30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

5,1 bal gücündə zəlzələ olub

Dekabrın 5-də Çinin Tibet Muxtar Rayonunda yerli vaxtla səhər saat 05:34-də zəlzələ olub.Çin Zəlzələ Şəbəkəsi Mərkəzinin məlumatına görə, 5,1 bal gücündə qeydə alınan zəlzələnin episentri dəniz səviyyəsindən 4700 metr yüksəklikdə yerləşən Nyainron qəsəbəsi yaxınlığında, 5 kilometr dərinlikdə olub. Yeraltı təkanlar bir neçə saniyə davam edib.xeber100.com

Dekabr 5, 2016 2:34

İtaliya Daxili İşlər Nazirliyinin məlumatına əsasən…

İtaliyada keçirilən referendumda səslərin hesablanması başa çatıb. Konstitusiya islahatlarının əleyhdarları 20 faiz səs çoxluğu ilə qalib gəlib. Xarici KİV-lərdə yayılan məlumata görə, ümumxalq səsverməsinə çıxarılan qanun layihəsi 2014-cü ildə Matteo Rensi hökuməti tərəfindən irəli sürülmüşdü və parlamentdə, demək olar, iki il idi baxılırdı. Təklif edilən layihə əsasən Senatın rolunun və funksiyalarının dəyişdirilməsini nəzərdə tuturdu. Bu məsələ ölkənin əsas qanununda dəyişikliklə bağlı olduğundan referendum təyin edilmişdi.İtaliya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, “yox” cavabı seçicilərin 59,11 faizinin, “hə” cavabı isə 40,89 faizinin səsini toplayıb. Referendumda iştirak 65,47 faiz təşkil edib.Siyasi taleyini referendumun nəticələri ilə bağlayan Baş nazir Matteo Rensi qanun layihəsinin iflasa uğramasının məsuliyyətini üzərinə götürüb və istefa ərizəsini sabah ölkə prezidentinə təqdim edəcəyini bildirib.xeber100.com

Dekabr 5, 2016 2:32

Avstriyada keçirilmiş təkrar prezident seçkilərinin nəticəsi…

Dekabrın 4-də Avstriyada keçirilmiş təkrar prezident seçkilərində qalib gələn Yaşıllar Partiyasının keçmiş rəhbəri, müstəqil namizəd Aleksander Van der Bellen seçkidən sonra ilk çıxışında bütün dünyaya açıq, Avropa yönümlü prezident olacağını söyləyib. O deyib ki, bu seçki təkcə tarixi bir hadisə deyil, eyni zamanda, Vyanadan dünyaya göndərilən ümid və müsbət dəyişikliklər siqnalıdır.Yeni seçilmiş prezident “Brexit”, qaçqın problemi, terror aktları fonunda Avstriya seçicilərinin verdiyi qərarın və seçkinin nəticələrinin Avropanın digər paytaxtları üçün də ciddi çağırış olduğunu ifadə edib.xeber100.com

Dekabr 5, 2016 2:27

Təbii qaz boru kəməri layihəsi üzrə saziş imzalanıb

Mərakeş ilə Nigeriya arasında təbii qaz boru kəməri layihəsi üzrə saziş imzalanıb.Azərtac xəbər verir ki, bu barədə Mərakeşin Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada deyilir.Bildirilir ki, Mərakeş Kralı 6-cı Məhəmmədin Nigeriyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Məhəmməd Buxari ilə görüşündə Nigeriyadan Qərbi Afrika ölkələrinə və Mərakeşə təbii qaz nəqlini nəzərdə tutan layihə üzrə saziş imzalanıb.xeber100.com

Dekabr 5, 2016 2:21

Özbəkistan qanunvericiliyinə əsasən…

Bu gün saat 11.00-a olan məlumata görə, Özbəkistan keçirilən növbədənkənar prezident seçkiləri baş tutub.Bu haqda Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov Daşkənddə keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, saat 11.00-a olan məlumata görə, 6 milyon 890 min vətəndaş səs verib ki, bu da seçicilərin 33 faizindən çoxdur.Özbəkistan qanunvericiliyinə əsasən, seçicilərin 33 səs verdikdə seçkilər baş tutmuş hesab edilir.xeber100.com

Dekabr 4, 2016 6:37

Avstriyada təkrar prezident seçkiləri keçirilib

Dekabrın 4-də Avstriyada təkrar prezident seçkiləri keçirilib. Bu, son səkkiz ayda üçüncü prezident seçkisidir.Seçkidən əvvəl əhali arasında aparılan sorğunun nəticələrinə görə, Yaşıllar partiyasının dəstəklədiyi müstəqil namizəd Aleksandr Van der Bellen və sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) namizədi Norbert Hofer arasında gedən mübarizədə şanslar bərabərdir.Bu il mayın 22-də keçirilən prezident seçkilərinin ikinci turunda namizədlər arasında səs fərqi çox cüzi olmuşdu. A.Van der Bellen 30 min 863 səs çoxluğu ilə qələbə qazansa da, FPÖ Konstitusiya Məhkəməsinə şikayət edərək, 70 minədək seçki vərəqəsinin düzgün hesablanmadığını əsaslandıra bilmiş və seçkinin nəticəsinin ləğv edilməsinə müvəffəq olmuşdu. Oktyabrın 2-nə təyin olunmuş təkrar prezident seçkiləri isə məktubla səs verən seçicilərə göndərilən zərflərdə texniki nasazlığın müəyyən edilməsi üzündən dekabrın 4-ə təxirə salınmışdı.Seçkilər 6,4 milyon Avstriya vətəndaşı səsvermə hüququna malik olsa da, səsvermədə fəallıq gözlənilmir. Səkkiz ay davam edən yorucu seçki kampaniyası sanki namizədlərlə bərabər seçicilərdən də yan keçməyib.xeber100.com

Dekabr 4, 2016 5:16

İran parlamenti yeni qanun layihəsi hazırlayacaq

İran İslam Şurası Məclisi (parlament) nüvə fəaliyyətinin bərpası üçün qanun layihəsi hazırlayacaq.Bu sözləri İran parlamentinin rəyasət heyətinin üzvü Əkbər Rəncbərzadə deyib. O bildirib ki, Amerika senatının İran əleyhinə yönəlmiş hərəkətləri ilə mübarizə məqsədilə ölkənin nüvə proqramının bərpası üçün üç oxunuşlu qanun layihəsinin hazırlanması həyata keçiriləcək.Ə. Rəncbərzadə ABŞ senatının İrana qarşı sanksiyaları on il müddətinə uzatmaq üzrə hərəkətini nüvə anlaşmasının pozulması və beynəlxalq hüquqların tapdalanması kimi qiymətləndirib.Məclis üzvü qeyd edib ki, İran ABŞ senatının hər addımına qarşı adekvat addımlar atacaq. İran dünya xalqlarına elan edir ki, qanunsuz hərəkətləri başlayan Amerika olub və İranın mübarizədən başqa çarəsi yoxdur və atılacaq addımlar müdafiə xarakterlidir.xeber100.com

Dekabr 3, 2016 7:22

5 bal gücündə zəlzələ baş verib

Dekabrın 3-də İndoneziyanın şərqində 5 bal gücündə zəlzələ baş verib. Bu barədə İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika İdarəsi məlumat yayıb.Zəlzələnin episentri Molukki əyalətinin Saumlaki şəhərindən 184 kilometr şimal-qərbdə, ocağı Banda dənizinin səthindən 171 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlardan sonra sunami təhlükəsi elan olunmayıb.xeber100.com

Dekabr 3, 2016 7:12

Danimarka hökumətinin qərarı…

Danimarka hökuməti krallığın hərbi hava qüvvələrinin Suriyada və İraqda ABŞ-ın başçılıq etdiyi koalisiya tərəfindən “İslam dövləti” terror təşkilatına qarşı aparılan əməliyyatda iştirakına xitam verildiyini elan edib.Danimarka KİV-ləri bu barədə krallığın xarici işlər naziri Anders Samuelsenə və müdafiə naziri Klaus Xyort Frederiksenə istinadla xəbər verir. Müdafiə Nazirliyinin rəhbəri deyib: “Biz, əvvəlcədən planlaşdırıldığı kimi, öz qırıcı təyyarələrimizi geri qaytarmağı qərara almışıq”. Klaus Xyort Frederiksen daha sonra bildirib ki, həmin regiona qırıcı təyyarələr əvəzinə istehkamçılar, habelə mühəndis və tikinti işləri aparılması üzrə mütəxəssislər göndəriləcək. Onlar iraqlı həmkarlarını öyrədəcəklər.xeber100.com

Dekabr 3, 2016 7:02

2017-ci ildə keçiriləcək prezident seçkilərində…

Fransanın hazırkı Prezidenti Fransua Olland 2017-ci ildə bu ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək. “lefigaro.fr” saytı xəbər verir ki, bu barədə Prezident Fransua Olland Yelisey sarayından televiziya vasitəsilə canlı yayımda bildirib. O qeyd edib ki, ikinci prezidentlik mandatı üçün namizədliyini irəli sürməyəcək.Bu, Fransada V Respublika dövründə ilk belə haldır. Bu dövrdə Fransa prezidentlərinin heç biri ikinci mandat üçün namizədliyini irəli sürməkdən imtina etməyib.xeber100.com

Dekabr 2, 2016 3:25
    Page 222 of 301« First«...102030...220221222223224...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az