23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Ağ Evdə mətbuat konfransı olub

Ağ Evdə Prezident Donald Trampın mətbuat konfransı olub. ABŞ Prezidenti jurnalistlər qarşısında çıxışında əmək naziri vəzifəsinə yeni namizədinin - Aleksandr Akostanın adını açıqlayıb. Belə ki, əvvəlki namizəd Endi Puzder bu həftə öz namizədliyini geri götürüb. D.Tramp ABŞ-Rusiya münasibətlərini də müzakirə edib, əhatəsinin Rusiya kəşfiyyatının və hakimiyyət orqanlarının nümayəndələri ilə əlaqə saxlaması barədə fikirləri təkzib edib, Maykl Flinnin Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsindən istefa verməsinə münasibətini bildirib.Prezident D.Tramp elan edib ki, bütün immiqrantların və yeddi müsəlman ölkəsindən (Suriya, Sudan, Somali, İraq, İran, Liviya və Yəməndən) gələnlərin ABŞ-a daxil olmalarına müvəqqəti qadağa qoyulması barədə onun fərmanının icrası Sietl federal məhkəməsi tərəfindən dayandırılandan sonra Birləşmiş Ştatların “müdafiəsinə yönəlmiş” yeni sərəncam verəcək.ABŞ Prezidenti “dezinformasiya xarakteri daşıyan materialların“ dərc olunmasına və yayılmasına görə aparıcı kütləvi informasiya vasitələrini də tənbeh edərək, həmin materialları “feyk xəbərlər” adlandırıb, Prezidentin inauqurasiyası günündən başlayan fəaliyyətinə görə administrasiyasını tərifləyib.xeber100.com

Fevral 17, 2017 1:18

“Rosneft” şirkətinin qaz hasilatı 2016-cı ildə…

Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkətinin qaz hasilatı 2016-cı ildə əvvəlki illə müqayisədə 7,3 faiz artaraq 67,1 milyard kubmetr təşkil edib.Azərtac xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, “Rosneft”in xam neft və maye qaz hasilatı 2016-cı ildə 210 milyon ton təşkil edib.Şirkətin orta sutkalıq karbohidrogen hasilatı 5,83 milyon barrel neft ekvivalentində olub və ötən ilin üçüncü rübü ilə müqayisədə isə dördüncü rübdə 11,8 faiz artıb.xeber100.com

Fevral 16, 2017 3:51

Fiskal Tədqiqatlar İnstitutunun araşdırmasına əsasən…

Böyük Britaniyanın Fiskal Tədqiqatlar İnstitutunun araşdırmasına əsasən, hökumət fərdi sahibkarlıqla məşğul olan şəxslərdən tutulan vergiləri artırmalıdır.Azərtac “vergiler.az” saytına istinadla xəbər verir ki, hazırda fərdi sahibkarlar da tədqiqat müəssisəsinin işçiləri qədər, ildə orta hesabla 1240 funt sterlinq (1550 dollar) vergi ödəyirlər.Fərdi sahibkarlardan tutulan vergilərin artırılması dövlətin büdcəsinə hər il 5 milyard funt sterlinq vəsait cəlb edə bilər.xeber100.com

Fevral 16, 2017 3:48

“Boeing 737 MAX-9” tipli təyyarənin sınaq uçuşu həyata keçiriləcək

Bu ilin aprel ayında “Boeing 737 MAX-9” tipli yeni təyyarənin ilk sınaq uçuşu həyata keçiriləcək. “Reuters” agentliyi xəbər verir ki, yeni tipli təyyarə 1997-ci ildən istismara verilən “737 NG” təyyarələrini əvəz edəcək.Qeyd edilib ki, yeni tipli təyyarənin 5 modeli yaradılacaq və bu təyyarələr nəzərə çarpacaq dərəcədə az yanacaqdan istifadə edəcək. Buna görə də aviaşirkət bu təyyarələrin istehsalında maraqlı olduğunu bəyan edib.xeber100.com

Fevral 15, 2017 1:01

Prezident seçkiləri keçiriləcək

Qırğızıstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, ölkədə növbəti prezident seçkiləri bu il noyabrın 19-da keçiriləcək.Bu haqda Qırğızıstan Prezidenti Almazbek Atambayevin Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının sədri Nurjan Şayldabekovla görüşündə məlum olub.Dövlət başçısı bildirib ki, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi zəruridir, bunun üçün nə lazımdırsa edəcək.Görüşdə seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb.Qırğızıstan qanunlarına görə, dövlət başçısı bir dəfə altı il müddətinə seçilə bilər.2011-ci ildə seçilən Prezident Almazbek Atambayevin səlahiyyətləri bu ilin payızında başa çatır.xeber100.com

Fevral 15, 2017 12:57

ABŞ Senatı Stiven Мnuçinin namizədliyini təsdiqləyib

ABŞ Senatı ölkənin maliyyə naziri vəzifəsinə Stiven Мnuçini təsdiqləyib."RİA Novosti"nin məlumatına görə, S.Mnuçinin namizədliyinin lehinə 53, əleyhinə 47 senator səs verib.S.Mnuçin ABŞ Prezidenti Donald Tramp komandasının Senat tərəfindən təsdiq edilən onuncu üzvüdür. S.Mnuçin ABŞ-ın ən iri korporasiyalarından biri olan “Goldman Sachs”da çalışıb. O, "Dune Capital Management", "OneWest Bank Group", "RatPac-Dune Entertaiment" şirkətlərinin yaradıcısıdır və bir çox məşhur filmlərə prodüserlik edib.xeber100.com

Fevral 14, 2017 3:05

Prezidentin təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən istefa verib

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinn vəzifəsindən istefa verib. Ağ ev bu barədə yayılan məlumatı təsdiqləyib. TASS informasiya agentliyi xəbər verir ki, bu vəzifəyə istefada olan general-leytenant Kit Kelloqq təyin edilib.CNN telekanalının məlumatına görə, ABŞ Prezidenti yanında milli təhlükəsizlik üzrə köməkçi ölkənin Mərkəzi Kəşfiyat İdarəsinin keçmiş direktoru Devid Petreus olacaq.xeber100.com

Fevral 14, 2017 3:01

Ria Novosti agentliyinin məlumatına əsasən…

Almaniya Federativ Respublikasının sabiq xarici işlər naziri Frank-Valter Ştaynmayer bu gün keçirilən səsvermədə ölkəsinin yeni prezidenti seçilib.Ria Novosti agentliyi bildirir ki, Almaniyada müstəsna olaraq prezident seçmək məqsədilə çağırılan Federal Məclisin 1239 üzvündən 931-i Frank-Valter Ştaynmayerin namizədliyini dəstəkləyib. İlk turda seçilmək üçün sabiq xarici işlər nazirinə 631 səs lazım idi.xeber100.com

Fevral 13, 2017 2:32

Prezident seçkilərində səsvermə başa çatıb

Türkmənistanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.Azərtac xəbər verir ki, seçkilərdə seçici fəallığı 97.27 faiz olub. Türkmənistan Mərkəzi Seçki Komissiyası qarşıdakı 7 gün ərzində səsvermənin nəticələrini açıqlayacaq.Bu dəfə dövlət başçısı 7 il müddətinə seçilir. Prezident vəzifəsinə 9 namizəd qeydə alınıb. Onlardan üçünün namizədliyi Türkmənistanın tarixində ilk dəfə olaraq, siyasi partiyalar tərəfindən irəli sürülüb.ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndə heyəti, MDB-nin müşahidə missiyasının üzvləri, o cümlədən digər beynəlxalq müşahidəçilər məntəqələrdə səsvermənin gedişini izləyiblər.xeber100.com

Fevral 13, 2017 2:29

TASS agentliyinin məlumatına görə…

Rusiya Federasiyasının Altay Respublikasında helikopter qəzaya uğrayıb. TASS agentliyi bildirir ki, ekskursiya uçuşu həyata keçirən “Robinson” tipli helikopter Teletskoye gölünə düşüb.Təhqiqat Komitəsinin Nəqliyyat üzrə Təhqiqat İdarəsinin mətbuat xidmətindən bildirilib ki, helikopterin göyərtəsində Altay Respublikası hökumətinin keçmiş Baş naziri Anatoli Bannıx və iki azyaşlı övladı, eləcə də pilot və onun həyat yoldaşı olub.xeber100.com

Fevral 13, 2017 2:21
    Page 200 of 299« First«...102030...198199200201202...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az