10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Konstitusiya dəyişikliyi referendumu aprelin 16-da keçiriləcək

Türkiyə konstitusiyasında dəyişiklərlə bağlı referendum aprelin 16-na təyin olunub. Anadolu informasiya agentliyi xəbər verir ki, bu barədə qərar fevralın 11-də Türkiyə Ali Seçki Şurası tərəfindən qəbul edilib.Prezidentin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan dəyişikliklər referendumda qəbul olunacağı təqdirdə, 2019-cu ildə qüvvəyə minəcək. Dəyişikliklər paketinə əsasən, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək.Yeni qanun Türkiyədə idarəetmə formasının dəyişdirilməsinə və prezident idarəçiliyinin tətbiqinə yönəlib.xeber100.com

Fevral 11, 2017 9:41

Tolo News informasiya agentliyinin məlumatı

Əfqanıstanın Gilmənd vilayətində terrorçu kamikadzenin minalanmış maşını partlatması nəticəsində 11 nəfər ölüb. Tolo News informasiya agentliyi xəbər verir ki, ölkənin Laşkarqax şəhərində baş verən terror aktında 21 nəfər yaralanıb.xeber100.com

Fevral 11, 2017 9:10

Federal Məclis yeni dövlət başçısının adını elan edəcək

Fevralın 12-də Almaniyada müstəsna olaraq prezident seçmək məqsədilə çağırılacaq Federal Məclis yeni dövlət başçısının adını elan edəcək. Böyük ehtimal ki, bu, sabiq xarici işlər naziri Frank-Valter Ştaynmayer olacaq. Onun prezidentliyə namizədliyi hakim koalisiyaya daxil olan üç partiyadan – Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı və Almaniya Sosial Demokrat Partiyasından (ASDP) irəli sürülüb.Bu partiyaların liderləri vahid namizəd barədə uzun müddət razılığa gəlməyə çalışsalar da, bir nəticə əldə etməyiblər. Bir çox debatlardan sonra Angela Merkelin partiyası – Xristian Demokrat İttifaqı ASDP-nin üzvü Ştaynmayeri dəstəkləməyə razılıq verib. O, xeyli vaxtdır ki, Almaniya siyasi mühitində mühüm simadır.Ölkə əhalisinin əksəriyyəti üçün Ştaynmayer Almaniya diplomatiyasının simasıdır. Altmış yaşlı sosial-demokratın 20 ilə yaxın siyasi karyerasında tutduğu vəzifələr çox olub: federal kansler idarəsinin rəhbəri, bundestaqda ASDP lideri, Almaniyanın xarici işlər naziri... AFR-in əvvəlki prezidenti Yoaxim Qaukun yerinə Berlində Belvyu sarayında almanların yaxşı tanıdığı siyasətçi əyləşəcək.xeber100.com

Fevral 11, 2017 9:04

Kyodo agentliyinin məlumatına görə…

Kyodo agentliyinin yaydığı məlumata görə, Yaponiyaya yağan güclü qar bir sıra yerlərdə fəsadlar törədib. Belə ki, Tottori prefekturasının Kurayoşi şəhərində yağan güclü qar nəticəsində 1300 ailə elektrik enerjisiz qalıb.Güclü qar Tottori ilə yanaşı, Okayama və Hiroşima prefekturalarında nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Qatarlar fasilələrlə hərəkət edir. Naqoya və Osaka şəhərləri arasında sürətli qatarların hərəkət sürəti zəifləyib. Vakayama prefekturasında təqribən 40 nəfər sərnişin 90 dəqiqə ərzində Koyasan dağına qalxan funikulyorda qalıb.Son sutkalar ərzində Yaponiyanın qərbinə 40 santimetrdən çox qar yağıb. Paytaxt Tokioya yağan qar havanın temperaturunun müsbət 9 dərəcə olması səbəbindən tezliklə əriyib. Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, ölkə ərazisində güclü qar bazar gününədək davam edə bilər.xeber100.co

Fevral 10, 2017 2:26

Konstitusiya dəyişikliyi haqqında qanun imzalanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə konstitusiyasında dəyişikliklər paketini imzalayıb. Qanun dərc olunmaq üçün Nazirlər Kabinetinə göndərilib. Anadolu informasiya agentliyi xəbər verir ki, konstitusiya dəyişikliklərinin referendumda qəbul olunacağı təqdirdə, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək. Qanun ümumilikdə Türkiyədə idarəetmə formasının dəyişdirilməsini və prezident idarəçiliyinin tətbiqini nəzərdə tutur.Bir qədər əvvəl rəsmi mənbələrdən verilən məlumata görə, referendumun aprelin 16-na təyin olunması gözlənilir.xeber100.cm

Fevral 10, 2017 2:22

Sietl Federal Məhkəməsinin qərarına görə…

San-Fransiskodakı 9-cu federal dairə apelyasiya məhkəməsi yeddi müsəlman ölkəsindən (Suriya, Sudan, Somali, İraq, İran, Liviya və Yəmən) bütün immiqrantların və müsafirlərin 90 gün ərzində ABŞ-a gəlişinə müvəqqəti qadağa qoyulması haqqında ABŞ Prezidenti Donald Trampın fərmanının qüvvədən düşməsi barədə Sietl Federal Məhkəməsinin (Vaşinqton ştatı) qərarını təsdiq edib.Xatırladaq ki, Sietl Federal Məhkəməsinin qərarına görə, yeddi müsəlman ölkəsindən gələnlərə daha əvvəl verilmiş, amma Prezident D.Trampın ölkəyə gəlməyə qadağa qoyan 27 yanvar tarixli fərmanından sonra ləğv edilən vizalar bərpa olunub, onların sahibləri ölkə ərazisinə daxil olublar və yenə gələ bilərlər.Fevralın 7-də iş üzrə dinləmələrdən sonra D.Tramp Administrasiyası Sietl Federal Məhkəməsindən apelyasiya şikayəti verib. Bir çox ştatların federal hakimləri, o cümlədən Sietlin hakimi Ceyms Robart vurğulayıblar ki, bu ölkələrdən ABŞ-a gəlməyə qadağa qoyulması təkcə ayrı-ayrı vətəndaşlara deyil, həm də biznesə və universitetlərə ziyan vurub. Onlar D.Trampın müsəlmanların ABŞ-a gəlməsinə qadağa qoyulması barədə seçkiqabağı vədindən danışarkən bildiriblər ki, dini xurafata əsaslanan qadağa Konstitusiyaya ziddir.xeber100.com

Fevral 10, 2017 2:15

Almaniya hökuməti yeni qanun layihəsi qəbul edib

Almaniya hökuməti hüquq-mühafizə orqanlarının əməkdaşlarına və digər hakimiyyət nümayəndələrinə, eləcə də Bundesverin hərbi qulluqçularına qarşı zor tətbiq edilməsinə görə cəzanın sərtləşdirilməsi barədə qanun layihəsi qəbul edib. İndi həmin şəxslər hər hansı xidməti vəzifələrini yerinə yetirərkən onlara hücum edənləri 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. İndiyə qədər bu cür cəza tədbiri yalnız polis tərəfindən müvafiq əmr və ya sərəncamları icra edilməsinə, məsələn asayişi pozanların saxlanmasına mane olan şəxslərə şamil edilirdi.Bundan əlavə, hökumət, məsələn, terror aktı hazırlamaqda təqsirkar hesab edilənlərə nəzarət etmək üçün artıq cəzasını çəkmiş canilərə qarşı “elektron qandallar” tətbiq edilməsi dairəsini genişləndirməyə hazırlaşır.xeber100.com

Fevral 9, 2017 3:49

Eyfel Qülləsi Əməliyyat Şirkətinin məlumatına görə…

Eyfel qülləsi gülləkeçirməz divarla əhatə olunacaq. Anadolu agentliyi xəbər verir ki, bu barədə Eyfel Qülləsi Əməliyyat Şirkəti idarə heyətinin rəhbəri Bernard Gaudillere məlumat verib.2,5 metr hündürlüyündə olacaq divar 20 milyon avroya başa gələcək. Divarın çəkilməsində məqsəd terror hücumlarının qarşısını almaqdır. Təhlükəsizlik tədbirləri üçün bundan sonra qülləyə giriş yalnız bir yerdən olacaq.xeber100.com

Fevral 9, 2017 3:41

6,4 bal gücündə zəlzələ baş verib

Pakistanın cənub-qərbində 6,4 bal gücündə zəlzələ baş verib. “RİA Novosti” agentliyi xəbər verir ki, zəlzələnin episentri Pasni şəhərindən 14 kilometr qərbdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.Tələfat və dağıntı barədə məlumat yoxdur.xeber100.com

Fevral 8, 2017 2:02

Hökumətə etimad məsələsi müzakirə ediləcək

Rumıniyadakı etiraz aksiyalarının miqyası səngiməyə başlasa da, nümayişlər davam edir. Euronews telekanalı xəbər verir ki, hökumət amnistiya və cinayət məcəlləsində dəyişikliklər barədə qalmaqallı qanun layihəsini geri götürmək qərarına gəlib. Buna baxmayaraq, Nazirlər Kabinetinin tam istefaya getməsini tələb edən insanlar əvvəlki kimi küçələrə çıxırlar.Fevralın 7-də axşam saatlarında Buxarestin mərkəzinə 5 min nəfər toplanıb. Bu gün isə Rumıniya parlamenti ölkə hökumətinə etimad məsələsini müzakirə etməlidir.Bu arada Rumıniya Prezidenti Klaus Yohannis Nazirlər Kabinetini sərt tənqid edib. Prezident parlamentdə çıxış edərkən böhrana rəvac verən hakim partiyanın onun həlli üçün tez bir zamanda təklif verməli olduğunu bildirib.Sosial-Demokrat Partiyasının deputatları dövlət başçısının sözlərinə etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.xeber100.com

Fevral 8, 2017 1:58
    Page 203 of 301« First«...102030...201202203204205...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az