23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

5.3 bal gücündə daha bir zəlzələ baş verib

Fevralın 12-də Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda 5.3 bal gücündə daha bir zəlzələ baş verib.Yerli vaxtla saat 16:48-də baş verən yeraltı təkanlar bəzi dağıntılar törədib. Dağılmış və təhlükədə olan evlərin sakinləri üçün çadır və konteyner şəhərciklər salınmaqdadır. Hazırda 298 konteynerdə evsiz qalan 2500 sakin yerləşdirilib. Həmin ərazidə daha 178 konteyner qurulmaqdadır. Gələn həftə isə zəlzələ bölgəsinə əlavə 500 konteynerin gətiriləcəyi planlaşdırılır.xeber100.com

Fevral 13, 2017 2:19

Meksikada etiraz aksiyası davam edir

Rəsmi Mexiko ilə Vaşinqton arasında diplomatik böhranın dərinləşdiyi bir vaxtda minlərlə meksikalı ABŞ Prezidenti Donald Trampa və onun Meksika ilə sərhəddə divarın tikintisi ilə bağlı layihəsinə qarşı nümayiş keçirib.“lefigaro.fr” saytı xəbər verir ki, əllərində Meksika bayraqları tutan nümayişçilər şirkətlərin, vətəndaş cəmiyyətlərinin və universitetlərin çağırışı ilə küçələrə axışıblar.Sosial şəbəkələrdə #VibraMexico haştaqı ilə başlanan etiraz aksiyası ölkənin ikinci şəhəri olan Qvadalaharada da keçirilib. İyirmiyə yaxın digər şəhərdə isə nümayişlərə hazırlıqlar görülür.xeber100.com

Fevral 13, 2017 2:13

BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək

ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər. “lemonde.fr” saytı bildirir ki, iclas bu gün keçirilə bilər.Donald Trampın ABŞ Prezidenti kimi andiçməsindən sonra Pxenyan tərəfindən buraxılan ilk raket Yapon dənizinə düşüb.Vurğulanır ki, bu ölkələr arasında yenidən gərginliyin yaranmaması üçün cavab tədbirləri tədricən görülməlidir.Qeyd edək ki, fevralın 12-də Şimali Koreya ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan edib.xeber100.com

Fevral 13, 2017 2:08

Anadolu agentliyinin məlumatına görə…

Almaniyanın paytaxtı Berlində baş tutan 67-ci Beynəlxalq Film Festivalının açılışı olub.Anadolu agentliyinin məlumatına görə, festival fransız rejissoru Etienne Comarın ekranlaşdırdığı “Django” filminin nümayişi ilə başlayıb. Sözügedən şəhərin “Potsdamer Platz” meydanındakı “Berlinale Palast”da gerçəkləşən festivalda 72 ölkədən 399-dək ekran əsəri nümayiş olunacaq. Festivalda ümumilikdə 18 film “Qızıl ayı” və “Gümüş ayı” mükafatları üçün mübarizə aparacaq.Həmçinin, qardaş ölkə olan Türkiyənin “Qayğı” filmi festivalın panorama bölümündə “Ən yaxşı ilk film” kateqoriyasında yarışacaq.Fevralın 18-də qalib ekran əsərlərinə mükafatlar təqdim ediləcək.xeber100.com

Fevral 13, 2017 12:27

2018-ci ildə referendum keçiriləcək

Danimarkanın muxtar bölgəsi olan Farer adalarında 2018-ci ildə yeni Konstitusiya ilə əlaqədar referendum keçiriləcək. Danimarka KİV-lərində verilən məlumata görə, yeni Konstitusiyaya əsasən, bu adaların vətəndaşları təyini-müqəddərat hüququ əldə edəcəklər.Farer adalar qrupu Atlantik okeanının şimalında Şotlandiya, Norveç və İslandiya arasında yerləşir. 1948-ci ildən etibarən bu adalara Danimarka krallığından tam muxtariyyət verilib. Əhalisinin sayı 48 min nəfər olan Farer adaları qrupu müdafiə və xarici işlərlə bağlı məsələlər istisna olmaqla bütün dövlət sahələrində öz hakimiyyətini qurmaq hüququna malikdir.Adaların Baş naziri Aksel Yohannes jurnalistlərə müsahibəsində deyib: “Farer Konstitusiyası bizim bir millət kimi identikliyimizi, əsas hüquq və vəzifələrimizi, o cümlədən təyini-müqəddərat hüququmuzu müəyyən edəcək”.xeber100.com

Fevral 13, 2017 12:23

NHK telekanalının yaydığı məlumata görə…

Yaponiyanın qərbində Sakit okean və Yapon dənizinin sahillərinə yağan güclü qar nəqliyyatın hərəkətini iflic edib və tıxaclara səbəb olub.NHK telekanalının yaydığı məlumata görə, ölkənin cənub-qərbində yerləşən Tottori prefekturasının Yapon dənizi sahillərində qar örtüyünün hündürlüyü 91 santimetrə çatıb. Bu, normadan 10 dəfə çoxdur. Sinoptiklər yaxın günlərdə yağıntının miqdarının arta biləcəyi barədə xəbərdarlıq ediblər.Prefekturada ağacın relslərin üzərinə aşması nəticəsində elektrik qatarı bütün gecə yoluna davam edə bilməyib. Səhər ağac yoldan götürülsə də, qatar qarın çoxluğu səbəbindən 300 metr getdikdən sonra yenidən dayanmağa məcbur olub. Sərnişinlərə qaynar içki paylanıb, dəmiryol kompaniyasının administrasiyası onların təxliyəsi üçün avtobuslar hazırlayıb.Sanyin prefekturasında isə uzun tıxaclar yaranıb. Sakit okean sahillərində yerləşən Sidzuoka prefekturasında baş verən yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 6 nəfər xəstəxanaya yerləşdirilib.xeber100.com

Fevral 11, 2017 9:54

BMT-Türkiyə əlaqələrinin inkişaf etdirilməsi…

Türkiyəyə səfər edən BMT-nin baş katibi Antonio Quterreş bir sıra rəsmi şəxslərlə görüşüb. Həmçinin Türkiyənin Baş naziri Binəli Yıldırım və Antonio Quterreş birgə mətbuat konfransı keçiriblər.Jurnalistlərə BMT-Türkiyə əlaqələrinin inkişaf etdirilməsi, regional proseslər, qaçqınlar problemi, Kiprə dair danışıqların nəticələri barədə məlumat verilib.xeber100.com

Fevral 11, 2017 9:51

Associated Press agentliyinin məlumatına görə…

İndoneziyanın mərkəzi hissəsində baş verən qəfil daşqınlar ümumilikdə 40 min insana təsir edib və Bali adasında torpaq sürüşməsi 13 nəfərin ölümünə səbəb olub.Associated Press agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, 5 gün ərzində davam edən leysan yağışları Sumbava adasında çayların məcrasından çıxması ilə nəticələnib.Təbii fəlakətdən zərər çəkənlərin əksəriyyəti məscidlərə və dövlət müəssisələrinə sığınıb. Su basmış iki rayonda isə 8 mindən çox sakin öz mənzillərində təcrid olunmuş vəziyyətdə qalıb. Bu rayonlarda yalnız qayıqla hərəkət etmək mümkündür.xeber100.com

Fevral 11, 2017 9:45

Konstitusiya dəyişikliyi referendumu aprelin 16-da keçiriləcək

Türkiyə konstitusiyasında dəyişiklərlə bağlı referendum aprelin 16-na təyin olunub. Anadolu informasiya agentliyi xəbər verir ki, bu barədə qərar fevralın 11-də Türkiyə Ali Seçki Şurası tərəfindən qəbul edilib.Prezidentin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan dəyişikliklər referendumda qəbul olunacağı təqdirdə, 2019-cu ildə qüvvəyə minəcək. Dəyişikliklər paketinə əsasən, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək.Yeni qanun Türkiyədə idarəetmə formasının dəyişdirilməsinə və prezident idarəçiliyinin tətbiqinə yönəlib.xeber100.com

Fevral 11, 2017 9:41

Tolo News informasiya agentliyinin məlumatı

Əfqanıstanın Gilmənd vilayətində terrorçu kamikadzenin minalanmış maşını partlatması nəticəsində 11 nəfər ölüb. Tolo News informasiya agentliyi xəbər verir ki, ölkənin Laşkarqax şəhərində baş verən terror aktında 21 nəfər yaralanıb.xeber100.com

Fevral 11, 2017 9:10
    Page 201 of 299« First«...102030...199200201202203...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az