30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

2017-ci il “Qənaət ili” elan edilib

Türkiyə hökuməti 2017-ci ildə ölkə iqtisadiyyatını daha əsaslı idarə etmək, o cümlədən milli valyutanın məzənnəsinin sabitliyini qorumaq üçün geniş tədbirlərə başlayıb.Baş nazir Binəli Yıldırım problemli kreditlərin idarə olunması, yeni kredit mənbələri, istehsalın artımı, daxili bazarın tənzimlənməsi, yeni iş yerlərinin açılması və s. məsələlərə dair qəbul olunan hökumət qərarları barədə geniş məlumat verib. O, 2017-ci ilin ölkədə “Qənaət ili” elan olunduğunu söyləyib.xeber100.com

Dekabr 9, 2016 2:38

Yonhap informasiya agentliyinin məlumatına görə…

Koreya Respublikasının parlamenti korrupsiya qalmaqalında adı hallanan rəfiqəsinə himayədarlıq etdiyi iddia olunan Prezident Pak Kın Heyə impiçment elan edib.Yonhap informasiya agentliyinin məlumatına görə, gizli səsvermədə iştirak edən 299 parlament üzvündən 234-ü impiçmentin lehinə, 56-sı əleyhinə səs verib, 2 nəfər bitərəf qalıb, 7 nəfərin səsi etibarsız sayılıb.İmpiçment qərarı ilə prezidentin bütün səlahiyyətlərinə xitam verilir.Konstitusiya Məhkəməsi 180 gün ərzində impiçmentin legitimliyi barədə qərar qəbul edəcək. Bu müddət ərzində prezidentin səlahiyyətləri ölkənin Baş naziri tərəfindən icra olunacaq.xeber100.com

Dekabr 9, 2016 2:35

Dünya Virtual Reallıq Assosiasiyası yaradılıb

“Samsung” şirkəti “Google”, “HTC”, “Oculus”, “Sony” və “Acer” şirkətlərinin daxil olduğu Dünya Virtual Reallıq Assosiasiyasının yaradıldığını bəyan edib. “4PDA” resursu  xəbər verir ki, assosiasiyanın məqsədi virtual reallığın təşəkkülü və inkişafıdır. Şirkətlər aparat və proqram standartları formalaşdıracaq, ehtiyac olduqda məqsədə nail olmaq üçün hökumət və müxtəlif orqanlarda lobbiçilik edəcəklər. İndiyədək yeni assosiasiyanın bütün üzvləri bir-biri ilə rəqabət aparsalar da, hazırda onlar virtual reallıq bazarının inkişafı üçün birləşməyə hazır olduqlarını bildirirlər.xeber100.com

Dekabr 9, 2016 2:30

“British Gas” enerji şirkəti cərimə olunub

İngiltərənin “British Gas” enerji şirkəti təxminən 5,7 milyon dollar cərimə olunub.Azərtac xəbər verir ki, buna səbəb şirkətin 2014-cü ilin aprel ayında müştərilərinə təqdim etdiyi müasir elektrik sayğaclarının problemli olmasıdır.“British Gas” həmin vəsaiti “Carbon Trust” vətəndaş cəmiyyəti təşkilatına köçürəcək. Bunun nəticəsində isə müəssisələrin enerji səmərəliliyi ilə enerji qənaəti üzrə tədbirlər görüləcək.Qərardan sonra “British Gas”ın sahibi olan “Centrica”nın səhmlərinin qiyməti 1,1 faiz artıb.xeber100.com

Dekabr 8, 2016 2:32

Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Bu gün Hamburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının ikigünlük iclası başlayır.50 ölkənin XİN başçılarının qoşulduğu və çox ciddi təhlükəsizlik tədbirləri şəraitində keçirilən görüşün proqramına, o cümlədən Ukraynada münaqişənin və Suriyada müharibənin müzakirəsi məsələləri daxildir.xeber100.com

Dekabr 8, 2016 2:27

RİA Novosti agentliyinin məlumatına əsasən…

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın müşaviri Karter Peyc Moskvaya gəlib. O, Rusiya paytaxtında bir sıra görüşlər keçirəcəyini bildirib.RİA Novosti agentliyinə müsahibəsində K.Peyc dekabrın 13-dək Moskvada qalacağını, nüfuzlu biznes adamları və ideya liderləri ilə görüşəcəyini söyləyib.xeber100.com

Dekabr 8, 2016 2:22

Genişmiqyaslı xüsusi əməliyyat keçirilir

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Aktobe şəhərində genişmiqyaslı xüsusi əməliyyat keçirir. Bu barədə respublikanın informasiya və kommunikasiya naziri Dauren Abayev məlumat verib. Nazir əlavə edib ki, təfərrüatlar əməliyyat başa çatdıqdan sonra açıqlanacaq.Azərtac xəbər verir ki, “Sputnik Qazaxıstan” agentliyinin yaydığı məlumata görə, operativ tədbirlər neft emalı zavodu rayonunda keçirilir. Şəhərin müxtəlif yerlərində həbslər aparılır.Xatırladaq ki, bu ilin iyununda bir qrup şəxs Aktobedə iki silah mağazasına və hərbi hissəyə silahlı basqın etmişdi. Hücum nəticəsində 3-ü hərbi qulluqçu olmaqla, 8 nəfər öldürülmüşdü. Güc strukturları isə 18 cinayətkarı məhv etmiş, 8-ni tutmuşdular.Qazaxıstanda terror təhlükəsinin “sarı” səviyyəsi 2017-ci il yanvarın 15-dək qüvvədədir.xeber100.com

Dekabr 7, 2016 3:06

Yaponiya parlamenti yeni qanun layihəsi qəbul edəcək

Yaponiya parlamentinin aşağı palatası ölkə ərazisində kazinoların fəaliyyətinin leqallaşması barədə qanun layihəsini bəyənib. Qanun layihəsinin məqsədi ticarət mərkəzlərini, beynəlxalq konfransların keçirildiyi məkanları və kazinoları özündə birləşdirəcək kurort şəbəkəsinin inkişaf etdirilməsidir.Layihə hakim Liberal Demokratik Partiyasının (LDP) və müxalifətdə olan Dirçəliş Partiyasının əksər üzvləri tərəfindən dəstəklənib. LDP-nin koalisiya tərəfdaşı Komey Partiyasının üzvlərinin mövqeyi isə səsvermə zamanı haçalanıb. Bir çox müxalifət partiyalarının üzvləri səsvermədə iştirakdan boyun qaçıraraq zalı tərk ediblər. Onlar bildiriblər ki, LDP tərəfindən təşkil edilən səsvermə zamanı qaydalar pozulub.xeber100.com

Dekabr 6, 2016 3:21

BFMTV telekanalının yaydığı məlumata görə…

Fransanın Baş naziri Manuel Vals bu gün hökumət başçısı postundan istefa verib.Azərtac xəbər verir ki, BFMTV telekanalının yaydığı məlumata görə, Manuel Vals dünən axşam 2017-ci ildə keçiriləcək Fransa prezidenti seçkilərində iştirak etmək niyyətini açıqlayıb.Vals prezidentin iqamətgahı olan Yelisey sarayına çərşənbə axşamı günü səhər gəlib. Onun dövlət başçısı ilə görüşü yarım saatdan bir qədər çox çəkib. Yelisey sarayından bildiriblər ki, Fransa DİN-in rəhbəri Bernar Kaznev yeni Baş nazir təyin olunub. Ona Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırmaq səlahiyyəti verilib.xeber100.com

Dekabr 6, 2016 3:17

Lissabon müqaviləsinin 50-ci maddəsi müzakirə edilib

Britaniyada “Brexit” prosesinin necə olacağı ilə bağlı müzakirələr davam edir.Hazırda hökumət prosesin necə başlanmasına qərar verilməsi ilə bağlı ölkənin Ali Məhkəməsinə müraciət edib. Ali Məhkəmədə prosesin Lissabon müqaviləsinin 50-ci maddəsinə əməl edilib-edilməməsi ilə bağlı müzakirələr davam edir.xeber100.com

Dekabr 6, 2016 3:13
    Page 221 of 301« First«...102030...219220221222223...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az