23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Avropa Parlamentinin qərarına əsasən…

Avropa Parlamenti Türkiyənin Avropa İttifaqı (Aİ) ilə apardığı müzakirələrin müvəqqəti olaraq dondurulmasını tövsiyə edən və hüquqi qüvvəsi olmayan qətnamə qəbul edib. Anadolu informasiya agentliyi xəbər verir ki, bu gün Avroparlamentin Strasburqda keçirilən plenar sessiyasında səsverməyə çıxarılan qətnamənin əleyhinə 37, lehinə isə 479 parlamentari səs verib. Bu qərar ölkədə 15 iyul dövlət çevrilişi cəhdindən sonra yaranmış vəziyyət və fövqəladə rejimin tətbiqi ilə əsaslandırılır. Həmçinin üzvlük müzakirələrinin yenidən başlanmasının şərti kimi fövqəladə vəziyyətin ləğvi məsələsi irəli sürülür, Avropa Parlamentinin və Avropa Birliyinin çevriliş cəhdini kəskin surətdə qınadığı bildirilir. Bir qədər əvvəl Rəcəb Tayyib Ərdoğan qəbul olunması gözlənilən bu qətnamənin Türkiyə üçün heç bir əhəmiyyət daşımadığını bəyan etmişdi. Türkiyə ilə Avropa Birliyi arasında üzvlülük müzakirələri mövzusunun Aİ liderlərinin dekabrda keçiriləcək sammitində gündəmə gəlməsi gözlənilir.xeber100.com

Noyabr 24, 2016 3:00

Apple şirkəti 400 milyon avro vergidən yayınıb

Fransanın vergi idarəsi Apple şirkətinin yerli bölməsindən qeydiyyata alınmayan 400 milyon avro vergini ödəməyi tələb edib.Bu barədə TASS agentliyi L'Express jurnalına istinadla məlumat yayıb. Jurnal istintaq orqanlarından əldə etdiyi qeyri-rəsmi məlumatlar əsasında yazır ki, Paris iqtisadi məhkəməsində bununla bağlı müvafiq iddia qaldırılıb.Apple-in müxtəlif hüquqi yollardan istifadə edərək 2011-2013-cü illərdə ödənməli olan böyük məbləğdə vergidən yayındığı bildirilir. Şirkət iPhone, iPod və MacBook qurğularının satışından əldə edilən vəsaitlərin yalnız cüzi hissəsini qeydiyyatdan keçirib. Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi vergi məlumatlarının xidməti xarakter daşıdığını əsas gətirərək məlumatı təsdiqləməkdən imtina edib.xeber100.com

Noyabr 24, 2016 12:48

Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə…

Qanunvericiliyə uyğun olaraq noyabrın 24-dən Özbəkistanda prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayıb. Səsvermə dekabrın 2-dək davam edəcək.On gün ərzində seçki məntəqələri səhər saat 9.00-dan 18.00-dək fəaliyyət göstərəcək.Özbəkistan Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, əsas səsvermə günü - dekabrın 4-də Özbəkistanda olmayan, xarici səfərdə olan, bu və ya digər səbəblərdən həmin gün səs verə bilməyən vətəndaşlar bu hüquqdan istifadə edə biləcək.xeber100.com

Noyabr 24, 2016 12:43

Danimarka hökuməti qaçqınlarla bağlı qərar qəbul edib

Danimarka hökuməti Krallığın BMT-nin kvotası üzrə qaçqınların qəbul edilməsi proqramında iştirakının müvəqqəti dayandırılmasını bəyan edib.Danimarka KİV-ləri bu barədə məlumat verərək xatırladırlar ki, BMT-nin Qaçqınların işləri üzrə ali komissarı idarəsinin kvotasına uyğun olaraq bu ölkəyə hər il 500 nəfər sığınacaq axtaran insan gəlirdi.İnteqrasiya məsələləri üzrə nazir İnqer Stoyber ölkə parlamentində keçirilən görüşdə xatırladıb ki, Danimarkanın sosial, iqtisadi və mədəni sahədə yaranmış vəziyyətin öhdəsindən gələ bilməsi üçün bu ölkənin sözügedən proqramda iştirakını müvəqqəti dayandırmaq barədə qərar qəbul edilməsi zəruri idi. Nazirin fikrincə, bu qərarın həyata keçirilməsi sayəsində bələdiyyələr Danimarkaya gəlmiş qaçqınların qeydinə qalmaq üçün nəfəsini dərmək imkanı əldə edəcəklər.xeber100.com

Noyabr 23, 2016 3:14

Ekspertlərin hesablamalarına görə…

2016-cı ilin sonuna dünya əhalisinin demək olar ki, yarısı internetə çıxış imkanına malik olacaq. Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatında bildirilir.Ekspertlərin hesablamalarına görə, inkişaf etmiş ölkələrdə sakinlərin təxminən 80 faizi, inkişaf etməkdə olan ölkələrdə 40 faizi, az inkişaf etmiş ölkələrdə isə 15 faizdən az hissəsi internetdən istifadə edirlər. “gazeta.ru” saytı xəbər verir ki, dünyada internetdən istifadə edənlərin sayı 47 faiz təşkil edir, 2020-ci ilə bu göstərici 60 faizə yaxınlaşacaq. BTİ-nin proqnozuna görə, 2016-cı ilin sonuna 3,5 milyard insan internetə çıxışa malik olacaq.Hesabatda deyilir ki, 2016-cı ildə insanlar internetə daxil olmur, çünki onlar daima internetdədir. “3G” və “4G” şəbəkələrinin geniş yayılması daha çox insanın internetdən istifadəsinə imkan yaradıb.xeber100.com

Noyabr 23, 2016 3:09

Euronews telekanalının məlumatına görə…

Barak Obama aralarında görkəmli ABŞ aktyorları, idmançıları, memarları, biznesmenləri olan 21 şəxsə prezidentin “Azadlıq” medalını təqdim edib. Euronews telekanalına istinadla xəbər verir ki, təntənəli mərasim Ağ evdə keçirilib. Bu illik nüfuzlu mükafat “ABŞ-ın təhlükəsizliyinin və milli maraqlarının təmin olunmasında xüsusi töhfəyə görə”, həmçinin mədəniyyət, idman, biznesin inkişafında xidmətlərə və xeyriyyəçiliyə görə verilir.Bu il prezidentin mükafatını aktyorlar Robert de Niro, Tom Xenks, Robert Redford, basketbolçu Maykl Cordan, Qeyts cütlüyü, müğənni Dayana Ross, memar Frenk Qeri və başqa tanınmış amerikalılar alıblar. İki laureat- ABŞ Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Qreys Xopper və ABŞ-ın yerli əhalisinin hüquqları uğrunda mübarizə aparan hüquq müdafiəçisi Eluiz Kobbel medala ölümlərindən sonra layiq görülüblər.xeber100.com

Noyabr 23, 2016 2:42

“Facebook” yeni iş yeri açmağa hazırlaşır

Dünyada ən iri sosial şəbəkəsi olan “Facebook” Londonda öz mənzil-qərargahını açmağa və 500 yeni iş yeri yaratmaqla əməkdaşlarının ştatını 50 faiz artırmaq niyyətindədir. "Ria.ru” xəbər verir ki, bu barədə şirkətin regional vitse-prezidenti Nikola Mendelson bildirib.“Yeni qərargahın 2017-ci ildə açılışı nəzərdə tutulub. İşçilərinin ümumi sayı 1,5 min nəfər təşkil edəcəyi gözlənilir. Böyük Britaniya texnoloji şirkətlərin fəaliyyət göstərdiyi ən yaxşı yerlərdən biri olaraq qalır və bu, “Facebook” tarixinin mühüm hissəsidir”, - deyə N.Mendelson qeyd edib.Əvvəllər “Google” şirkəti də Londonda mənzil-qərargahını açmaq planları barədə məlumat vermişdi. Bu təşəbbüs Böyük Britaniyanın paytaxtında 3 min iş yerinin yaranmasına gətirib çıxara bilər.xeber100.com

Noyabr 22, 2016 3:04

TASS informasiya agentliyinin məlumatı…

İraqın Mosul şəhərinin şərqində İŞİD terror qruplaşmasının hücumu nəticəsində azı 40 İraq hərbçisi həlak olub. Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yaraqlılar İraq hərbi birləşmələrinin hücumunu dayandırmaq məqsədilə, hökumət qüvvələrinin mövqeləri yaxınlığında minalanmış avtomobilləri partladıblar.Telekanalın yaydığı məlumata görə, ordu hissələri Mosulun cənubundaki Əs-Səlamiyə yaşayış məntəqəsini terrorçulardan təmizləyiblər. Şiə könüllü dəstələri isə Naynava vilayətinin inzibati mərkəzindən qərbdə yerləşən Tall-Afar şəhərinə daxil olublar.xeber100.com

Noyabr 22, 2016 3:00

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə…

Noyabrın 22-də səhər saatlarında Fukusima prefekturasında baş vermiş güclü zəlzələdən sonra Yaponiyanın şimal-şərq rayonlarının əhalisi daha yüksək əraziyə təxliyyə olunur.Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, 7,4 bal gücündə zəlzələ səhər saat 5:58-də baş verib. Yeraltı təkanların ocağı təqribən 25 kilometr dərinlikdə yerləşib.Agentlik Fukusima və Miyaqi prefekturalarında sunami təhlükəsi barədə xəbərdarlıq yayıb. Sakit okean sahillərində yerləşən digər prefekturalara da sunami xəbərdarlığı göndərilib.NHK televiziya kanalının yaydığı məlumata görə, Miyaqi prefekturasının Senday limanında 1,4 metr hündürlükdə sunami dalğaları qeydə alınıb.Regionda yerləşən prefekturaların yerli hakimiyyət orqanları əhaliyə sunami təhlükəsi barədə xəbərdarlıq göndərərək təxliyyə olunmağı tövsiyə ediblər.xeber100.com

Noyabr 22, 2016 2:57

6,3 bal gücündə zəlzələ baş verib

Noyabrın 22-də Yeni Zelandiyanın Şimal adaları sahillərində 6,3 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanlar Palmerston-Nort şəhərindən 138 kilometr aralıda qeydə alınıb. Zəlzələnin ocağı 37 kilometr dərinlikdə yerləşib.Xəbər verdiyimiz kimi, noyabrın 13-də Yeni Zelandiya sahillərində baş vermiş 7,9 bal gücündə zəlzələ sunami dalğalarının yaranmasına səbəb olmuşdu. Həmin vaxt daha iki güclü zəlzələ qeydə alınmışdı.xeber100.com

Noyabr 22, 2016 2:53
    Page 224 of 299« First«...102030...222223224225226...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az