10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Brand Finance” konsaltinq şirkətinin hazırladığı hesabatda…

“Google” dünyanın ən bahalı brendi adını alıb. “vistanews.ru” saytının məlumatına görə, bu barədə “Brand Finance” konsaltinq şirkətinin hazırladığı hesabatda deyilir.İnternet korporasiya dünyanın ən bahalı brendlərinin reytinqində ilk yeri tutub. Şirkət “Apple” korporasiyasını da geridə qoyub.“Google” brendinin qiyməti 2016-cı ildə təxminən 25 faiz artıb və 109,47 milyard dollara çatıb. “Apple” brendi isə 27 faiz ucuzlaşaraq 107,141 milyard dollar olub.“Amazon.com” internet riteyli üçüncü yeri tutub - brendin qiyməti 53 faiz artaraq 106,396 milyard dollara qiymətləndirilir.“AT&T” telekommunikasiya şirkəti 45 faizdən çox bahalaşaraq 87,016 milyard dollar qiymətinə çatıb və bununla da dördüncü yeri tutub.“Microsoft” brendin qiyməti 13 faizdən çox bahalaşıb 76,265 milyard dollar olsa da, şirkət reytinqin beşinci cərgəsinə düşüb.Altıncı sırada ilk dəfə olaraq Amerika şirkəti deyil, Cənubi Koreya istehsalçısı “Samsung” şirkəti qərarlaşıb. Şirkətin dəyəri 13 faiz artaraq 66,219 milyard dollar təşkil edib.xeber100.com

Fevral 2, 2017 1:46

“Flash Harris Interactive” tədqiqat kompaniyasının sorğusuna əsasən…

Fransızların əksəriyyəti həyat yoldaşının ətrafında yaranan qalmaqal səbəbindən sağ “Respublikaçılar” partiyasını təmsil edən Fransua Fiyonun prezident yarışından geri çəkilməsini istəyir. Interfax informasiya agentliyi xəbər verir ki, “Flash Harris Interactive” tədqiqat kompaniyasının sorğusuna əsasən, respondentlərin 69 faizi Fransa prezidenti postu uğrunda mübarizədə Fiyonu digər namizədin əvəz etməsinə tərəfdardır.Rəyi soruşulan fransızların 33 faizinin fikrincə, Fransanın keçmiş Baş naziri Alen Jüppenin Fiyonu əvəz edəcək ən yaxşı namizəd olduğunu bildirib. Daha 13 faiz vətəndaş isə ölkənin keçmiş başçısı Nikola Sarkozini namizəd görmək istəyir.Bundan başqa, respondentlərin cəmi 29 faizi prezident yarışında mübarizənin davam edəcəyi təqdirdə Fiyonun qalib gələcəyinə inanır. Eyni zamanda, rəyi soruşulan insanların yarıdan çoxu – 57 faizi Fransua Fiyonun digəri ilə əvəz olunacağı təqdirdə “Respublikaçılar” partiyasının namizədinin qalib gələcəyini proqnozlaşdırır.xeber100.com

Fevral 2, 2017 1:40

Yaponiya mətbuatı yazır…

Hazırda təxminən 127 milyon nəfərin yaşadığı Yaponiyada əhalinin sayı 2053-cü ilə qədər 100 milyon nəfərədək azalacaq. Bunu ölkənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Əhali və Sosial Sığorta Məsələləri üzrə Elmi-Tədqiqat İnstitutu bildirib. Yaponiya mətbuatı xəbər verir ki, institut bununla bağlı beş ildən bir tədqiqat aparır. Əvvəlki tədqiqatın nəticələri ilə müqayisədə əhalinin azalması prosesi müəyyən qədər zəifləyib. Əvvəllər 100 milyon nəfərdən aşağı göstəricinin 2048-ci ildə qeydə alınacağı deyilirdi. Azalma tempinin zəifləməsinə gənclər arasında nikaha və uşaqlara müsbət tendensiyanın artması səbəb olub.Eyni zamanda, bu proqnozları təsəlliverici saymaq tezdir: artıq 2065-ci ilədək Yaponiya əhalisinin sayının 88 milyon nəfərə enəcəyi gözlənilir.xeber100.com

Fevral 1, 2017 2:31

“Türk axını” sazişi ratifikasiya edilib

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası “Türk axını” sazişini ratifikasiya edib.Federasiya Şurasının mətbuat xidmətinin məlumatına görə, Şura sədrinin müavini İlyas Umaxanov sənədi təkcə iqtisadi və strateji baxımdan deyil, həm də Türkiyə ilə münasibətlərin tam formatda yaxşılaşdırılmasına doğru atılan siyasi cəhətdən mühüm addım kimi qiymətləndirib.Rusiya və Türkiyə “Türk axını” üzrə hökumətlərarası sazişi ötən il imzalayıb. Layihəyə əsasən, Qara dənizin dibi ilə salınacaq iki qaz kəmərinin hər biri vasitəsilə 15,75 milyard kubmetr qaz nəql olunacaq. Kəmərin bir qolu Rusiyadan Türkiyəyə, digər qolu isə Türkiyədən keçməklə Avropa ölkələrinə qaz nəqli üçün nəzərdə tutulub.xeber100.com

Fevral 1, 2017 2:21

Anadolu Agentliyinin məlumatı

Türkiyə əhalisinin sayı açıqlanıb.Anadolu Agentliyi xəbər verir ki, əvvəlki illə müqayisədə 2016-cı ildə əhalinin sayı 1 milyon 73 min 818 nəfər artaraq 79 milyon 814 min 871 nəfərə çatıb.Məlumatda qeyd edilir ki, ölkə əhalisinin 50.2 faizini kişilər, 49.2 faizini isə qadınlar təşkil edir.xeber100.com

Yanvar 31, 2017 2:42

“Brexit” barədə qanun layihəsinin müzakirəsi başlayıb

Bu gün Britaniya parlamentinin icmalar palatasında hökumət tərəfindən irəli sürülən “Brexit” prosedurunun işə salınması barədə qanun layihəsinin müzakirəsinə başlanacaq. Interfax informasiya agentliyi xəbər verir ki, bu məsələ barədə müzakirə prosesi və final səsverməsi fevralın 8-də başa çatmalıdır. İcmalar palatasında proses yekunlaşdıqdan sonra “Brexit” planları lordlar palatasının müzakirəsinə çıxarılacaq.Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyanın Ali Məhkəməsi ölkənin Baş naziri Tereza Meyə parlamentin təsdiqi olmadan Avropa İttifaqından çıxmaq prosesini başlamağa icazə verməyib.xeber100.com

Yanvar 31, 2017 2:00

TASS informasiya agentliyinin məlumatına görə…

ABŞ Ədliyyə Nazirliyi məhkəmədə Prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən qərarını müdafiə edəcək. TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ədliyyə nazirinin vəzifələrini icra edən Salli Yeyts istefaya göndərildikdən sonra qurumun müvəqqəti başçısı təyin olunan Dana Boente məlumat verib.Trampın miqrasiya siyasətini sərtləşdirən qərarının hüquqazidd olduğunu və onu məhkəmədə müdafiə etməyəcəyini bildirən Salli Yeyts vəzifədən kənarlaşdırılıb. 62 yaşlı Dana Boente bu posta Tramp tərəfindən irəli sürülən Ceff Seşnsın təyinatı Senat tərəfindən təsdiq olunana qədər baş prokurorun və ədliyyə nazirinin vəzifələrini icra edəcək.Qeyd edək ki, son günlər ABŞ Prezidenti miqrasiya siyasətini sərtləşdirən bir neçə fərman imzalayıb. Bundan sonra qaçqınların qəbulu 120 gün müddətinə dayandırılıb, Suriya qaçqınlarının yerləşdirilməsi qeyri-müəyyən vaxta qədər qadağan edilib və ölkəyə bəzi giriş qaydaları sərtləşdirilib. Tramp imzalanma mərasimində bundan sonra ölkəni “xarici terrorçulardan” qorumaq üçün qaçqınların seçiminin “ekstremal” olacağını da qeyd edib.xeber100.com

Yanvar 31, 2017 1:55

Mərakeş yenidən Afrika İttifaqına üzv qəbul edilib

Afrika İttifaqının hazırda Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən 28-ci Sammitində Mərakeşin bu təşkilatda üzvlüyünün bərpası ilə bağlı müraciətə baxılıb. Əlcəzair və CAR kimi ölkələrin bunun əleyhinə olmasına baxmayaraq, 54 üzv dövlətdən 39-nun dəstəyi ilə Mərakeş Krallığı yenidən Afrika İttifaqına üzv qəbul edilib.Mərakeş bu təşkilatdan 33 il əvvəl, tanınmamış Saxara Ərəb Demokratik Respublikasının üzvlüyə qəbul edilməsinə etiraz olaraq çıxmışdı. Ötən il isə Mərakeş kralı VI Məhəmməd təşkilata məktub ünvanlayaraq ölkəsinin yenidən İttifaqa üzv qəbul edilməsini istəyib.xeber100.com

Yanvar 31, 2017 1:52

2017-ci ildə keçiriləcək prezident seçkilərində…

Fransada solçu partiyaları 2017-ci ildə keçiriləcək prezident seçkilərində təmsil edəcək namizədin müəyyənləşdirilməsi üçün keçirilən seçkilərin ikinci turunun nəticələri açıqlanıb. 7530 seçki bürosunda baş tutan səsvermədə 1 milyon 306 min 852 seçici səs verib.Səsvermənin nəticələrinə görə, Benua Hamon səslərin 58.65 faizini toplayaraq 2017-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd olub.Sabiq Baş nazir Emmanüel Vals 41.35 faiz səslə məğlub olub.xeber100.com

Yanvar 30, 2017 2:52

“Volkswagen” avtomobil satışı üzrə liderlik edir

Alman avtomobil nəhəngi “Volkswagen” yapon rəqibi “Toyota”nı qabaqlayaraq, ilk dəfə dünyanın ən çox avtomobil satan şirkəti olub. Anadolu agentliyi xəbər verir ki, son dörd ildir “ən çox satılan marka” adını əlində saxlayan “Toyota” 2016-cı ildə dünya miqyasında 10 milyon 175 min avtomobil satıb. “Volkswagen” isə həmin müddətdə 10 milyon 310 min avtomobil sataraq bu göstərici üzrə önə çıxıb.“Audi”, “Porşe” və “Şkoda” markalarının da istehsalçısı olan “Volkswagen” Çinə satışların həcmini 3,8 faiz artırıb.xeber100.com  

Yanvar 30, 2017 2:49
    Page 206 of 301« First«...102030...204205206207208...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az