30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Prezidentin təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən istefa verib

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinn vəzifəsindən istefa verib. Ağ ev bu barədə yayılan məlumatı təsdiqləyib. TASS informasiya agentliyi xəbər verir ki, bu vəzifəyə istefada olan general-leytenant Kit Kelloqq təyin edilib.CNN telekanalının məlumatına görə, ABŞ Prezidenti yanında milli təhlükəsizlik üzrə köməkçi ölkənin Mərkəzi Kəşfiyat İdarəsinin keçmiş direktoru Devid Petreus olacaq.xeber100.com

Fevral 14, 2017 3:01

Ria Novosti agentliyinin məlumatına əsasən…

Almaniya Federativ Respublikasının sabiq xarici işlər naziri Frank-Valter Ştaynmayer bu gün keçirilən səsvermədə ölkəsinin yeni prezidenti seçilib.Ria Novosti agentliyi bildirir ki, Almaniyada müstəsna olaraq prezident seçmək məqsədilə çağırılan Federal Məclisin 1239 üzvündən 931-i Frank-Valter Ştaynmayerin namizədliyini dəstəkləyib. İlk turda seçilmək üçün sabiq xarici işlər nazirinə 631 səs lazım idi.xeber100.com

Fevral 13, 2017 2:32

Prezident seçkilərində səsvermə başa çatıb

Türkmənistanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.Azərtac xəbər verir ki, seçkilərdə seçici fəallığı 97.27 faiz olub. Türkmənistan Mərkəzi Seçki Komissiyası qarşıdakı 7 gün ərzində səsvermənin nəticələrini açıqlayacaq.Bu dəfə dövlət başçısı 7 il müddətinə seçilir. Prezident vəzifəsinə 9 namizəd qeydə alınıb. Onlardan üçünün namizədliyi Türkmənistanın tarixində ilk dəfə olaraq, siyasi partiyalar tərəfindən irəli sürülüb.ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndə heyəti, MDB-nin müşahidə missiyasının üzvləri, o cümlədən digər beynəlxalq müşahidəçilər məntəqələrdə səsvermənin gedişini izləyiblər.xeber100.com

Fevral 13, 2017 2:29

TASS agentliyinin məlumatına görə…

Rusiya Federasiyasının Altay Respublikasında helikopter qəzaya uğrayıb. TASS agentliyi bildirir ki, ekskursiya uçuşu həyata keçirən “Robinson” tipli helikopter Teletskoye gölünə düşüb.Təhqiqat Komitəsinin Nəqliyyat üzrə Təhqiqat İdarəsinin mətbuat xidmətindən bildirilib ki, helikopterin göyərtəsində Altay Respublikası hökumətinin keçmiş Baş naziri Anatoli Bannıx və iki azyaşlı övladı, eləcə də pilot və onun həyat yoldaşı olub.xeber100.com

Fevral 13, 2017 2:21

5.3 bal gücündə daha bir zəlzələ baş verib

Fevralın 12-də Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda 5.3 bal gücündə daha bir zəlzələ baş verib.Yerli vaxtla saat 16:48-də baş verən yeraltı təkanlar bəzi dağıntılar törədib. Dağılmış və təhlükədə olan evlərin sakinləri üçün çadır və konteyner şəhərciklər salınmaqdadır. Hazırda 298 konteynerdə evsiz qalan 2500 sakin yerləşdirilib. Həmin ərazidə daha 178 konteyner qurulmaqdadır. Gələn həftə isə zəlzələ bölgəsinə əlavə 500 konteynerin gətiriləcəyi planlaşdırılır.xeber100.com

Fevral 13, 2017 2:19

Meksikada etiraz aksiyası davam edir

Rəsmi Mexiko ilə Vaşinqton arasında diplomatik böhranın dərinləşdiyi bir vaxtda minlərlə meksikalı ABŞ Prezidenti Donald Trampa və onun Meksika ilə sərhəddə divarın tikintisi ilə bağlı layihəsinə qarşı nümayiş keçirib.“lefigaro.fr” saytı xəbər verir ki, əllərində Meksika bayraqları tutan nümayişçilər şirkətlərin, vətəndaş cəmiyyətlərinin və universitetlərin çağırışı ilə küçələrə axışıblar.Sosial şəbəkələrdə #VibraMexico haştaqı ilə başlanan etiraz aksiyası ölkənin ikinci şəhəri olan Qvadalaharada da keçirilib. İyirmiyə yaxın digər şəhərdə isə nümayişlərə hazırlıqlar görülür.xeber100.com

Fevral 13, 2017 2:13

BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək

ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər. “lemonde.fr” saytı bildirir ki, iclas bu gün keçirilə bilər.Donald Trampın ABŞ Prezidenti kimi andiçməsindən sonra Pxenyan tərəfindən buraxılan ilk raket Yapon dənizinə düşüb.Vurğulanır ki, bu ölkələr arasında yenidən gərginliyin yaranmaması üçün cavab tədbirləri tədricən görülməlidir.Qeyd edək ki, fevralın 12-də Şimali Koreya ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan edib.xeber100.com

Fevral 13, 2017 2:08

Anadolu agentliyinin məlumatına görə…

Almaniyanın paytaxtı Berlində baş tutan 67-ci Beynəlxalq Film Festivalının açılışı olub.Anadolu agentliyinin məlumatına görə, festival fransız rejissoru Etienne Comarın ekranlaşdırdığı “Django” filminin nümayişi ilə başlayıb. Sözügedən şəhərin “Potsdamer Platz” meydanındakı “Berlinale Palast”da gerçəkləşən festivalda 72 ölkədən 399-dək ekran əsəri nümayiş olunacaq. Festivalda ümumilikdə 18 film “Qızıl ayı” və “Gümüş ayı” mükafatları üçün mübarizə aparacaq.Həmçinin, qardaş ölkə olan Türkiyənin “Qayğı” filmi festivalın panorama bölümündə “Ən yaxşı ilk film” kateqoriyasında yarışacaq.Fevralın 18-də qalib ekran əsərlərinə mükafatlar təqdim ediləcək.xeber100.com

Fevral 13, 2017 12:27

2018-ci ildə referendum keçiriləcək

Danimarkanın muxtar bölgəsi olan Farer adalarında 2018-ci ildə yeni Konstitusiya ilə əlaqədar referendum keçiriləcək. Danimarka KİV-lərində verilən məlumata görə, yeni Konstitusiyaya əsasən, bu adaların vətəndaşları təyini-müqəddərat hüququ əldə edəcəklər.Farer adalar qrupu Atlantik okeanının şimalında Şotlandiya, Norveç və İslandiya arasında yerləşir. 1948-ci ildən etibarən bu adalara Danimarka krallığından tam muxtariyyət verilib. Əhalisinin sayı 48 min nəfər olan Farer adaları qrupu müdafiə və xarici işlərlə bağlı məsələlər istisna olmaqla bütün dövlət sahələrində öz hakimiyyətini qurmaq hüququna malikdir.Adaların Baş naziri Aksel Yohannes jurnalistlərə müsahibəsində deyib: “Farer Konstitusiyası bizim bir millət kimi identikliyimizi, əsas hüquq və vəzifələrimizi, o cümlədən təyini-müqəddərat hüququmuzu müəyyən edəcək”.xeber100.com

Fevral 13, 2017 12:23

NHK telekanalının yaydığı məlumata görə…

Yaponiyanın qərbində Sakit okean və Yapon dənizinin sahillərinə yağan güclü qar nəqliyyatın hərəkətini iflic edib və tıxaclara səbəb olub.NHK telekanalının yaydığı məlumata görə, ölkənin cənub-qərbində yerləşən Tottori prefekturasının Yapon dənizi sahillərində qar örtüyünün hündürlüyü 91 santimetrə çatıb. Bu, normadan 10 dəfə çoxdur. Sinoptiklər yaxın günlərdə yağıntının miqdarının arta biləcəyi barədə xəbərdarlıq ediblər.Prefekturada ağacın relslərin üzərinə aşması nəticəsində elektrik qatarı bütün gecə yoluna davam edə bilməyib. Səhər ağac yoldan götürülsə də, qatar qarın çoxluğu səbəbindən 300 metr getdikdən sonra yenidən dayanmağa məcbur olub. Sərnişinlərə qaynar içki paylanıb, dəmiryol kompaniyasının administrasiyası onların təxliyəsi üçün avtobuslar hazırlayıb.Sanyin prefekturasında isə uzun tıxaclar yaranıb. Sakit okean sahillərində yerləşən Sidzuoka prefekturasında baş verən yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 6 nəfər xəstəxanaya yerləşdirilib.xeber100.com

Fevral 11, 2017 9:54
    Page 202 of 301« First«...102030...200201202203204...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az