05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Qanun layihəsi referendum yolu ilə təsdiqlənəcək

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının təklifi ilə 18 maddədən ibarət Konstitusiya dəyişikliyinin nəzərdə tutulduğu qanun layihəsi ölkə parlamentində təsdiq olunub.Yeni qanunda yalnız iki dəfə dalbadal seçilmək hüququ alan ölkə prezidentinin, o cümlədən Türkiyə Böyük Millət Məclisinin hər dəfə üçün fəaliyyət müddəti 5 il olacaq, parlamentdəki deputatların sayı 600 nəfərə çatacaq. Həmçinin millət vəkili seçilmək üçün aşağı yaş həddi 18-ə endiriləcək, dövlət başçısı statusu ilə fəaliyyət göstərəcək prezident mənsub olduğu partiyanın üzvü olmaqda davam edəcək, vitse-prezidentlər parlament qarşısında and içəcək, prezident Türkiyə Silahlı Qüvvələrinin Ali Baş Komandanı olacaq, parlament deputatların beşdə üçünün səsi ilə ölkədə növbədənkənar seçkilər barədə qərar qəbul edə biləcək, 2019-cu il noyabrın 3-də ölkədə prezident və parlament seçkiləri keçiriləcək və s. kimi idarəetmə sistemində mühüm dəyişikliklər əksini tapıb.xeber100.com

Yanvar 21, 2017 2:06

“Schlumberger” 204 milyon dollar zərərə uğrayıb

Mərkəzi ABŞ-da yerləşən Fransa şirkəti “Schlumberger”in gəliri ötən ilin dördüncü rübündə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq 7,11 milyard ABŞ dolları olub. Şirkət 2015-ci ilin dördüncü rübündə 7,74 milyard dollar gəlir əldə etmişdi.Azərtac şirkətə istinadla xəbər verir ki, “Schlumberger” keçən ilin dördüncü rübündə 204 milyon dollar zərərə uğrayıb.xeber100com

Yanvar 21, 2017 1:18

CNN-nin məlumatına əsasən…

Avstraliyanın Melburn şəhərində naməlum şəxs avtomobili kütlənin üzərinə sürüb, üç nəfər ölüb, 20 nəfər yaralanıb.CNN-nin məlumatına görə, hadisəni törədən şəxs polis tərəfindən həbs olunub. Onun polislərə atəş açdığı bildirilir.Şahidlər avtomobilin piyada səkisi ilə hərəkət edərək insanları vurduğunu deyiblər. Hələlik hadisənin motivləri məlum deyil.xeber100.com

Yanvar 20, 2017 3:31

“Reuters” agentliyinin məlumatına görə…

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (QADİB) hərbçiləri Qambiyaya zərbələr endirməyə başlayıb.“Reuters” agentliyinin məlumatına görə, hərbi əməliyyat Qambiyada “Demokratiyanın bərpası” çərçivəsində həyata keçirilir. Seneqal ordusunun nümayəndəsi polkovnik Abdu Ndiaye zərbələr haqqında ətraflı məlumat verməyib. O, kontingentin quru, hava və dəniz qüvvələrindən ibarət olduğunu bildirib.BMT Təhlükəsizlik Şurası Qambiyanın yeni prezidentinə səlahiyyətlərinin təhvil verilməsinə əmin olmaq üçün "lazımi tədbirlər görmək" barədə Seneqalın təqdim etdiyi qətnaməni qəbul edib. Qambiyanın yeni seçilmiş dövlət başçısı Adama Barrou rəsmi olaraq vəzifəsinin icrasına Qambiyanın Seneqalın paytaxtı Dakardakı səfirliyində başlayıb.Qeyd edək ki, Qambiyada siyasi böhran 2016-cı ilin dekabrında ölkə prezidenti Yəhya Cammenin seçkilərin nəticələrini tanımadığını bəyan etməsindən və postunu tərk etmək istəməməsindən sonra başlayıb.xeber100.com

Yanvar 20, 2017 2:50

“Southern Metropolis Daily” qəzeti yazır…

Pekin Universitetinin professoru tərəfindən hazırlanan “Siao Nan” adlı robot-jurnalistin “Southern Metropolis Daily” qəzetində ilk məqaləsi çap olunub. Məqalə şərq ay təqvimi ilə qeyd olunan Yeni il ərəfəsində Çində sərnişin daşınmasında yaranan sıxlıq ilə əlaqədardır.Robot-jurnalistə 300 heroqlifdən ibarət məqaləni hazırlamaq üçün cəmi 1 saniyə vaxt lazım olub. Robotu hazırlayan ekspertlər deyiblər ki, “Siao Nan” həm kiçik, həm də iri həcmli məqalələr yazmaq imkanına malikdir. Böyük məlumat bazası, sürətli hesablama və axtarış sistemi ilə təmin olunan robot insan jurnalistdən fərqli olaraq məlumatları daha tez təhlil edə və məqalə hazırlaya bilir. Lakin bu o demək deyil ki, robot-jurnalistlər insanları əvəz edə biləcək. Çünki onlar müsahibə ala, dialoq qura bilmirlər.xeber100.com

Yanvar 20, 2017 1:51

Latviya hökuməti fövqəladə vəziyyət tətbiq edib

Latviya Seymi donuzlar arasında Afrika taununun yayılması ilə əlaqədar aprelin 17-nə qədər respublikanın üç bölgəsində fövqəladə vəziyyətin elan olunması haqqında hökumətin qərarını səs çoxluğu ilə təsdiq edib.Azərtac xəbər verir ki, Riqa yaxınlığında yerləşən Adaji, Salaspils diyarlarında, habelə Krimulda diyarında, bu il ilk Afrika taunu ocağının qeydə alındığı iri kəndli təsərrüfatlarından birində fövqəladə vəziyyət elan olunub. Bu fermada saxlanılan 5 min baş donuzun hamısı məhv ediləcək.Donuzlar arasında Afrika taunu epidemiyası son bir neçə ildə Latviya ərazisinin, demək olar, yarısını əhatə edərək Riqaya yaxınlaşıb.Afrika taunu və ya Montqomeri xəstəliyi ilk dəfə 1903-cü ildə Cənubi Afrikada qeydə alınıb. Virus insan üçün qorxulu olmasa da, çöl və ev donuzları üçün çox təhlükəlidir.xeber100.com

Yanvar 20, 2017 1:43

Ağ Evdə sonuncu mətbuat konfransı keçirilib

ABŞ Prezidenti Barak Obama yanvarın 19-da Ağ Evdə sonuncu mətbuat konfransını keçirib.Mətbuat konfransı zamanı Prezident Barak Obama bir çox məsələlərə, o cümlədən ABŞ-Rusiya münasibətlərinin inkişaf etdirilməsi, “WikiLeaks”ə dövlət əhəmiyyətli məxfi məlumatları verən informator Çelsi Meninqin cəzası ilə bağlı qərarı, Kuba ilə əlaqələrin bərpası, Fələstin ərazilərində yəhudi məskənlərinin inşasının dayandırılmasını tələb edən 2334 saylı qətnamənin BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmasına ABŞ-ın dəstəyi, ABŞ-İsrail münasibətləri, Obama administrasiyasının eynicinslilərin nikahının leqallaşdırılması məsələlərinə toxunub.ABŞ-ın gələcək prezidentlərindən danışan B.Obama əmin olduğunu bildirib ki, o, Amerika Birləşmiş Ştatlarının yeganə qaradərili rəhbəri olmayacaq. Gələcəkdə qadınlar, müxtəlif mənşəyə, dinə və irqə məxsus insanlar ABŞ prezidenti olacaq.xeber100.com

Yanvar 19, 2017 3:29

ABŞ Xəzinə Departamentinin məlumatı

Çinin ABŞ-ın qiymətli kağızlar bazarındakı payı ötən ilin noyabrında 66,4 milyard dollar azalaraq 1,0493 trilyon dollar səviyyəsinə enib.ABŞ Xəzinə Departamenti xəbər verir ki, azalma prosesi ardıcıl olaraq 6 aydır davam edir.Oktyabr ayında ABŞ qiymətli kağızlar bazarında birinciliyi Çindən alan Yaponiyanın da payı noyabrda 23,3 milyard dollar azalıb.xeber100.com

Yanvar 19, 2017 3:26

LiAZ-6274 elektrobuslarının sınaqlarına başlanılıb

Moskvada Rusiya istehsalı olan LiAZ-6274 elektrobuslarının sınaqlarına başlanılıb. Sınaqlar uğurla keçərsə, avtobusların marşrut xətlərinə buraxılması planlaşdırılır.Altı ay ərzində bir neçə mərhələdə aparılacaq sınaqlar zamanı mütəxəssislər elektrobusların müxtəlif hava şəraitində necə işlədiyini yoxlayacaqlar.Elektrobuslar ilkin mərhələdə Moskvada tıxacların az olduğu saatlarda hərəkət edəcək. Mütəxəssislər, həmçinin elektrobusların havalandırma sisteminin də işləməsi şərti ilə avtonom rejimdə 200 kilometr hərəkət imkanlarını sınaqdan keçirəcəklər.xeber100.com

Yanvar 19, 2017 3:20

NTV telekanalının məlumatına görə…

İtaliyanın Mülki Müdafiə Departamentinin məlumatına əsasən Roma şəhərindən 110 kilometr məsafədə ard-arda üç güclü yeraltı təkan qeydə alınıb. Bu zona 2016-cı il avqustun 24-də 300 nəfərin ölümü ilə nəticələnən zəlzələyə məruz qalmışdı.Rusiyanın NTV telekanalı xəbər verir ki, təbii fəlakət nəticəsində həlak olanlar və ya xəsarət alanlar barədə məlumat yoxdur. Lakin yerli KİV-lər ötən zəlzələ zamanı ciddi dağıntılara məruz qalan Amatriçe şəhərində yeni torpaq sürüşmələri və dağıntıların meydana gəldiyini yazır.Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına əsasən, 5,3 bal gücündə ilk zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar bir sıra mərkəzi vilayətlərdə - Latsio, Marka, Abrutso, həmçinin İtaliyanın paytaxtında hiss olunub. Roma metrosunun A və B xətlərində sərnişinlər təxliyə edilib.Bu arada Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi İtaliyanın mərkəzində 5,7 və 5,5 bal gücündə təkrar təkanların qeydə alındığı barədə məlumat yayıb.xeber100.com

Yanvar 18, 2017 3:00
    Page 208 of 299« First«...102030...206207208209210...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az