21 İyun 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

6,3 bal gücündə zəlzələ baş verib

Perunun cənubunda 6,3 bal gücündə zəlzələ baş verib. "lefigaro.fr” saytı bildirir ki, zəlzələnin episentri Xuliaka şəhərindən 45 kilometr şimal-qərbdə, ocağı isə 32 kilometr dərinlikdə yerləşib.Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

Dekabr 2, 2016 3:19

Birləşmiş Krallığa gələnlərin sayı rekord səviyyəyə çatıb

Bu ilin sonuna doğru başqa ölkələrdən yaşamaq üçün Birləşmiş Krallığa gələnlərin sayı rekord səviyyəyə çatıb.Ölkənin Milli Statistika Komitəsindən verilən məlumatda bu il immiqrantların sayının 650 min nəfər olduğu bildirilib. Bunun 284 min nəfəri Avropa İttifaqı ölkələrindən gələnlərdir. Emiqrantları çıxdıqdan sonra xalis immiqrant sayı isə 335 min nəfər təşkil edir.xeber100.com

Dekabr 2, 2016 3:14

“Frost & Sullivan” şirkətinin proqnozlarına görə…

Biometrik texnologiyalar sahəsində nailiyyətlər sürücülük təcrübəsi, avtomobillərin təhlükəsizliyi və rahatlığı anlayışlarını radikal şəkildə dəyişir.“Frost & Sullivan” şirkətinin proqnozlarına görə, 2025-ci ilə kimi avtomobillərin təxminən 30 faizinə biometrik texnologiyalar tətbiq olunacaq. Belə ki, gələcəkdə sərnişin avtomobilləri barmaq izləri və gözün qüzehi qişasının skan edilməsi, eləcə də səs və jestlərin tanınması texnologiyası ilə təchiz olunacaq. psm7.com saytı xəbər verir ki, yeni nəsil avtomobillərə, həmçinin ürək döyüntüsü, beyin dalğaları, yorğunluq, stress və nəbz simptomlarının monitorinqi texnologiyası tətbiq ediləcək.xeber100.com  

Dekabr 2, 2016 3:05

ABŞ Senatının qərarına etiraz…

ABŞ Senatının birtərəfli qaydada İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyaları daha 10 il müddətinə uzadılması haqqında qərarı “Nüvə anlaşması” ilə yanaşı, beynəlxalq qanunlara da ziddir.Bu sözləri İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi Tehranda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, İran ilə Qərb dövlətləri arasında 2015-ci ilin iyununda razılıq əldə olunaraq sənəd imzalanıb. İmzalanan sənədə əsasən, İrana qarşı tətbiq olunan beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı, bunun müqabilində isə İran nüvə proqramını məhdudlaşdırmalıdır. İran razılığa əsasən üzərinə düşən öhdəliyi yerinə yetirsə də, ABŞ bunu etmir.xeber100.com

Dekabr 2, 2016 2:56

5,2 bal gücündə zəlzələ baş verib

Kosta-Rikanın mərkəzi hissəsində 5,2 bal gücündə zəlzələ baş verib.TASS agentliyi xəbər verir ki, yeraltı təkanların episentri paytaxt San-Hose şəhərindən 30 kilometr aralıda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

Dekabr 1, 2016 12:45

Türkiyə Mərkəzi Bankının rəsmi məlumatı…

Türkiyənin milli valyutası olan lirənin məzənnəsi sürətlə aşağı düşməkdə davam edir.Türkiyə Mərkəzi Bankının rəsmi məlumatına görə, dekabrın 1-də ölkə ərazisində bir ABŞ dolları 3,43 lirəyə satılıb. Son bir ayda lirə təxminən 30 qəpik (kuruş) ucuzlaşıb. Bu geriləmə avronun məzənnəsində də baş verməkdədir.Qeyd edək ki, hələlik Mərkəzi Bankın lirənin ucuzlaşması prosesinin qarşısını almaq üçün gördüyü tədbirlər nəticə vermir.xeber100.com

Dekabr 1, 2016 12:42

Associated Press agentliyinin yaydığı məlumata görə…

ABŞ-da prezident seçkilərindən sonra Viskonsin ştatında səslər yenidən sayılacaq. Seçici səslərinin yenidən hesablanması prosesi bu gün başlanacaq.Associated Press agentliyinin yaydığı məlumata görə, belə bir hesablama son 16 ildə ilk dəfədir aparılır. Bundan əvvəl müvafiq prosedura 2000-ci ildə, oğul Corc Buş və Albert Qor prezidentliyə namizədlər olarkən əl atılmışdı.Ştatın seçki komissiyasının rəhbərliyi 3 milyonadək səsin yenidən hesablanması prosesinin təşkili üçün yeni işçilər cəlb edib və iş gününü uzadıb. “Yaşılların” namizədi Cill Staynın tələb etdiyi kimi, ştatın əksər şəhərlərində səslər əl ilə sayılacaq. Agentlik xatırladır ki, seçilmiş prezident Donald Tramp Viskonsin ştatında Demokratik Partiyadan olan rəqibi Hillari Klintonu 22 min səslə üstələyib.Bir qədər əvvəl məlumat verilmişdi ki, Cill Stayn üç ştatda – Miçiqan, Pensilvaniya Viskonsin ştatlarında səslərin yenidən sayılması barədə petisiya vermək niyyətindədir. Bu üç ştatın ikisində - Pensilvaniya və Viskonsində seçilmiş prezident Donald Tramp əsas rəqibi Hillari Klintona minimal üstünlüklə qalib gələrək ümumilikdə 30 seçkiçinin səsini alıb.xeber100.com

Dekabr 1, 2016 12:39

“Vergi limanları” hesab olunan ölkələrin “qara siyahı”sı açıqlanacaq

Avropa Komissiyasının “vergi şəffaflığı sahəsində hazırladığı inqilab” vergilərin ödənilməsindən yayınmaya qarşı təsirli mübarizə aparmağa şərait yaradacaq.“vergilər.az” saytı bildirir ki, bunu Vergi məsələləri üzrə Avropa komissarı Pyer Moskovisi Avropanın gələcəyi mövzusuna həsr edilmiş sammitdəki nitqində bəyan edib.Komissarın sözlərinə görə, “Lüksemburq sızıntısı”, “Panama sənədləri” və “Baham sızıntısı” kimi hadisələr Avropa Komissiyasını həlledici addımlar atmağa vadar edib.P.Moskovisi əlavə edib ki, Avropa İttifaqı ölkələri tezliklə bank sirrindən imtina edəcəklər, şirkətlər isə vergi dərəcəsini azaltmaq və ümumiyyətlə vergi ödəməkdən yayınmaq üçün sərhədləri manipulyasiya etmək imkanından məhrum olunacaqlar.Eyni zamanda Avropa Komissiyası “vergi limanları” hesab olunan ölkələrə təsir göstərmək üçün onların “qara siyahısını” açıqlayacaq.

Dekabr 1, 2016 12:32

TASS informasiya agentliyinin məlumatı…

Braziliya Prezidenti Mişel Temer göyərtəsində “Şapekoense” klubu futbolçularının olduğu təyyarənin qəzaya uğraması ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə məlumat ölkə prezidentinin twitter səhifəsində yer alıb. Mişel Temer təyyarə qəzası qurbanlarının doğmalarına və yaxınlarına başsağlığı verib, həmçinin bildirib ki, dövlət həlak olanların qohumlarına hər cür dəstək göstərəcək.Xatırladaq ki, göyərtəsində 72 sərnişinin, o cümlədən Braziliyanın “Şapekoense” klubu futbolçularının və 9 ekipaj üzvünün olduğu təyyarə Kolumbiyanın Medelin hava limanından 50 kilometr aralıda qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 81 nəfərin 75-i həyatını itirib.LAMIA aviaşirkətinə məxsus təyyarə futbolçuları Medelin şəhərinə aparırdı. Noyabrın 30-da burada Cənubi Amerika kuboku turniri çərçivəsində yerli “Atletiko Nasional” və Brazilyanın “Şapekoense” klubları arasında oyun keçirilməli idi.xeber100.com

Noyabr 30, 2016 2:01

Yay Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyi yerlər müəyyənləşdirilib

Yaponiyanın paytaxtında dördtərəfli danışıqlar zamanı 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları ilə bağlı xərclərin azaldılması məqsədilə aparılan müzakirələrdə avarçəkmə və üzgüçülük üzrə iki yeni obyektin inşası barədə razılıq əldə olunub. Voleybol yarışları üçün yeni obyektin inşası təklifindən isə imtina edilib.Noyabrın 30-da təşkil olunan görüşdə Tokio şəhər qubenatoru, Olimpiadanın təşkilat komitəsinin sədri, Olimpiadaya hazırlıq üzrə əlaqədar dövlət naziri və Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti iştirak ediblər.İştirakçılar əvvəlcədən nəzərdə tutulduğu kimi, Tokionun dəniz sahilində avarçəkmə üzrə yeni obyektin inşası barədə razılıq əldə etsələr də, onun inşası üçün xərclərin azaldılması qərara alınıb. Tokio qubernatoru Yurike Koike həmin yarışların 2011-ci il zəlzələsi zamanı zərərçəkən Miyaqi prefekturasındakı hazır obyektdə keçirməyi təklif edirdi.xeber100.com

Noyabr 30, 2016 1:57
    Page 223 of 301« First«...102030...221222223224225...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az