23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Times of Malta qəzeti yazır…

Göyərtəsində Avropa İttifaqının xarici sərhədlərin təhlükəsizliyi üzrə agentliyinin (Frontex) əməkdaşları olan yüngül motorlu təyyarə Maltada qəzaya uğrayıb.  Times of Malta qəzetinin yaydığı məlumata görə, qəza nəticəsində beş nəfər həlak olub. Lüksemburqa məxsus təyyarənin Frontex agentliyi tərəfindən icarəyə götürüldüyü bildirilir. Adanın cənubundakı Luka şəhəri aerodromundan Liviyaya istiqamət götürən Metroliner təyyarəsi havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.xeber100.com  

Oktyabr 24, 2016 11:18

Böyük Britaniyanın bankları ölkəni tərk edə bilər?!

Böyük Britaniyanın iri bankları “Brexit” səbəbindən 2017-ci ilin əvvəlində ölkəni tərk edə bilər. “lenta.ru” saytı xəbər verir ki, kiçik maliyyə təşkilatlarının ölkəni tərk etməsi isə cari ilin sonuna gözlənilir. Bu barədə Böyük Britaniyanın Bankirlər Assosiasiyasının rəhbəri Entoni Braun proqnoz verib. “Birləşmiş Krallıq hazırda ictimai və siyasi debatları düzgün olmayan istiqamətdə aparır. “Brexit” yəqin ki daha çox bankların işinə təsir edəcək, nəinki iqtisadiyyatın başqa sahələrinə”, - deyə E.Braun qeyd edib.xeber100.com

Oktyabr 24, 2016 11:07

Qanun layihələrinin müzakirələri sürətləndirilir

Yaponiyanın hakim partiyalarının üzvləri parlamentdə azad ticarət barədə Trans-Sakit okean Tərəfdaşlığı (TPP) üzrə qanun layihələrinin müzakirələrini sürətləndirəcəklərinə inanırlar. Ötən bazar günü keçirilən təkrar seçkilər zamanı parlamentin aşağı palatasındakı iki yerin saxlanması onları buna daha da ümidləndirib. Liberal Demokratik və Komey partiyalarının üzvlərinin qənaətinə görə, seçkilərin nəticəsi Baş nazir Şinzo Abenin iqtisadi siyasətinin və həmçinin TPP-nin reallaşmasının əhali tərəfindən dəstəkləndiyini deməyə əsas verir.xeber100.com

Oktyabr 24, 2016 11:02

Hərbi hava təlimləri keçiriləcək

Yaponiyanın hərbi hava qüvvələri ilk dəfə Böyük Britaniyanın Kral hərbi hava qüvvələri ilə birlikdə təlimlər keçirəcəklər. NHK televiziya kanalının yaydığı məlumata görə, Britaniyanın dörd “Eurofighter Typhoon” qırıcı təyyarəsi və “Voyager” hava tankeri oktyabrın 22-də Yaponiyanın şimal-şərqində yerləşən Aomori prefekturasındakı Misava aviabazasına enib. Məlumatda qeyd edilir ki, Yaponiya özünümüdafiə qüvvələrinin tərkibinə F-15 qırıcı təyyarələrinin də daxil olduğu səkkiz təyyarəsi oktyabrın 24-də başlayacaq təlimlərə qatılacaqlar. Yaponiya və Böyük Britaniyanın hərbi təyyarələri Hokkaydo və Tohoku regionlarının Sakit okean sahilləri yaxınlığındakı hava məkanında məşq edəcəklər.xeber100.com

Oktyabr 23, 2016 11:11

Moldova Mərkəzi Seçki Komissiyası xəbərdarlıq edib

Avropa Xalq Partiyasının (AXP) Moldova Respublikası prezidenti vəzifəsinə namizəd kimi Mayya Sanduya dəstəyi barədə bəyanat mətbuatda dərc ediləndən sonra Moldova Mərkəzi Seçki Komissiyası (MSK) xatırladıb ki, bu ölkənin vətəndaşı olmayanların seçkiqabağı təşviqat aparması qadağandır. Azərtac bu barədə məlumatı Moldova KİV-lərinə istinadla yayır. Moldova MSK-nın mətbuat üçün məlumatında vurğulanır ki, müəyyən namizədin seçkiqabağı təşviqatını aparan Avropa məmurları heç oktyabrın 30-da keçiriləcək seçkilərdə beynəlxalq müşahidəçilər kimi qeydə alınmayıblar. Bununla belə, milli qanunvericiliyə görə, onlar qərəzsiz olmalı və kimə üstünlük verdiklərini göstərməməlidirlər.xeber100.com

Oktyabr 23, 2016 10:48

6,6 bal gücündə zəlzələ baş verib

Yaponiyanın qərbində yerləşən Tottori prefekturasında 6,6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində dağıntıların və xəsarət alanların olduğu bildirilir. Rusiyanın NTV telekanalı xəbər verir ki, zəlzələnin ocağı prefekturanın mərkəzində yer səthindən 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Yaponiyanın 47 prefekturasından 31-də hiss olunub. İlk güclü təkandan sonra 4,3–5 bal gücündə azı 5 afterşok qeydə alınıb. Seysmoloqlar sunami təhlükəsinin olmadığını bildirib. Təhlükəsizlik səbəbi ilə Tottori prefekturasında sürət ekspreslərinin hərəkəti dayandırılıb. Həmçinin 39,8 min ev elektrik enerjisiz qalıb. Yaponiya KİV-ləri prefektura ərazisində fəaliyyət göstərən atom elektrik stansiyalarında heç bir ştatdankənar vəziyyət müşahidə edilmədiyini yazır.xeber100.com

Oktyabr 21, 2016 2:30

RİA Novosti informasiya agentliyinin məlumatına görə…

Bir neçə gün əvvəl Çinin cənubunda tüğyan edən “Sarika” qasırğası regionun iqtisadiyyatına 5,49 milyard yen (813 milyon dollara yaxın) ziyan vurub. Bu barədə cümə günü Çin Xalq Respublikası mülki administrasiya idarəsi məlumat yayıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, idarənin məlumatına görə, Quandun, Xaynan əyalətlərində, həmçinin Quansi-Çjyan muxtar rayonunda təbii fəlakətə 11 şəhər və 50 qəzada yaşayan 3,74 milyon insan məruz qalıb. Zərər çəkmiş rayonlardan təcili qaydada 534 min insan evakuasiya olunub. Habelə 5,5 mindən çox bina zədələnib, 504 min hektar kənd təsərrüfatı bitkiləri zərər çəkib.xeber100.com  

Oktyabr 21, 2016 2:27

Las-Veqasda keçirilən final teledebatını 71,6 milyon tamaşaçı izləyib

ABŞ prezidenti postuna namizədlər Hillari Klinton və Donald Trampın çərşənbə günü Nevada Ştatının Las-Veqas şəhərində keçirilən final teledebatını canlı efirdən 71,6 milyon tamaşaçı izləyib. Bu məlumat Nielsen tədqiqat mərkəzi tərəfindən yayılıb.TASS informasiya agentliyi xəbər verir ki, namizədlərin bundan əvvəl Missuri ştatında baş tutmuş ikinci debatını 66,5 milyon insan izləmişdi. Ən çox tamaşaçı auditoriyasını isə sentyabrın 26-də Nyu-York ştatında keçirilmiş birinci teledebat toplayıb: 84 milyon nəfər. Bu, müvafiq tədbirlər üçün rekord göstərici olaraq qalır. Nielsen qeyd edir ki, Klinton və Trampın Las-Veqas dueli ABŞ prezidentliyinə namizədlər arasında keçirilən telediskussiyalar tarixində tamaşaçı auditoriyasının sayına görə üçüncü sıradadır. Reytinqdə ikinci yeri isə 1980-ci ildə Cimmi Karterlə Ronald Reyqan arasında keçirilən debatlar tutur. Onu 80,6 milyona yaxın tamaşaçı izləmişdi. Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.xeber100.com

Oktyabr 21, 2016 2:20

Fövqəladə vəziyyət üç ay müddətinə uzadılıb

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Sinay yarımadasının şimalındakı bir sıra rayonlarda fövqəladə vəziyyətin üç ay müddətinə uzadılması barədə sərəncam imzalayıb. “Əl-Əhram” qəzetinin məlumatına görə, bu qərar regiondakı qeyri-sabit vəziyyətin davam etməsi ilə əlaqədar qəbul olunub.xeber100.com

Oktyabr 19, 2016 5:54

İsveç hökuməti sərhəd nəzarətini gücləndirəcək

İsveç hökuməti krallığın cənub sərhədində tətbiq edilən sənədlərin yoxlanma işini davam etdirmək niyyətindədir.Yerli KİV-lərin yaydığı məlumata görə, hökumət bu fəaliyyətini ictimai asayişə və krallığın daxili təhlükəsizliyinə ciddi təhlükələrin mövcud olması ilə izah edir. Sərhəd nəzarəti tədbirlərinin müddətinin uzadılması məqsədilə noyabrın 11-dən sonra Avropa Komissiyasına xüsusi hesabat göndəriləcək.xeber100.com

Oktyabr 19, 2016 5:49
    Page 232 of 299« First«...102030...230231232233234...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az