03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Konstitusiya dəyişikliyi haqqında qanun imzalanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə konstitusiyasında dəyişikliklər paketini imzalayıb. Qanun dərc olunmaq üçün Nazirlər Kabinetinə göndərilib. Anadolu informasiya agentliyi xəbər verir ki, konstitusiya dəyişikliklərinin referendumda qəbul olunacağı təqdirdə, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək. Qanun ümumilikdə Türkiyədə idarəetmə formasının dəyişdirilməsini və prezident idarəçiliyinin tətbiqini nəzərdə tutur.Bir qədər əvvəl rəsmi mənbələrdən verilən məlumata görə, referendumun aprelin 16-na təyin olunması gözlənilir.xeber100.cm

Fevral 10, 2017 2:22

Sietl Federal Məhkəməsinin qərarına görə…

San-Fransiskodakı 9-cu federal dairə apelyasiya məhkəməsi yeddi müsəlman ölkəsindən (Suriya, Sudan, Somali, İraq, İran, Liviya və Yəmən) bütün immiqrantların və müsafirlərin 90 gün ərzində ABŞ-a gəlişinə müvəqqəti qadağa qoyulması haqqında ABŞ Prezidenti Donald Trampın fərmanının qüvvədən düşməsi barədə Sietl Federal Məhkəməsinin (Vaşinqton ştatı) qərarını təsdiq edib.Xatırladaq ki, Sietl Federal Məhkəməsinin qərarına görə, yeddi müsəlman ölkəsindən gələnlərə daha əvvəl verilmiş, amma Prezident D.Trampın ölkəyə gəlməyə qadağa qoyan 27 yanvar tarixli fərmanından sonra ləğv edilən vizalar bərpa olunub, onların sahibləri ölkə ərazisinə daxil olublar və yenə gələ bilərlər.Fevralın 7-də iş üzrə dinləmələrdən sonra D.Tramp Administrasiyası Sietl Federal Məhkəməsindən apelyasiya şikayəti verib. Bir çox ştatların federal hakimləri, o cümlədən Sietlin hakimi Ceyms Robart vurğulayıblar ki, bu ölkələrdən ABŞ-a gəlməyə qadağa qoyulması təkcə ayrı-ayrı vətəndaşlara deyil, həm də biznesə və universitetlərə ziyan vurub. Onlar D.Trampın müsəlmanların ABŞ-a gəlməsinə qadağa qoyulması barədə seçkiqabağı vədindən danışarkən bildiriblər ki, dini xurafata əsaslanan qadağa Konstitusiyaya ziddir.xeber100.com

Fevral 10, 2017 2:15

Almaniya hökuməti yeni qanun layihəsi qəbul edib

Almaniya hökuməti hüquq-mühafizə orqanlarının əməkdaşlarına və digər hakimiyyət nümayəndələrinə, eləcə də Bundesverin hərbi qulluqçularına qarşı zor tətbiq edilməsinə görə cəzanın sərtləşdirilməsi barədə qanun layihəsi qəbul edib. İndi həmin şəxslər hər hansı xidməti vəzifələrini yerinə yetirərkən onlara hücum edənləri 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. İndiyə qədər bu cür cəza tədbiri yalnız polis tərəfindən müvafiq əmr və ya sərəncamları icra edilməsinə, məsələn asayişi pozanların saxlanmasına mane olan şəxslərə şamil edilirdi.Bundan əlavə, hökumət, məsələn, terror aktı hazırlamaqda təqsirkar hesab edilənlərə nəzarət etmək üçün artıq cəzasını çəkmiş canilərə qarşı “elektron qandallar” tətbiq edilməsi dairəsini genişləndirməyə hazırlaşır.xeber100.com

Fevral 9, 2017 3:49

Eyfel Qülləsi Əməliyyat Şirkətinin məlumatına görə…

Eyfel qülləsi gülləkeçirməz divarla əhatə olunacaq. Anadolu agentliyi xəbər verir ki, bu barədə Eyfel Qülləsi Əməliyyat Şirkəti idarə heyətinin rəhbəri Bernard Gaudillere məlumat verib.2,5 metr hündürlüyündə olacaq divar 20 milyon avroya başa gələcək. Divarın çəkilməsində məqsəd terror hücumlarının qarşısını almaqdır. Təhlükəsizlik tədbirləri üçün bundan sonra qülləyə giriş yalnız bir yerdən olacaq.xeber100.com

Fevral 9, 2017 3:41

6,4 bal gücündə zəlzələ baş verib

Pakistanın cənub-qərbində 6,4 bal gücündə zəlzələ baş verib. “RİA Novosti” agentliyi xəbər verir ki, zəlzələnin episentri Pasni şəhərindən 14 kilometr qərbdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.Tələfat və dağıntı barədə məlumat yoxdur.xeber100.com

Fevral 8, 2017 2:02

Hökumətə etimad məsələsi müzakirə ediləcək

Rumıniyadakı etiraz aksiyalarının miqyası səngiməyə başlasa da, nümayişlər davam edir. Euronews telekanalı xəbər verir ki, hökumət amnistiya və cinayət məcəlləsində dəyişikliklər barədə qalmaqallı qanun layihəsini geri götürmək qərarına gəlib. Buna baxmayaraq, Nazirlər Kabinetinin tam istefaya getməsini tələb edən insanlar əvvəlki kimi küçələrə çıxırlar.Fevralın 7-də axşam saatlarında Buxarestin mərkəzinə 5 min nəfər toplanıb. Bu gün isə Rumıniya parlamenti ölkə hökumətinə etimad məsələsini müzakirə etməlidir.Bu arada Rumıniya Prezidenti Klaus Yohannis Nazirlər Kabinetini sərt tənqid edib. Prezident parlamentdə çıxış edərkən böhrana rəvac verən hakim partiyanın onun həlli üçün tez bir zamanda təklif verməli olduğunu bildirib.Sosial-Demokrat Partiyasının deputatları dövlət başçısının sözlərinə etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.xeber100.com

Fevral 8, 2017 1:58

Yaponiya-ABŞ sammitinə hazırlıq işləri davam edir

Yaponiya hökuməti Baş nazir Şinzo Abe və ABŞ Prezidenti Donald Trampın cari həftədə Vaşinqtonda keçiriləcək ilk rəsmi görüşünə hazırlıq işlərini davam etdirir.Fevralın 10-da keçiriləcək sammitdə Ş.Abe iki ölkə arasında ittifaqın möhkəmləndirilməsi üçün ABŞ Prezidentinin qəti mövqe nümayiş edəcəyinə ümid edir.Ş.Abe həmçinin istəyir ki, D.Tramp Şərqi Çin dənizində Senakaku adalarının müdafiəsi ilə bağlı ABŞ-ın mövqeyinin dəyişməz olduğunu təsdiq etsin. Ötən həftə Yaponiyada rəsmi səfərdə olan ABŞ-ın müdafiə naziri Ceyms Mettis açıq şəkildə bildirib ki, təhlükəsizlik barədə Yaponiya-ABŞ müqaviləsi bu əraziləri də əhatə edir.xeber100.com

Fevral 7, 2017 2:53

Avropa İttifaqı: Maastrixt sazişi – 25

Avropa İttifaqının yaranmasını şərtləndirən Maastrixt sazişinin imzalanmasından 25 il keçir. Saziş 1992-ci il fevralın 7-də Hollandiyanın Maastrixt şəhərində imzalanıb və 1993-cü il noyabrın 1-də qüvvəyə minib. Sənəd Avropa İttifaqı ölkələrinin maliyyə və siyasi sistemlərinin tənzimlənməsini özündə əks edir, iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, ədliyyə və daxili işlər prinsiplərini müəyyənləşdirir.xeber100.com

Fevral 7, 2017 2:47

Reuters agentliyinin məlumatına görə…

ABŞ Prezidenti Donald Tramp may ayında Avropada NATO liderləri ilə görüşməyə razılıq verib. Bu barədə razılıq Prezident Donald Trampın NATO-nun Baş katibi Yens Stoltenberq ilə telefon danışığı zamanı əldə edilib. Reuters agentliyi bildirir ki, Ağ Evin mətbuat xidmətinin məlumatında söhbət zamanı tərəflərin Ukrayna problemini də müzakirə etdikləri bildirilir.xeber100.com

Fevral 6, 2017 2:23

“Boeing-777” dünyanın ən uzun uçuşunu həyata keçirib

Qətər Hava Yollarına məxsus “Boeing-777” sərnişin təyyarəsi dünyanın fasiləsiz ən uzun uçuşunu həyata keçirib. Anadolu agentliyi xəbər verir ki, Dohadan qalxan sərnişin təyyarəsi 14 min 535 kilometrlik məsafəni 16 saat 23 dəqiqədə qət edərək Oklend hava limanına enib.Uçuşu həyata keçirən 4 pilot və 15 işçi üçün hava limanında qarşılanma mərasimi təşkil olunub.xeber100.com

Fevral 6, 2017 2:17
    Page 202 of 299« First«...102030...200201202203204...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az