05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Euronews telekanalının məlumatına görə…

ABŞ Sahil Mühafizə Xidməti bu il ən böyük narkotik partiyalarından birini ələ keçirib. Dəyəri 500 milyard dollardan çox olan təxminən 17 ton kokain müsadirə edilib. Euronews telekanalı xəbər verir ki, əməliyyat Şimali və Cənubi Amerika sahilləri yaxınlığında yerləşən San-Dieqoda (Kaliforniya ştatı) həyata keçirilib. Adətən kokain qaçaqmalçılığı Kolumbiyadan Meksika və ya Qvatemalaya yayılır. Yalnız bundan sonra Birləşmiş Ştatların qərb sahillərinə daxil olur.xeber100.com

Oktyabr 28, 2016 12:01

“Hyundai”ın istehsal etdiyi avtomobillərə tələbat azalıb?!

“Hyundai” avtomobil şirkətinin mənfəəti ən aşağı səviyyəyə enib. “www.dailymail.co.uk” saytı xəbər verir ki, cari ilin iyul-sentyabr ayları ərzində “Hyundai Motor Co.” şirkətinin xalis mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 7 faiz azalaraq 988 milyon dollar təşkil edib. Mənfəətin azalmasına səbəb kimi şirkətin istehsal etdiyi avtomobillərə tələbatın azalması göstərilir.xeber100.com

Oktyabr 26, 2016 2:08

Anadolu agentliyinin məlumatına görə…

Rusiya təbii qazını Türkiyəyə çatdıracaq “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) tikintisinə 2017-ci ildə başlanılması planlaşdırılır. Layihənin ilk hissəsinin 2019-cu ildə tamamlanması üçün hər hansı bir gecikmə gözlənilmir. Anadolu agentliyi xəbər verir ki, bu fikri Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak səsləndirib. Nazir bildirib ki, “Türk axını” üzrə ikinci boru kəməri Avropa bazarının aqibəti ilə əlaqəlidir. “Türk axını” Türkiyənin xüsusilə Qərb ilə yaşana biləcək böhranların aradan qaldırılmasını təmin etmək üçün əhəmiyyətli bir layihədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ötən gün ölkəsinin öz təbii qazını zəruri zəmanət təmin olunacağı təqdirdə “Türk axını” qaz boru kəməri ilə Avropaya çatdırmağa hazır olduğunu deyib. Bildirib ki, inşa ediləcək bir boru kəmərinin Yunanıstandan keçməklə Avropaya çatdırılması planlaşdırılır. Rusiyanın enerji nəhəngi “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller qeyd edib ki, son proseslər çərçivəsində “Türk axını” üzrə planlaşdırılan iki boru kəmərinin tikintisi işlərinin 2019-cu ilin sonunda tamamlanması nəzərdə tutulur.xeber100.com

Oktyabr 26, 2016 1:56

Avropa İttifaqı yeni danışıqlar mərhələsinə başlayacaq

Cari ilin dekabr ayında İran ilə Avropa İttifaqı (Aİ) arasında yeni danışıqlar mərhələsi başlayacaq. Bu barədə ənənəvi həftəlik mətbuat konfransında İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasemi məlumat verib. O deyib ki, danışıqların yeni mərhələsində əsas müzakirə mövzusu insan hüquqlarının qorunması olacaq. İran ilə Aİ arasında müzakirə ediləsi məsələ çoxdur. Lakin insan hüquqları aparıcı mövzu olacaq. B.Qasemi bildirib ki, İran ilə Aİ-nin insan hüquqları haqqındakı təsəvvürləri, bu hüquqlara münasibətləri və yanaşma tərzləri müxtəlifdir. Lakin buna baxmayaraq rəsmi Tehran Aİ-nin insan hüquqları ilə bağlı irəli sürdüyü iddiaları dinləmək niyyətindədir. Bununla yanaşı, İran insan hüquqları ilə bağlı öz mövqeyini də bildirəcək.xeber100.com

Oktyabr 25, 2016 3:50

“Saderat” bankının fəaliyyəti bərpa olunub

İranın “Saderat” bankının London şöbəsinin fəaliyyəti bərpa olunub və hesabları aktivləşib. İran mətbuatı Böyük Britaniyanın Maliyyə Nazirliyinin bəyanatına əsaslanaraq bildirir ki, İran ilə Qərb dövlətləri arasında əldə edilən Nüvə anlaşmasından 9 ay sonra rəsmi London “Sədarət” bankının şöbəsinin açılmasına icazə verib və ədalətsizliyi aradan qaldırıb. Bəyanatda deyilir ki, İranın əsasən ixrac əməliyyatlarının maliyyələşməsini təmin edən “Sədarət” bankının London şöbəsi olan “Sədarət PLC”nin fəaliyyəti qadağan olunmuş bankların siyahısından çıxarılıb. Bankın maliyyə aktivləri azad edilib.xeber100.com

Oktyabr 25, 2016 3:45

“Bank VTB” birgünlük istiqrazların yerləşdirilməsinə başlayıb

Rusiya maliyyə bazarında debüt baş tutub: “Bank VTB” birgünlük istiqrazların yerləşdirilməsinə başlayıb.  “Vestifinance.ru” xəbər verir ki, tələb cəmi 3 milyard rubl təşkil etsə də, bank investorlara 25 milyard rubl (405 milyon dollar) həcmində birgünlük istiqraz təklif edib. İstiqraz üzrə illik gəlirlilik 10,26 faiz olub. “Bank VTB”, ümumiyyətlə 5 trilyon rubl həcmində birgünlük istiqraz yerləşdirməyi planlaşdırır. Yerləşdirmə hər gün həyata keçiriləcək, lakin bankın hər gün bazara çıxmaq kimi öhdəliyi yoxdur. Başqa sözlə, bank cari likvidliyinə əsaslanaraq emissiyanı istədiyi vaxt həyata keçirəcək.xeber100.com

Oktyabr 25, 2016 3:40

Times of Malta qəzeti yazır…

Göyərtəsində Avropa İttifaqının xarici sərhədlərin təhlükəsizliyi üzrə agentliyinin (Frontex) əməkdaşları olan yüngül motorlu təyyarə Maltada qəzaya uğrayıb.  Times of Malta qəzetinin yaydığı məlumata görə, qəza nəticəsində beş nəfər həlak olub. Lüksemburqa məxsus təyyarənin Frontex agentliyi tərəfindən icarəyə götürüldüyü bildirilir. Adanın cənubundakı Luka şəhəri aerodromundan Liviyaya istiqamət götürən Metroliner təyyarəsi havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.xeber100.com  

Oktyabr 24, 2016 11:18

Böyük Britaniyanın bankları ölkəni tərk edə bilər?!

Böyük Britaniyanın iri bankları “Brexit” səbəbindən 2017-ci ilin əvvəlində ölkəni tərk edə bilər. “lenta.ru” saytı xəbər verir ki, kiçik maliyyə təşkilatlarının ölkəni tərk etməsi isə cari ilin sonuna gözlənilir. Bu barədə Böyük Britaniyanın Bankirlər Assosiasiyasının rəhbəri Entoni Braun proqnoz verib. “Birləşmiş Krallıq hazırda ictimai və siyasi debatları düzgün olmayan istiqamətdə aparır. “Brexit” yəqin ki daha çox bankların işinə təsir edəcək, nəinki iqtisadiyyatın başqa sahələrinə”, - deyə E.Braun qeyd edib.xeber100.com

Oktyabr 24, 2016 11:07

Qanun layihələrinin müzakirələri sürətləndirilir

Yaponiyanın hakim partiyalarının üzvləri parlamentdə azad ticarət barədə Trans-Sakit okean Tərəfdaşlığı (TPP) üzrə qanun layihələrinin müzakirələrini sürətləndirəcəklərinə inanırlar. Ötən bazar günü keçirilən təkrar seçkilər zamanı parlamentin aşağı palatasındakı iki yerin saxlanması onları buna daha da ümidləndirib. Liberal Demokratik və Komey partiyalarının üzvlərinin qənaətinə görə, seçkilərin nəticəsi Baş nazir Şinzo Abenin iqtisadi siyasətinin və həmçinin TPP-nin reallaşmasının əhali tərəfindən dəstəkləndiyini deməyə əsas verir.xeber100.com

Oktyabr 24, 2016 11:02

Hərbi hava təlimləri keçiriləcək

Yaponiyanın hərbi hava qüvvələri ilk dəfə Böyük Britaniyanın Kral hərbi hava qüvvələri ilə birlikdə təlimlər keçirəcəklər. NHK televiziya kanalının yaydığı məlumata görə, Britaniyanın dörd “Eurofighter Typhoon” qırıcı təyyarəsi və “Voyager” hava tankeri oktyabrın 22-də Yaponiyanın şimal-şərqində yerləşən Aomori prefekturasındakı Misava aviabazasına enib. Məlumatda qeyd edilir ki, Yaponiya özünümüdafiə qüvvələrinin tərkibinə F-15 qırıcı təyyarələrinin də daxil olduğu səkkiz təyyarəsi oktyabrın 24-də başlayacaq təlimlərə qatılacaqlar. Yaponiya və Böyük Britaniyanın hərbi təyyarələri Hokkaydo və Tohoku regionlarının Sakit okean sahilləri yaxınlığındakı hava məkanında məşq edəcəklər.xeber100.com

Oktyabr 23, 2016 11:11
    Page 231 of 299« First«...102030...229230231232233...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az