30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

6,4 bal gücündə zəlzələ baş verib

Pakistanın cənub-qərbində 6,4 bal gücündə zəlzələ baş verib. “RİA Novosti” agentliyi xəbər verir ki, zəlzələnin episentri Pasni şəhərindən 14 kilometr qərbdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.Tələfat və dağıntı barədə məlumat yoxdur.xeber100.com

Fevral 8, 2017 2:02

Hökumətə etimad məsələsi müzakirə ediləcək

Rumıniyadakı etiraz aksiyalarının miqyası səngiməyə başlasa da, nümayişlər davam edir. Euronews telekanalı xəbər verir ki, hökumət amnistiya və cinayət məcəlləsində dəyişikliklər barədə qalmaqallı qanun layihəsini geri götürmək qərarına gəlib. Buna baxmayaraq, Nazirlər Kabinetinin tam istefaya getməsini tələb edən insanlar əvvəlki kimi küçələrə çıxırlar.Fevralın 7-də axşam saatlarında Buxarestin mərkəzinə 5 min nəfər toplanıb. Bu gün isə Rumıniya parlamenti ölkə hökumətinə etimad məsələsini müzakirə etməlidir.Bu arada Rumıniya Prezidenti Klaus Yohannis Nazirlər Kabinetini sərt tənqid edib. Prezident parlamentdə çıxış edərkən böhrana rəvac verən hakim partiyanın onun həlli üçün tez bir zamanda təklif verməli olduğunu bildirib.Sosial-Demokrat Partiyasının deputatları dövlət başçısının sözlərinə etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.xeber100.com

Fevral 8, 2017 1:58

Yaponiya-ABŞ sammitinə hazırlıq işləri davam edir

Yaponiya hökuməti Baş nazir Şinzo Abe və ABŞ Prezidenti Donald Trampın cari həftədə Vaşinqtonda keçiriləcək ilk rəsmi görüşünə hazırlıq işlərini davam etdirir.Fevralın 10-da keçiriləcək sammitdə Ş.Abe iki ölkə arasında ittifaqın möhkəmləndirilməsi üçün ABŞ Prezidentinin qəti mövqe nümayiş edəcəyinə ümid edir.Ş.Abe həmçinin istəyir ki, D.Tramp Şərqi Çin dənizində Senakaku adalarının müdafiəsi ilə bağlı ABŞ-ın mövqeyinin dəyişməz olduğunu təsdiq etsin. Ötən həftə Yaponiyada rəsmi səfərdə olan ABŞ-ın müdafiə naziri Ceyms Mettis açıq şəkildə bildirib ki, təhlükəsizlik barədə Yaponiya-ABŞ müqaviləsi bu əraziləri də əhatə edir.xeber100.com

Fevral 7, 2017 2:53

Avropa İttifaqı: Maastrixt sazişi – 25

Avropa İttifaqının yaranmasını şərtləndirən Maastrixt sazişinin imzalanmasından 25 il keçir. Saziş 1992-ci il fevralın 7-də Hollandiyanın Maastrixt şəhərində imzalanıb və 1993-cü il noyabrın 1-də qüvvəyə minib. Sənəd Avropa İttifaqı ölkələrinin maliyyə və siyasi sistemlərinin tənzimlənməsini özündə əks edir, iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, ədliyyə və daxili işlər prinsiplərini müəyyənləşdirir.xeber100.com

Fevral 7, 2017 2:47

Reuters agentliyinin məlumatına görə…

ABŞ Prezidenti Donald Tramp may ayında Avropada NATO liderləri ilə görüşməyə razılıq verib. Bu barədə razılıq Prezident Donald Trampın NATO-nun Baş katibi Yens Stoltenberq ilə telefon danışığı zamanı əldə edilib. Reuters agentliyi bildirir ki, Ağ Evin mətbuat xidmətinin məlumatında söhbət zamanı tərəflərin Ukrayna problemini də müzakirə etdikləri bildirilir.xeber100.com

Fevral 6, 2017 2:23

“Boeing-777” dünyanın ən uzun uçuşunu həyata keçirib

Qətər Hava Yollarına məxsus “Boeing-777” sərnişin təyyarəsi dünyanın fasiləsiz ən uzun uçuşunu həyata keçirib. Anadolu agentliyi xəbər verir ki, Dohadan qalxan sərnişin təyyarəsi 14 min 535 kilometrlik məsafəni 16 saat 23 dəqiqədə qət edərək Oklend hava limanına enib.Uçuşu həyata keçirən 4 pilot və 15 işçi üçün hava limanında qarşılanma mərasimi təşkil olunub.xeber100.com

Fevral 6, 2017 2:17

Atəşkəs ilə bağlı müzakirələrə başlanıb

Rusiya, Türkiyə, İran və BMT–dən olan ekspertlər Astanada Suriyada atəşkəs ilə bağlı razılaşmanın detallarını müzakirə edirlər.Reuters agentliyi bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Müzakirələrdə əsasən atəşkəsin həyata keçirilməsinə nəzarət mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsi aparılır. Müzakirələr bağlı qapılar arxasında keçirilir.xeber100.com

Fevral 6, 2017 2:11

“Mehr” agentliyinin məlumatına əsasən…

İran təbii qaz ehtiyatlarını 1,8 trilyon kubmetr artırıb. “Mehr” agentliyi xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin başçısı Əli Kardor deyib. O bildirib ki, hazırda ölkənin təbii qaz ehtiyatları təxminən 55,3 trilyon kubmetrdir.“Yeni qazılmış neft və qaz yataqlarından çıxarıla bilən təbii qazın həcmi təxminən 1,04 trilyon kubmetrdir. Hazırda İranın çıxarıla bilən təbii qaz ehtiyatlarının həcmi isə ümumilikdə 37,3 trilyon kubmetr təşkil edir. İrandakı qaz yataqlarının bərpaedilmə səviyyəsi təxminən 69,62 faizdir”, - deyə Əli Kardor əlavə edib.xeber100.com

Fevral 6, 2017 2:05

Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatı

2016-cı ildə Rusiyanın təbii qaz hasilatı 0,9 faiz artaraq 639 milyard kubmetr olub.Azərtac xəbər verir ki, bu barədə ölkənin İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.Bu, 2013-cü ildən bəri Rusiyanın təbii qaz hasilatında ilk artım ilidir.2016-cı ildə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin qaz hasilatı 2015-ci illə müqayisədə 0,1 faiz artıb. Şirkətin ötənilki təbii qaz hasilatı 419,07 milyard kubmetr (Rusiyanın ümumi istehsalının 65,6 faizi) təşkil edib.xeber100.com

Fevral 6, 2017 2:01

“RİA Novosti”nin məlumatı

Peruda güclü daşqınlar zamanı azı 23 nəfər ölüb. “RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, təbii fəlakət 15 min tikiliyə ziyan vurub. Daşqınlar nəticəsində körpü və yollar da sıradan çıxıb.Ölkənin bir neçə bölgəsində fövqəladə vəziyyət rejimi elan olunub.xeber100.com

Fevral 5, 2017 7:04
    Page 204 of 301« First«...102030...202203204205206...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az