500 yanğınsöndürən maşın cəlb edilib.xeber100.com

Sentyabr 3, 2017 10:33

ABŞ-da alkoqolizmə qarşı mübarizə başlayıb

ABŞ Prezidenti Donald Tramp sentyabrı ölkədə alkoqolizmə və narkomaniyaya qarşı ümummilli mübarizə ayı elan edib. Bu məlumat Ağ Evin açıqladığı Prezident proklamasiyasında yer alıb.TASS xəbər verir ki, sənəddə Tramp alkoqol və narkotik asılılıqdan əziyyət çəkən milyonlarla amerikalıya dəstəyini ifadə edib və bu ağır xəstəliyə qarşı mübarizədə ABŞ hökumət orqanlarının hazır olduğunu bildirib.Trampın sözlərinə görə, bu gün ABŞ-da 20 milyondan çox insan alkoqoldan və narkotikanın müxtəlif növlərindən, o cümlədən ölkədə ən böyük problem olan opioid dərmanlardan sui-istifadə edir. Proklamasiyada deyilir ki, indiki administrasiya bunlara qarşı mübarizə üçün yarım milyarddan çox dollar ayırıb. Bu pullar alkoqolizm və narkomaniyanın profilaktikasının gücləndirilməsinə, habelə ölkənin hər yerində reabilitasiya mərkəzləri şəbəkəsinin yaradılmasına yönəldilib.xeber100.com

Sentyabr 2, 2017 9:31

“AP” agentliyinin məlumatı

“AP” agentliyi xəbər verir ki, yanğın Ümumdünya Ticarət Mərkəzinin yaxınlığındakı binada qeydə alınıb. Haə yerinə 170 yanğınsöndürən cəlb edilib. Zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

Sentyabr 2, 2017 9:22

Ria Novosti agentliyinin məlumatı

İranda məktəbli qızları daşıyan avtobusun aşması nəticəsində azı 12 nəfər ölüb, 33 nəfər yaralanıb.Ria Novosti agentliyi bildirir ki, hadisə ölkənin cənubundakı Fars əyalətində baş verib.xeber100.com

Sentyabr 1, 2017 12:54

6,2 bal gücündə zəlzələ baş verib

İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların episentrinin Pariaman şəhərindən 72 kilometr cənub-qərbdə, ocağının isə 49,5 kilometr dərinlikdə yerləşdiyi bildirilir.Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.xeber100.com

Sentyabr 1, 2017 12:49

“Moody’s” 2017-ci il üzrə iqtisadi proqnozunu dəyişib

“Moody's” beynəlxalq reytinq agentliyi Türkiyənin 2017-ci il üzrə iqtisadi artım proqnozunu dəyişib.Azərtac xəbər verir ki, “Moody's”in qlobal makro hesabatında, Türkiyə 2017-ci il üzrə iqtisadi artım proqnozu yüksəldilib. Agentlik Türkiyənin 2017-ci il üzrə iqtisadi artım proqnozunu 2,6 faizdən 3,7 faizə yüksəldib.Hesabatda ABŞ-ın 2017 və 2018-ci illər üzrə iqtisadi artım proqnozları isə müvafiq olaraq 2,2 faiz və 2,3 faizə endirilib.Bundan başqa, “Moody's” Çin, Fransa, Almaniya, İtaliya, Yaponiya və Meksikanın iqtisadi artım proqnozunu da dəyişib.xeber100.com

Avqust 30, 2017 5:22

Beynəlxalq Bankın açılış mərasimi keçirilib

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə Astanada “Azzənginləşdirilmiş Uran” Beynəlxalq Bankının açılışı mərasimi keçirilib.Azərtac xəbər verir ki, mərasimdə çıxış edən Prezident Nursultan Nazarbayev Astanada nüvə təhlükəsizliyi üzrə qlobal sammitin keçirilməsini təklif edib.“Azzənginləşdirilmiş Uran” Bankı Qazaxıstanın Ust-Kamenoqorsk şəhərindəki Ulbinsk metallurgiya zavodunda yerləşəcək. MAQATE bu layihənin maliyyələşməsinə təxminən 150 milyon ABŞ dolları ayırıb.xeber100.com

Avqust 29, 2017 3:48

Yeni proqram təminatı yaradılıb

“Google” və “Facebook”un mühəndisləri mobil qurğularda artırılmış reallıqla işləmək üçün proqram təminatı yaradıblar.“therunet.com” saytı xəbər verir ki, “8th Wall” şirkəti tərəfindən təqdim edilmiş dünyada ilk artırılmış reallıq platforması həm “iOS”, həm də “Android” sistemli qurğularda işləyir. Həmçinin “ARKit” (“Apple”) və “Tango” (“Google”) ilə inteqrasiya olunur. “8th Wall XR” adlı pulsuz plaqin istənilən smartfonda işləyir.“8th Wall” şirkəti “Google” və “Facebook”un keçmiş mühəndisləri tərəfindən təsis edilib. Startapın yaradıcıları artırılmış reallıq proqramlarını smartfon sahiblərinin 90 faizi üçün əlçatan etməyə çalışırlar. Startapın nümayəndələri, həmçinin bildiriblər ki, “Norwest”, “Betaworks”, “VR Fund”, “SV Angel” və başqa şirkətlərdən 2,4 milyon məbləğində investisiya cəlb ediblər.“8th Wall”ın “XR” plaqini artırılmış reallıq obyektlərinin real dünyaya daha yaxşı uyğunlaşması üçün qurğuya işığın istiqaməti və səthin strukturunu müəyyənləşdirməyə imkan verir.xeber100.com

Avqust 29, 2017 3:29

Türkiyə Statistika İdarəsinin məlumatı

İyul ayında Türkiyənin enerji idxalı artıb. Ölkənin xam neft idxalı isə 7,81 faiz azalıb.Azərtac xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) məlumat yayıb. Bildirilir ki, Türkiyənin enerji idxalı iyul ayında keçən ilin eyni ayına görə 38,5 faiz nisbətində artaraq 2 milyard 908 milyon dollar olub.Türkiyənin ümumi idxalı isə bu ilin iyul ayında keçən ilin eyni ayına görə 46,2 faiz artaraq 21 milyard 484 milyon dollar təşkil edib. Bu həcmin 2 milyard 908 milyon dollarlıq hissəsini enerji idxalı təşkil edib.İyul ayında Türkiyə 2 milyon 154 min 735 ton xam neft idxal edib. Beləliklə, iyulda ötən ilin eyni ayına nisbətən xam neft idxalatı 7,81 faiz azalıb.Ötən ilin iyul ayında isə ölkəyə cəmi 2 milyon 337 min 286 ton xam neft idxal edilmişdi.xeber100.com

Avqust 29, 2017 3:16

“Indian Commodity Exchange” əmtəə birjasında

Hindistanın "Indian Commodity Exchange" (ICEX) əmtəə birjası dünyada ilk dəfə almaz fyuçersləri üzrə ticarətə başlayıb."lenta.ru" xəbər verir ki, ilkin olaraq əməliyyatlar 1 karatlıq daşlarla aparılacaq. Daha sonra 0,3 və 0,5 karatlıq brilyantlarla ticarətin aparılması planlaşdırılır.ICEX-in rəhbəri Sancit Prasad bildirib ki, fyuçers əməliyyatlarının həyata keçirilməsi almaz investisiyalarını şəffaf, onların effektivliyi və təhlükəsizliyini təmin edəcək. Zinət əşyaları istehsalçılarına isə qiymətlərdəki dalğalanmalardan qorunma imkanı yaradacaq.xeber100.com

Avqust 28, 2017 3:25
    Page 156 of 299« First«...102030...154155156157158...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az