23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Hökumətlərarası sazişin imzalanacağı gözlənilir

Yaxın vaxtlarda Rusiya ilə İran arasında turist qruplarının vizasız səfərləri barədə hökumətlərarası sazişin imzalanacağı gözlənilir. Bundan əlavə, iki ölkənin işgüzar dairələrinə - hüquqi şəxslərə, şirkətlərə və müəssisələrə tərəfdaşlarını qarşılıqlı şəkildə dəvət etmək imkanı veriləcək.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranın İRİ Dövlət teleradio şirkətinə müsahibəsində bildirib.xeber100.com

Noyabr 28, 2016 3:33

Xeyriyyə aksiyasına start verilib

Finlandiyada “Gözəl Milad ovqatı” xeyriyyə aksiyası çərçivəsində aztəminatlı ailələr üçün vəsait toplanır. Milad ərəfəsində belə ailələrə hədiyyə olaraq 70 avroluq yemək çekləri veriləcək.Builki aksiya 20-ci dəfədir keçirilir.Aztəminatlı ailələr üçün vəsaitin toplanması Finlandiya Qızıl Xaç Cəmiyyəti, Manneqreyn adına Uşaqları Müdafiə İttifaqı və “Yle” informasiya agentliyi tərəfindən təşkil edilib. Kampaniyanın keçirildiyi illər ərzində 200 mindən çox ailə üçün 15 milyon avroyadək vəsait toplanıb.xeber100.com

Noyabr 27, 2016 6:30

Parlament hökumətin yeni tərkibini təsdiq edib

Gürcüstan parlamentinin noyabrın 26-da keçirilmiş iclasında yeni hökumətin tərkibi təsdiq edilib.Deputatların 110-u hökumətin yeni tərkibinin lehinə, 19 nəfəri isə əleyhinə səs verib.Beləliklə, yeni hökumətin başçısı Georgi Kvirikaşvili olub. Baş nazirin birinci müavini maliyyə naziri Dmitri Kumsişvili, müavini isə energetika naziri Kaxa Kaladze təyin edilib.Əvvəlki hökumətdə təmsil olunanlardan yalnız üçü vəzifələrini itirib.İqtisadiyyat naziri vəzifəsinə Georgi Qaxariya, infrastruktur və regional inkişaf naziri vəzifəsinə isə Zurab Alavidze təyin olunublar.Avrointeqrasiya naziri vəzifəsinə Viktor Dolidze təyin edilib. Ondan əvvəlki nazir David Bakradze isə Gürcüstanı ABŞ-da səfir kimi təmsil edəcək.xeber100.com

Noyabr 27, 2016 5:36

Ekspertlər xəbərdarlıq edirlər…

Hakerlər “Emirates” şirkətinin reyslərinə pulsuz bilet vəd edərək fərdi informasiyanı toplayırlar. İstifadəçiyə “Emirates” şirkəti ilə uçuşlar təcrübəsi haqda bir neçə suala cavab vermək və anketi 10 “WhatsApp” istifadəçisi ilə bölüşmək təklif edilir. “gazeta.ru” saytı xəbər verir ki, şərtləri yerinə yetirdikdə “uduş”a görə təbrik edilir və “mükafat”ın rəsmiləşdirilməsi üçün aviaşirkətin saytına keçmək təklif olunur. Reallıqda isə istinad kənar saytadır və istifadəçi “təşkilatçılarla əlaqə yaratmaq üçün” mobil telefonunun nömrəsini qeyd etməlidir. Nömrə bahalı SMS xidmətlərə abunə üçün istifadə ediləcək.Ekspertlər ingilis, alman, ispan və portuqal dillərində spam göndərmələr və müvafiq saytlar aşkar ediblər.İstifadəçilərə “WhatsApp” messencerində spama məhəl qoymamaq, belə “aksiyalarda” iştirak etməmək və şübhəli saytlarda fərdi informasiyanı daxil etməmək tövsiyə edilir.xeber100.com

Noyabr 26, 2016 3:00

Ukraynaya qaz nəqlinə dair üçtərəfli görüş keçiriləcək

Rusiya və Avropa İttifaqı (Aİ) Ukraynaya təbii qaz nəqlinə dair üçtərəfli görüş keçirmək barədə razılığa gəliblər. “ria.ru” xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak Moskvada Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə keçirdiyi görüşdən sonra deyib.Aleksandr Novak bildirib ki, Rusiya-Aİ və Ukrayna arasında dekabr ayında qaz tədarükü ilə bağlı üçtərəfli görüş keçirilməsi üzrə razılıq əldə olunub.Qış mövsümü üçün Rusiyadan Ukraynaya təbii qazın tərəflər arasındakı mövcud olan saziş əsasında göndəriləcəyini deyən nazir Ukraynadan lazımi ödənişlər alındıqdan sonra yenidən qaz nəqlinin həyata keçiriləcəyini bildirib.xeber100.com

Noyabr 26, 2016 2:51

“Sberbank” istiqraz buraxmağı düşünür

Rusiya Maliyyə Nazirliyi “Sberbank” ilə birlikdə əhali üçün federal borc istiqrazlarının konfiqurasiyası və yayılması sistemini hazırlayır. Bu barədə maliyyə nazirinin müavini Sergey Storçak məlumat verib.“lenta.ru” xəbər verir ki, nazir müavininin sözlərinə görə, bazara istiqraz çıxarılması prosesi “Sberbank”ın təklif etdiyi şərtlərdən asılı olacaq. Bu istiqrazların yayılmasında agent-bankın çox güman ki, müəyyən xərci çıxacaq. Onların necə kompensasiya olunması hələlik məlum deyil. İstiqrazların bu il və ya gələn il buraxılması barədə qərar hələ ki qəbul edilməyib. Yaxşı məhsul buraxmaq üçün çox ehtiyatla işləyirik”, - deyə nazir müavini qeyd edib.xeber100.com  

Noyabr 25, 2016 12:29

NTV telekanalının məlumatı…

İlin əvvəlindən bəri Avropa ölkələrinə 345 min nəfərə yaxın qaçqın gəlib. Bu barədə məlumat Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən yayılıb.Rusiyanın NTV telekanalı xəbər verir ki, təşkilatın məlumatına görə, qeyri-leqal miqrantların 4500 nəfəri yolda həlak olub və ya itkin düşüb. Xüsusən daha çox insan Şimali Afrikadan İtaliyaya keçməyə cəhd edərkən həyatını itirib.Bu ərəfədə Siciliya limanına aralarında hamilə qadınların və azyaşlı uşaqların olduğu daha 600 qaçqın gəlib. Onların hamısı Aralıq dənizində İtaliya sahil mühafizə xidməti tərəfindən xilas edilmiş şəxslərdir. Həftənin əvvəlindən bəri dənizçilər fəlakətə uğramış gəmi və qayıqlardakı 1400 insanı ölümdən qurtarıblar.xeber100.com

Noyabr 25, 2016 12:26

Trans-Sakit Okean Tərəfdaşlığı üzrə razılaşma…

Çin və İndoneziya Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmada ABŞ-ı əvəz edə bilər. Bu fikri noyabrın 25-də “BBC Radio 4”ə müsahibəsində Avstraliyanın ticarət və investisiyalar naziri Stiven Çobo səsləndirib.Verilişin aparıcısı ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın inauqurasiya mərasimindən dərhal sonra elə birinci iş günü Vaşinqtonun TPP-dən çıxması prosedurlarına başlanacağı barədə bəyanatını xatırladıb.S.Çobo bunun cavabında bildirib ki, Avstraliya hökuməti TPP-nin 12 iştirakçı dövlətin maraqlarına tam cavab verdiyinə əmindir. ABŞ-ın hansı qərarı qəbul etməsindən asılı olmayaraq, biz bu razılaşma barədə qətnaməni irəli aparmaq niyyətindəyik. Bununla yanaşı, biz razılaşmaya digər ölkələrin qoşulması imkanlarını da araşdıracağıq. Potensial olaraq bu məqsədlə Çin və İndoneziya götürülə bilər.xeber100.com

Noyabr 25, 2016 12:18

Dünyada ən böyük instalyasiya yaradılıb

Dubayda çiçəklərdən hazırlanmış “Emirates A 380” təyyarəsi şəklində, dünyada ən böyük instalyasiya yaradılıb. Əmirliyin KİV-lərində yayılmış məlumata görə, instalyasiyanın ölçüləri həqiqi təyyarənin ölçüləri kimidir: onun uzunluğu 73 metr, hündürlüyü 24 metrdir.İnstalyasiyanın hazırlanmasında 500.000-dən çox çiçək və başqa bitkilərdən istifadə edilib. Çəkisi 100 ton olan bu konstruksiya çiçəklənməyə başlayanda instalyasiyada 5 milyondan çox gül açılacaq. Bu layihə üzərində 180 gün ərzində 200 nəfər çalışıb.xeber100.com

Noyabr 25, 2016 12:15

ABŞ-da vergi sistemi sadələşdiriləcək

ABŞ vətəndaşları vergilərin əhəmiyyətli dərəcədə azaldılacağını gözləyirlər.“tax-news.com” saytının şərhinə əsasən, Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra ABŞ vətəndaşları vergilərin əhəmiyyətli dərəcədə azaldılacağını gözləyirlər.“vergilər.az” saytı bildirir ki, ABŞ Prezidentinin vergi planlarının dəqiq detalları hələ tam məlum olmasa da, D.Tramp seçki prosesində vergilərin azaldılacağını və ödəyicilərin əksəriyyəti üçün vergi sisteminin sadələşdiriləcəyini vəd edib. Onun təklifləri sırasında korporativ vergi dərəcəsinin 35 faizdən 15 faizədək endirilməsi və bu dəyişikliyin hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlara, eləcə də kiçik müəssisələrə də şamil olunacağı var idi. Bundan əlavə, o, transmilli korporasiyaların ABŞ-dan kənarda əldə edərək ölkəyə gətirdikləri qeydiyyatsız gəlirlərə 10 faiz həcmdə birdəfəlik vergi tətbiq etməyin tərəfdarı olduğunu bildirib.xeber100.com  

Noyabr 24, 2016 3:03
    Page 223 of 299« First«...102030...221222223224225...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az