Euronews telekanalının məlumatına görə…

Braziliya Prezidenti Mişel Temer rəsmi olaraq korrupsiya işi üzrə şübhəli elan olunub. Ölkənin Ali Məhkəməsi mayın 18-də dövlət başçısına qarşı təhqiqata başlamaq qərarını təsdiqləyib. Bir müddət öncə Baş Prokurorluq ali instansiyaya müvafiq müraciət ünvanlamışdı.Euronews telekanalı xəbər verir ki, məhkəmə işinə prezidentin guya iki nüfuzlu biznesmenə parlamentin sabiq spikeri Eduardo Kunyaya rüşvət vermələri barədə təklifinin əks olunduğu audioyazı səbəb olub.Prezident Mişel Temer isə öz növbəsində heç kimə rüşvətlə bağlı göstəriş vermədiyini və istefaya getməyəcəyini bildirib.Eduardo Kunya 2015-ci ildə parlamentin spikeri olduğu zaman sabiq prezident Dilma Rusef barəsində impiçmentə dəstək vermişdi. Həmin dövrdə onun özünə qarşı korrupsiya ilə bağlı cinayət işi açılmışdı və Rusefin tərəfdarları Kunyanın buna görə prezidentdən qisas aldığını iddia edirdilər. Nəticədə sabiq spiker 15 il həbs cəzasına məhkum edilmiş, Rusef isə prezident postundan məhrum olmuşdu.14ymedio xəbər portalının yaydığı xəbərə görə, Braziliyada minlərlə insan Mişel Temerin istefası və ümumi seçkilər keçirilməsi tələbi ilə küçələrə çıxıb. Aksiyalar ölkənin onlarla şəhərini əhatə edib. Ən miqyaslı nümayişlər Rio-de-Janeyroda, San-Pauluda və paytaxt Braziliada keçirilib.xeber100.com

May 19, 2017 4:04

ABŞ Prezidenti Türkiyə Prezidenti ilə görüşüb

Mayın 16-da ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb. İki ölkənin liderlərinin danışıqlarının əsas mövzusu terrorizmə qarşı mübarizədə əməkdaşlıq məsələləri olub. Məlumdur ki, ABŞ ilə Türkiyə bu məsələnin həllinə fərqli yanaşırlar. Belə ki, Vaşinqton Suriya və İraq kürdləri, o cümlədən PYD və YPG kimi qruplaşmalarla əməkdaşlıq edir, Ankara isə bu qruplaşmaları PKK ilə bağlı terrorçu qruplaşmalar hesab edir.Danışıqlardan sonra dövlət başçıları bəyanatla çıxış ediblər. Prezident Tramp deyib ki, Türkiyə ilə ABŞ soyuq müharibə dövründən müttəfiqdirlər. Türkiyə əsgərləri Koreya müharibəsində amerikalı əsgərlərlə çiyin-çiyinə döyüşüblər və ABŞ bunu unutmayıb. Bu yaxınlarda Türkiyədə törədilən terror aktlarına toxunan Donald Tramp vurğulayıb ki, amerikalılar qurbanlara görə kədərlənir, Türkiyə xalqının dərdinə şərikdir. Prezident qeyd edib ki, regionda “İslam dövləti”nə və PKK- ya qarşı mübarizədə Türkiyənin addımlarını yüksək qiymətləndirir. O deyib ki, ABŞ Türkiyənin zorakılığın azaldılması və Suriya böhranının sülh yolu ilə həlli üzrə səylərini alqışlayır.ABŞ ilə Türkiyə arasında ticarət əlaqələri də müzakirə edilib. Sonda Donald Tramp vurğulayıb ki, ABŞ regionda ümumi təhdidlərə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığı davam etdirməyə hazırdır.xeber100.com

May 17, 2017 1:18