10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

NHK telekanalının yaydığı məlumata görə…

Fevralın 3-də Tokionun şimalında yerləşən İbaraki prefekturasında qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) reaktorun tədqiqi üçün istifadə olunacaq robot ictimaiyyətə təqdim edilib.NHK telekanalının yaydığı məlumata görə, AES-in operatoru olan “Tokyo Electrik Power Co.” şirkəti reaktorlardan birində ərimiş nüvə yanacağının vəziyyətini araşdırmaq üçün bu robotdan istifadə edəcək.Uzunluğu 70, eni 10 santimetr olan robot kabel vasitəsilə bərkidilmiş videokameranın və dozimetrin qoruyucu örtüyün daxilinə ötürülməsini təmin edəcək.“Tokyo Electrik Power Co.” şirkəti gələn ay bu robotun köməyi ilə AES-in 1 nömrəli reaktorunu tədqiq etməyi planlaşdırır.xeber100.com

Fevral 4, 2017 9:51

Regionda həll olunmamış münaqişələr müzakirə edilib

ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurtsun Gürcüstana səfəri başa çatıb. Tbilisidən Moldovaya gedən ATƏT rəsmisi səfərin yekunlarına dair bəyanatla çıxış edib.O deyib ki, ATƏT-in sədri kimi, fəaliyyəti dövründə, münaqişə regionlarındakı insanların yaşayış şəraitinin yaxşılaşmasına çalışacaq. Bu, qarşıya qoyulan əsas məqsədlərdən biridir.Avstriyanın xarici işlər naziri məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması üçün əlindən gələni edəcəyini bildirib.S.Kurts bildirib ki, Avstriyanın quruma sədrliyi dövründə bu regionlardakı insanların həyat şəraitinin yaxşılaşdırılması, problemlərin həllində ATƏT-in iştirakının gücləndirilməsi və münaqişə tərəfləri arasında dialoqun yaxşılaşdırılması əsas prioritetlərdən olacaq.xeber100.com

Fevral 4, 2017 9:48

Dubay hökumətinin qərarına əsasən…

Dubay hökuməti bazar gününü - fevralın 5-ni “avtomobilsiz gün” elan edib. Bu gün avtomobilindən imtina edən hər sürücü xeyriyyəçiliyə vəsait köçürülməsinə yardımçı olacaq.Xarici KİV-lər xəbər verir ki, Dubay bələdiyyəsi zərərli maddələrin ətraf mühitə atılması səviyyəsini azaltmaq məqsədi ilə həmin gün əhalini avtomobildən imtina etməyə çağırıb. Bununla yanaşı, bələdiyyə aksiyada iştirak edən sürücülərin sayına uyğun olaraq xeyriyyəçiliyə və ağac əkilməsinə müvafiq vəsait ayıracaq.Təşəbbüs ilk növbədə hökumət müəssisələrinin işçilərinə aiddir. Həmin gün bələdiyyələrin və aksiyaya qoşulan digər müəssisələrin avtomobil dayanacaqları bağlanacaq.Dubay əhalisinə də bazar günü avtomobildən istifadə etməmək tövsiyə olunur. Aksiyaya qoşulmaq istəyənlər bələdiyyənin saytında qeydiyyatdan keçə bilərlər.xeber100.com

Fevral 4, 2017 7:44

Macarıstan mətbuatı yazır…

“Macarıstan Avropa İttifaqının o ölkələrindəndir ki, Rusiya lideri orada özünü rahat hiss edir. Fevralın 2-də baş tutmuş səfər bunu bir daha nümayiş etdirdi. Səfər müddətində kəskin mövzulara toxunulmadı”.Macarıstan KİV-ləri bu həftə baş tutmuş Rusiya-Macarıstan sammitinin yekunlarını belə qiymətləndirirlər.İqtisadi sahədə Rusiya-Macarıstan əməkdaşlığının aktual mövzuları siyahısı o qədər də geniş deyil. Buraya “Pakş” atom elektrik stansiyasının tikintisi, Rusiyadan Macarıstana neft və qaz nəql edilməsi, nəhayət RF ilə Aİ arasında qarşılıqlı sanksiyalar məsələləri daxildir. Bu sanksiyalar macar məhsullarının (ilk növbədə kənd təsərrüfatı məhsullarının) Rusiya bazarına çıxarılmasına mane olur.KİV-lər yazırlar ki, “böyük prezident səfəri bu nəticələr üçün azdır”. Lakin nəzərə almaq lazımdır ki, siyasətçilərin məqsədi Budapeştdə keçirilən mətbuat konfransından başqa “müştərilərə” ünvanlanmış bəyanatlar üçün istifadə etmək idi. Ekspertlərin fikrincə, Moskvanın ismarıcı ondan ibarətdir ki, Slovakiya, Çexiya, elə həmin Macarıstan və regiondakı digər ölkələr bircə anda Rusiya qazından məhrum olmaqdan qorxmamalıdırlar. Əvəzində onlar “Şimal axını-2” kəmərinin tikintisi üçün lobbiçilikdə Moskvaya kömək etməlidirlər.xeber100.com

Fevral 4, 2017 7:39

Rouminq tariflərinin ləğv edilməsini nəzərdə tutan qərar…

Avropa Parlamentinin təmsilçiləri, Avropa İttifaqının Şurası və Komissiyası cari il iyunun 15-dən rouminq tariflərinin ittifaq daxilində ləğv edilməsini nəzərdə tutan qərara gəliblər. Qərara əsasən, danışıqların tarifi 5 avro sentdən 3,2 avro sentə, SMS tarifləri 2 avro sentdən 1 avro sentə endirilir.Eyni zamanda, 5 il ərzində internet data xərcləri 1 qiqabayt data üçün 50 avrodan 7,7 avroya, 2022-ci ildə isə 2,5 avroya endirilir. Qərarın Avropa Parlamenti və Şurası tərəfindən rəsmi şəkildə təsdiqlənməsi gözlənilir.xeber100.com

Fevral 3, 2017 2:21

İtaliya mətbuatının məlumatına görə…

Apennin yarımadasında seysmik aktivlik səngimir: ötən gecə İtaliya ərazisində 30-dan çox yeraltı təkan qeydə alınıb.İtaliya mətbuatı xəbər verir ki, Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına əsasən, ən güclü yeraltı təkan 4,2 bal gücündə olub. Marke regionunda Maçerata şəhəri yaxınlığında qeydə alınan zəlzələnin episentri yer səthindən 6 kilometr dərinlikdə yerləşib.Dağıntılar və xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir.Xatırladaq ki, 2016-cı il avqustun 24-də indiki yeraltı təkanlardan təxminən 100 kilometr məsafədə baş verən dağıdıcı zəlzələ nəticəsində 300 nəfərədək insan həlak olmuşdu. Zəlzələ nəticəsində Amatriçe şəhəri demək olar ki, tamamilə dağılmışdı. Oktyabrda baş verən və 1980-ci ildən bəri Apennində qeydə alınan ən güclü zəlzələ isə 40 min nəfəri evsiz qoymuş, ölkənin mərkəzində yerləşən 100-ə yaxın yaşayış məntəqəsində ciddi dağıntılar törətmişdi.Bu il yanvar ayının ortalarında İtaliyanın mərkəzində 5 baldan yuxarı yeni yeraltı təkanlar seriyası baş verib. Abrusso regionunda yerləşən “Rigopiano” otelinin yer səthinin titrəməsi və güclü qarın səbəb olduğu uçqunun altında qalması nəticəsində 29 nəfər həyatını itirib.xeber100.com

Fevral 3, 2017 2:17

ABŞ Senatı yeni dövlət katibinin namizədliyini təsdiqləyib

ABŞ Senatı Reks Tillersonun dövlət katibi postuna namizədliyini təsdiqləyib. Xarici KİV-lər xəbər verir ki, R.Tillerson ABŞ-ın sayca 69-cu dövlət katibi olub.Qeyd edək ki, bundan əvvəl R. Tillerson “ExxonMobil” şirkətinə rəhbərlik edib.xeber100.com

Fevral 2, 2017 2:53

“Brexit” haqqında qanun layihəsinin birinci mərhələsi təsdiq edilib

“Brexit”ə son qoymaqla bağlı düzəlişi rədd edərək britaniyalı deputatlar fevralın 1-də hökumətə Avropa İttifaqından çıxma prosesini başlamağa icazə verən qanun layihəsinin nəzərdən keçirilməsinin davam etdirilməsini təsdiqləyiblər. “lemonde.fr” saytı xəbər verir ki, Şotlandiya Milli Partiyasının təklif etdiyi düzəlişin əleyhinə 498, lehinə 114 palata üzvü səs verib. Sözügedən düzəlişdə bildirilir ki, mühafizəkar hökumət Lissabon müqaviləsinin 50-ci maddəsini aktivləşdirməmişdən əvvəl regional parlamentlərlə məsləhətləşməyib. Buna görə də düzəlişdə qanun layihəsinə baxmamaq tələb olunurdu.Qanun layihəsi üzrə müzakirələr fevralın 6, 7 və 8-də davam etdiriləcək və sonda yekun səsvermə keçiriləcək.xeber100.com

Fevral 2, 2017 2:48

“Ria Novosti” agentliyinin məlumatı

Çində yaşayış binasının çökməsi nəticəsində dağıntılar altında 6 nəfər qalıb. “Ria Novosti” agentliyi bildirir ki, bu barədə Çinin Sina portalı məlumat yayıb.Məlumatda qeyd olunur ki, yerli vaxtla səhər saat 08.05-də Çjetzyan əyalətinin Vençjou şəhərində baş verən hadisə zamanı beşmərtəbəli yaşayış binasının 3 seksiyası çöküb. Hadisə nəticəsində ümumilikdə 100-dən çox insana ziyan dəyib.Hadisə yerinə 8 xilasedici briqada cəlb olunub, axtarış və xilasetmə işləri aparılır. Ölən və yaralananların dəqiq sayı barədə məlumat verilmir.xeber100.com

Fevral 2, 2017 2:43

Təhlükəsizlik məsələləri müzakirə olunacaq

Yaponiya və ABŞ nazirlər səviyyəsində görüşün yeni formatını hazırlayır. Həmin çərçivədə keçiriləcək görüşdə iki ölkə arasında iqtisadi və ticari siyasətlə yanaşı, təhlükəsizlik məsələləri də müzakirə olunacaq. Bu barədə fevralın 2-də Kyodo agentliyi məlumat yayıb.Məlumatda qeyd edilir ki, Yaponiya tərəfdən danışıqlarda iştirak edəcək nümayəndə heyətinə Baş nazirin müavini və maliyyə naziri Taro Aso rəhbərlik edəcək. Nümayəndə heyətinə xarici işlər naziri Fumio Kişida, müdafiə naziri Tomomi İnoda, iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko daxil olacaq. ABŞ tərəfini isə vitse-prezident Maykl Pens, dövlət katibi Reks Tillerson, müdafiə naziri Ceyms Mettis və ticarət naziri vəzifəsinə əsas namizəd Uilbor Ross təmsil edəcək. Nazirlərin belə geniş tərkibdə təmsil olunduğu bu format ilk dəfə tətbiq olunacaq.xeber100.com

Fevral 2, 2017 1:58
    Page 205 of 301« First«...102030...203204205206207...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az