23 Mart 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Yaponiya mətbuatı yazır…

Hazırda təxminən 127 milyon nəfərin yaşadığı Yaponiyada əhalinin sayı 2053-cü ilə qədər 100 milyon nəfərədək azalacaq. Bunu ölkənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Əhali və Sosial Sığorta Məsələləri üzrə Elmi-Tədqiqat İnstitutu bildirib. Yaponiya mətbuatı xəbər verir ki, institut bununla bağlı beş ildən bir tədqiqat aparır. Əvvəlki tədqiqatın nəticələri ilə müqayisədə əhalinin azalması prosesi müəyyən qədər zəifləyib. Əvvəllər 100 milyon nəfərdən aşağı göstəricinin 2048-ci ildə qeydə alınacağı deyilirdi. Azalma tempinin zəifləməsinə gənclər arasında nikaha və uşaqlara müsbət tendensiyanın artması səbəb olub.Eyni zamanda, bu proqnozları təsəlliverici saymaq tezdir: artıq 2065-ci ilədək Yaponiya əhalisinin sayının 88 milyon nəfərə enəcəyi gözlənilir.xeber100.com

Fevral 1, 2017 2:31

“Türk axını” sazişi ratifikasiya edilib

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası “Türk axını” sazişini ratifikasiya edib.Federasiya Şurasının mətbuat xidmətinin məlumatına görə, Şura sədrinin müavini İlyas Umaxanov sənədi təkcə iqtisadi və strateji baxımdan deyil, həm də Türkiyə ilə münasibətlərin tam formatda yaxşılaşdırılmasına doğru atılan siyasi cəhətdən mühüm addım kimi qiymətləndirib.Rusiya və Türkiyə “Türk axını” üzrə hökumətlərarası sazişi ötən il imzalayıb. Layihəyə əsasən, Qara dənizin dibi ilə salınacaq iki qaz kəmərinin hər biri vasitəsilə 15,75 milyard kubmetr qaz nəql olunacaq. Kəmərin bir qolu Rusiyadan Türkiyəyə, digər qolu isə Türkiyədən keçməklə Avropa ölkələrinə qaz nəqli üçün nəzərdə tutulub.xeber100.com

Fevral 1, 2017 2:21

Anadolu Agentliyinin məlumatı

Türkiyə əhalisinin sayı açıqlanıb.Anadolu Agentliyi xəbər verir ki, əvvəlki illə müqayisədə 2016-cı ildə əhalinin sayı 1 milyon 73 min 818 nəfər artaraq 79 milyon 814 min 871 nəfərə çatıb.Məlumatda qeyd edilir ki, ölkə əhalisinin 50.2 faizini kişilər, 49.2 faizini isə qadınlar təşkil edir.xeber100.com

Yanvar 31, 2017 2:42

“Brexit” barədə qanun layihəsinin müzakirəsi başlayıb

Bu gün Britaniya parlamentinin icmalar palatasında hökumət tərəfindən irəli sürülən “Brexit” prosedurunun işə salınması barədə qanun layihəsinin müzakirəsinə başlanacaq. Interfax informasiya agentliyi xəbər verir ki, bu məsələ barədə müzakirə prosesi və final səsverməsi fevralın 8-də başa çatmalıdır. İcmalar palatasında proses yekunlaşdıqdan sonra “Brexit” planları lordlar palatasının müzakirəsinə çıxarılacaq.Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyanın Ali Məhkəməsi ölkənin Baş naziri Tereza Meyə parlamentin təsdiqi olmadan Avropa İttifaqından çıxmaq prosesini başlamağa icazə verməyib.xeber100.com

Yanvar 31, 2017 2:00

TASS informasiya agentliyinin məlumatına görə…

ABŞ Ədliyyə Nazirliyi məhkəmədə Prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən qərarını müdafiə edəcək. TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ədliyyə nazirinin vəzifələrini icra edən Salli Yeyts istefaya göndərildikdən sonra qurumun müvəqqəti başçısı təyin olunan Dana Boente məlumat verib.Trampın miqrasiya siyasətini sərtləşdirən qərarının hüquqazidd olduğunu və onu məhkəmədə müdafiə etməyəcəyini bildirən Salli Yeyts vəzifədən kənarlaşdırılıb. 62 yaşlı Dana Boente bu posta Tramp tərəfindən irəli sürülən Ceff Seşnsın təyinatı Senat tərəfindən təsdiq olunana qədər baş prokurorun və ədliyyə nazirinin vəzifələrini icra edəcək.Qeyd edək ki, son günlər ABŞ Prezidenti miqrasiya siyasətini sərtləşdirən bir neçə fərman imzalayıb. Bundan sonra qaçqınların qəbulu 120 gün müddətinə dayandırılıb, Suriya qaçqınlarının yerləşdirilməsi qeyri-müəyyən vaxta qədər qadağan edilib və ölkəyə bəzi giriş qaydaları sərtləşdirilib. Tramp imzalanma mərasimində bundan sonra ölkəni “xarici terrorçulardan” qorumaq üçün qaçqınların seçiminin “ekstremal” olacağını da qeyd edib.xeber100.com

Yanvar 31, 2017 1:55

Mərakeş yenidən Afrika İttifaqına üzv qəbul edilib

Afrika İttifaqının hazırda Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən 28-ci Sammitində Mərakeşin bu təşkilatda üzvlüyünün bərpası ilə bağlı müraciətə baxılıb. Əlcəzair və CAR kimi ölkələrin bunun əleyhinə olmasına baxmayaraq, 54 üzv dövlətdən 39-nun dəstəyi ilə Mərakeş Krallığı yenidən Afrika İttifaqına üzv qəbul edilib.Mərakeş bu təşkilatdan 33 il əvvəl, tanınmamış Saxara Ərəb Demokratik Respublikasının üzvlüyə qəbul edilməsinə etiraz olaraq çıxmışdı. Ötən il isə Mərakeş kralı VI Məhəmməd təşkilata məktub ünvanlayaraq ölkəsinin yenidən İttifaqa üzv qəbul edilməsini istəyib.xeber100.com

Yanvar 31, 2017 1:52

2017-ci ildə keçiriləcək prezident seçkilərində…

Fransada solçu partiyaları 2017-ci ildə keçiriləcək prezident seçkilərində təmsil edəcək namizədin müəyyənləşdirilməsi üçün keçirilən seçkilərin ikinci turunun nəticələri açıqlanıb. 7530 seçki bürosunda baş tutan səsvermədə 1 milyon 306 min 852 seçici səs verib.Səsvermənin nəticələrinə görə, Benua Hamon səslərin 58.65 faizini toplayaraq 2017-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd olub.Sabiq Baş nazir Emmanüel Vals 41.35 faiz səslə məğlub olub.xeber100.com

Yanvar 30, 2017 2:52

“Volkswagen” avtomobil satışı üzrə liderlik edir

Alman avtomobil nəhəngi “Volkswagen” yapon rəqibi “Toyota”nı qabaqlayaraq, ilk dəfə dünyanın ən çox avtomobil satan şirkəti olub. Anadolu agentliyi xəbər verir ki, son dörd ildir “ən çox satılan marka” adını əlində saxlayan “Toyota” 2016-cı ildə dünya miqyasında 10 milyon 175 min avtomobil satıb. “Volkswagen” isə həmin müddətdə 10 milyon 310 min avtomobil sataraq bu göstərici üzrə önə çıxıb.“Audi”, “Porşe” və “Şkoda” markalarının da istehsalçısı olan “Volkswagen” Çinə satışların həcmini 3,8 faiz artırıb.xeber100.com  

Yanvar 30, 2017 2:49

Miqrasiya siyasətinə qarşı nümayiş keçirilib

Vaşinqtonda ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə qarşı nümayiş keçirilib.TASS agentliyi bildirir ki, Ağ Evin qarşısında toplaşan minlərlə insan sığınacaq axtaranlarla həmrəylik nümayiş etdiriblər.Aksiya iştirakçıları Trampın miqrasiya ilə bağlı son fərmanlarının qəbuledilməz olduğunu bildiriblər.Qeyd edək ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, o, qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.xeber100.com

Yanvar 30, 2017 2:46

Rusiya mətbuatının məlumatına görə…

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub.Rusiya mətbuatının “Röyter” agentliyinə istinadən yaydığı məlumata görə telefon danışığı 45 dəqiqə davam edib.Telefon danışığı zamanı ABŞ Prezidentinin kabinetində vitse-prezident Mayk Pens, Ağ ev aparatının rəhbəri Rays Pribs, prezidentin milli təhlükəsizlik və strateji məsələlər üzrə müşaviri Stiven Bennon da olublar.Qeyd edək ki, bu, Trampın inauqurasiyasından sonra Rusiya və ABŞ liderləri arasında ilk telefon danışığıdır.xeber100.com

Yanvar 29, 2017 6:28
    Page 205 of 299« First«...102030...203204205206207...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az