05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

AirHelp kompaniyasının tədqiqatlarının nəticələrinə görə…

AirHelp kompaniyasının tədqiqatlarının nəticələrinə görə, Sinqapurun Çanqi aeroportu dünyanın ən yaxşı hava limanı hesab olunub.Interfax informasiya agentliyi xəbər verir ki, siyahıdakı 76 aeroport arasında ikinci yeri Münxen, üçüncü yeri Honkonq beynəlxalq aeroportu tutub. Hər üç hava limanı xidmətin keyfiyyətinə görə 10 baldan 10-unu alıb. Qiymətləndirmə zamanı reyslərin vaxtında yola salınması və qəbul edilməsi, habelə aeroportlardan sərnişinlərin Twitter sosial şəbəkəsində yerləşdirdikləri 130 min məlumatın təhlili nəzərə alınıb.Reytinqin ilk onluğuna, həmçinin Kopenhagen, Helsinki, Sinsinatti, Barselona, Madrid, Oklend və Frankfurt aeroportları daxil olub.AirHelp qeyd edir ki, tədqiqatın gedişində sərnişinlərin aeroportlarda uzun növbələrdən, yeməyin aşağı keyfiyyətindən və reyslərin yubanmasından daha tez-tez şikayətləndikləri üzə çıxıb.xeber100.com

İyun 14, 2017 10:29

Yaponiya hökumətindən çağırış…

Yaponiya hökuməti yaşlı sürücülər tərəfindən yol nəqliyyat hadisələrinin sayının artması ilə əlaqədar istehsalçı şirkətləri avtomobillərin təhlükəsizliyini yüksəltməyə çağırıb.Hökumətin dərc etdiyi “Yol hərəkətinin təhlükəsizliyi barədə Ağ kitab”da qeyd edilir ki, son vaxtlar yaşı 75-dən yuxarı olan sürücülər tərəfindən ölümlə nəticələn yol-nəqliyyat hadisələrinin sayı artıb.Hesabatda bildirilir ki, bu hadisələrin təqribən 30 faizi sürücülərin səhvən əyləc pedalı əvəzinə sürət pedalını basması səbəbindən baş verir.Sənəd istehsalçı şirkətlərə avtomatik əyləc mexanizminin qurulması daxil olmaqla avtomobillərin təhlükəsizliyini yüksəltməyi və bununla da yaşlı insanlar tərəfindən qəzaların törədilməsinin qarşısını almağı tövsiyə edir.xeber100.com

İyun 14, 2017 10:26

Reuters agentliyinin məlumatına görə…

London yanğın xidmətindən Britaniya paytaxtındakı yaşayış binasında baş vermiş yanğın nəticəsində ölənlər olduğunu bildiriblər.Azərtac xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, yanğında həlak olanların sayı hələlik dəqiqləşməyib. Yanğının səbəbləri də hələ ki, məlum deyil.Xatırladaq ki, bu gün Londonun qərbində çoxmənzilli Grenfell Tower yaşayış binasında güclü yanğın baş verib. Hadisə yerinə 40 yanğınsöndürən və xidmətin 200 əməkdaşı cəlb olunub. Britaniya paytaxtının təcili yardım xidməti yanğından zərər çəkmiş insanların sayının 50 nəfərə çatdığını bildirib.xeber100.com

İyun 14, 2017 10:22

France Presse agentliyinin məlumatı

Banqladeşdə leysan yağışları və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 57 nəfərədək artıb.France Presse agentliyinin yaydığı məlumata görə, Banqladeşin şərq hissəsi iyunun 12-dən etibarən güclü leysan yağışlarının təsirinə məruz qalıb. Təbii fəlakətdən ən çox Ranqamati və Bandarban əyalətləri zərər çəkib. Bu rayonlarda telefon əlaqəsi kəsilib, nəqliyyatın hərəkəti pozulub.Polisin məlumatına əsasən, Ranqamati dairəsində torpaq sürüşməsi yaşayış binasında 35 nəfərin həyatına son qoyub. Daha 6 nəfər, o cümlədən 3 uşaq Bandarbanda, 16 nəfər isə Çittaqonq şəhəri rayonunda həlak olub.Ölənlərin sayının artacağı istisna olunmur. Hazırda xilasedicilər təbii fəlakət nəticəsində zərər çəkmiş çətin keçilən rayonlara çatmağa çalışırlar.Xatırladaq ki, Banqladeşdə musson yağışlar mövsümü iyundan sentyabradək davam edir.xeber100.com

İyun 13, 2017 12:46

Fransada parlament seçkilərinin nəticələri elan olunub

Fransada keçirilən parlament seçkilərinin birinci turunun nəticələri rəsmən elan olunub.Bununla bağlı Daxili İşlər Nazirliyinin məlumatında səsvermədə 47 milyon seçicinin 48.7 faizinin iştirak etdiyi və bunun etimad böhranının nəticəsi olduğu qeyd olunub.Seçkilərin rəsmi nəticələrinə əsasən, “İrəli, respublika” hərəkatı 28,21 faiz, Respublikaçılar partiyası 15,77 faiz, Milli Cəbhə partiyası 13,20 faiz, Əyilməz Fransa partiyası 11,02 faiz, Sosialist partiyası 7.44 faiz, Demokratik hərəkat isə 4.11 faiz səs toplayıb.Seçicilər 51.29 faizi səsvermədə iştirak etməyib.Fransa parlament seçkilərinin ikinci turu iyunun 18-də keçiriləcək.xeber100.com

İyun 12, 2017 3:43

6,2 bal gücündə zəlzələ baş verib

Türkiyədə Egey dənizinin sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.Anadolu agentliyi xəbər verir ki, yeraltı təkanlar Türkiyə vaxtı ilə 15:28-də (Bakı vaxtı ilə 16:28) İzmirin Karaburun rayonunda qeydə alınıb. Zəlzələnin 6,96 kilometr dərinlikdə baş verdiyi bildirilir.NTV telekanalının yaydığı məlumata görə, bundan bir qədər sonra həmin regionda 4,9 bal gücündə ikinci zəlzələ olub. Yeraltı təkanlar İstanbul, İzmir, Çanaqqala, Manisa və Balıkesirdə də hiss edilib.Vahiməyə düşən insanlar evlərini tərk edərək küçələrə qaçıblar. Dağıntı və tələfat barədə məlumat verilmir.xeber100.com

İyun 12, 2017 3:38

Reuters informasiya agentliyinin məlumatı

Əfqanıstanda ABŞ Hərbi Hava Qüvvələrinin aviasiya zərbəsi nəticəsində azı 3 nəfər yerli polis əməkdaşı həyatını itirib, 2 nəfər isə yaralanıb.Reuters informasiya agentliyi xəbər verir ki, Kabil şəhərindəki ABŞ komandanlığının məlumatına əsasən, hava zərbələri Əfqanıstanın cənubundakı Hilmənd əyalətində keçirilən əməliyyat çərçivəsində endirilib.Əfqanıstan və ABŞ-ın hökumət orqanları insidentin təhqiqatına başlayıb.Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumları davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.xeber100.com

İyun 11, 2017 4:05

Avropa İttifaqına vizasız rejim fəaliyyətə başlayıb

Ukrayna Prezidenti Petro Poroşenko ölkəsinin vətəndaşları üçün Avropa İttifaqı ilə vizasız rejimin fəaliyyətə başladığını təntənəli şəkildə elan edib.RİA Novosti informasiya agentliyi xəbər verir ki, Prezident bu münasibətlə Facebook səhifəsində belə yazıb: “Ukrayna üçün vizasız rejimi işləməyə başladı! Yaşasın Avropa! Yaşasın Ukrayna!”.Avropa İttifaqının qanunvericiliyinə dəyişiklik edilməsi haqqında sənəd mayın 17-də imzalanıb. Yenilik iyunun 11-nə keçın gecə qüvvəyə minir. Sənədə əsasən, Ukrayna vətəndaşları turistik, ailə və sahibkarlıq məqsədləri üçün Şengen zonasına 90 günlük müddətə sərbəst giriş imkanı əldə edirlər.xeber100.com

İyun 11, 2017 4:00

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən…

Fransanın Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, parlament seçkilərinin ilk turunda saat 12:00-dək seçicilərin 19.24 faizi səsvermədə iştirak edib.Qeyd edək ki, 2012-ci ildə bu rəqəm 21.06 faiz olub. Seçicilərin iştirakında 1.82 faiz azalma müşahidə olunub.xeber100.com

İyun 11, 2017 3:55

“Daily Telegraph” qəzeti yazır…

Böyük Britaniyada keçirilən parlament seçkilərində 25 ilin ən yüksək iştirak səviyyəsi qeydə alınıb – səsvermədə 32 milyondan çox seçici iştirak edib.“Daily Telegraph” qəzeti xəbər verir ki, yalnız 1992-ci ildə keçirilən seçkilərdə iştirak səviyyəsi bundan yüksək olub – 33,6 milyon nəfər. Cari seçkinin nəticəsinə əsasən, britaniyalıların 68,7 faizi səsvermədə iştirak edib. Bu, 2015-ci ildə keçirilən ümumi seçkilərdən 2 faiz çoxdur.Qeyd edək ki, Böyük Britaniyada parlament seçkiləri “Brexit” üzrə danışıqlar astanasında siyasi Londonu birləşdirmək istəyən Baş nazir Tereza Meyin təşəbbüsü ilə keçirilib.Hazırda 650 dairədən 649-da bülletenlərin hesablanması başa çatıb. Seçkinin nəticəsinə görə hələlik mühafizəkarlar 318, leyboristlər 261, liberal-demokratlar 12, Şotlandiya Milli Partiyası – 35, digər partiyalar 23 mandat qazanıb. Beləliklə, partiyaların heç biri müstəqil şəkildə kabineti formalaşdırmaq üçün lazım olan səsləri toplaya bilməyib.xeber100.com

İyun 9, 2017 4:25
    Page 170 of 299« First«...102030...168169170171172...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az