10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

TASS-ın məlumatına görə…

Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət qrupları arasında atəşkəs rejimi qüvvəyə minib. TASS-ın xəbərinə görə, Qurban bayramı ilə əlaqədar elan edilən 48-saatlıq atəşkəs rejiminin uzadılacağı gözlənilir. Sentyabrın 10-da ABŞ və Rusiya Federasiyası arasında imzalanan razılaşmaya əsasən sentyabrın 12-si, saat 00:00-dan etibarən Suriyada hökumət qüvvələri və müxalifətin silahlı qrupları arasında atəşkəs qüvvəyə minir. Razılaşma İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerrinin arasında keçirilən 13 saatlıq görüşdən sonra əldə edilib.xeber100.com

Sentyabr 13, 2016 7:09

CNN-nın məlumatına əsasən…

Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Tramp Seçki Qərargahının üzvlərinə demokratların prezidentliyə namizədi Hillari Klintonun sağlıq durumunun pisləşməsi ilə bağlı hər hansı neqativ məzmunlu bəyanat vermələrini qadağan edib. CNN-nın verdiyi məlumata görə, D. Trampın köməkçiləri baş verən hadisəyə hörmətlə yanaşacaqlarına söz veriblər. İndiyə qədər dəfələrlə H. Klintonun prezident olmasına fiziki imkanlarının yetərli olmadığını bəyan etmiş D. Tramp son hadisəyə sosial şəbəkədə belə münasibət bildirməyib. Qeyd edək ki, ötən gün H. Klintonun Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktlarının qurbanlarının anım mərasimində halı pisləşib və o, rəsmi mərasimi yarımçıq tərk edib. Həkimlər ABŞ prezidentliyinə namizədə ağ ciyər pnevmoniyası diaqnozu qoyublar.xeber100.com

Sentyabr 12, 2016 11:48

5 maqnitudalı zəlzələ baş verib

“Hürriyet” qəzetinin verdiyi məlumata görə, bu gün sat 12.26 radələrində Manisa rayonunun Akhisar qəsəbəsində 5 maqnitudalı zəlzələ baş verib. Zəlzələ İzmir şəhərində, Foça və Ödemiş qəsəbələrində zəif şəkildə hiss edilib.

Sentyabr 12, 2016 11:44

Rusiya Prezidenti müsəlmanları təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Qurban bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib. Prezidentin təbrikində qeyd olunur ki, Qurban bayramı əsrlər boyu ölkənin müsəlman icmasının həyatında mühüm rol oynayıb, İslamın əbədi dəyərlərinə, adət-ənənələrə hörmət aşılayır. Təbrik məktubunda vurğulanır ki, Rusiyanın müsəlman icması ölkənin həyatında yaxından iştirak edir, gənc nəslin tərbiyəsinə, dinlərarası və millətlərarası dialoqun inkişafına töhfə verir.xeber100.com

Sentyabr 12, 2016 10:33

TASS informasiya agentliyinin məlumatı…

ABŞ prezidenti Barak Obama 2001-cı il sentyabrın 11-də ABŞ-da törədilmiş dəhşətli terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə iştirak edib. TASS informasiya agentliyi xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, Barak Obama terror aktları nəticəsində həlak olanların xatirəsini Ağ evdəki Oval kabinetdə bir dəqiqəlik sükutla anıb. Daha sonra Prezident Pentaqona gedərək faciə qurbanlarının memorialına əklil qoyub. Barak Obama burada keçirilən mərasimə toplaşanlar qarşısında çıxış edib. Xatırladaq ki, on beş il əvvəl - 2001-cı il sentyabrın 11-də terrorçular qaçırdıqları sərnişin təyyarələrini Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpıblar. Daha bir təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə vurulub. Dünyanı sarsıdan bu terror aktları nəticəsində 3 minə yaxın insan həlak olub.xeber100.com

Sentyabr 11, 2016 8:01

BELTA agentliyinin məlumatına əsasən…

Belarusda seçkilər mütəşəkkil və sakit keçir. BELTA agentliyi xəbər verir ki, bunu sentyabrın 11-də jurnalistlərə MDB-nin İcraiyyə Komitəsinin sədri-icraçı katibi, MDB-nin müşahidəçi missiyasının rəhbəri Sergey Lebedev bildirib. S.Lebedev deyib: “Təəssüratlar müsbətdir. Sakit, yaxşı təşkil olunan seçki kampaniyası gedir. Məntəqələrin əksəriyyətində bayram ab-havası hökm sürür, hava da yaxşıdır. Əmin olduq ki, insanlar seçki məntəqələrinə yaxşı əhval-ruhiyyədə gedir". Birliyin Parlamentlərarası Assambleyasının missiyası MDB-nin bütün ölkələrinə erkən səsverməni tətbiq etməni tövsiyə edəcək. Bunu jurnalistlərə MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçi Nurullo Okilzoda bildirib. O deyib: “Belarusda seçicinin erkən səsvermə hüququ var. Bu çox rahatdır. Missiyamız bu normanın qanunvericiliyə əlavə olunmasını MDB Parlamentlərarası Assambleryası üzvü olan bütün ölkələrə tövsiyə edəcək. Çünki seçki günü heç də hamının səsvermə imkanı olmur”. Belarusda parlament seçkiləri baş tutmuş sayılır. MSK-nın məlumatına görə, yerli vaxtla saat 14.00-dək seçici fəallığı 52.49 faiz təşkil edib.xeber100.com

Sentyabr 11, 2016 7:46

İspaniyada siyasi böhran davam edir

İspaniyada 2015-ci ilin sonundan bəri davam edən siyasi böhran vətəndaşları bezdirib. “Metroscopia” təşkilatının sorğusunda iştirak edən vətəndaşların 71 faizi ölkədə təkrar seçkilərin keçirilməsini istəmədiklərini deyiblər. İspaniyada qısa müddət ərzində iki dəfə parlament seçkiləri keçirilsə də, heç bir partiya mütləq səs çoxluğu əldə etməyib. Əsas səs toplayan 4 partiya isə kolisiya hökuməti üçün razılıq əldə edə bilməyib.xeber100.com

Sentyabr 10, 2016 8:30

ABŞ-ın Geoloji Xidmətinin məlumatına görə…

Perunun şimalında 6 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Moyobamba şəhərindən 51 kilometr şimalda qeydə alınıb. Zəlzələnin ocağı 114 kilometr dərinlikdə yerləşib.xeber100.com

Sentyabr 10, 2016 8:25

Şimali Koreyaya qarşı əlavə sanksiyalara razılıq verilib

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın bu yaxınlarda həyata keçirdiyi beşinci və ən böyük nüvə sınağına görə bu ölkəyə qarşı əlavə sanksiyalara razılıq verib. Azərtac BBC-yə istinadla xəbər verir ki, qərar Şuranın üzvü olan 15 ölkənin razılığı ilə qurumun təcili çağırılmış iclasında qəbul edilib. Qeyd edək ki, Şimali Koreya BMT-nin qadağalarına baxmayaraq bu il iki nüvə sınağı həyata keçirib.xeber100.com

Sentyabr 10, 2016 8:19

Dünya Bankı üç milyard dollar kredit verəcək

Misir Dünya Bankından 1 milyard dollar məbləğində ilk kredit tranşı alıb. Azərtac “ria.ru”ya istinadla xəbər verir ki, bu barədə "Al-Masri al-Youm" xəbər portalı Misirin Beynəlxalq Əməkdaşlıq Nazirliyinin bəyanatına əsasən məlumat verib. Dünya Bankı Misirə hökumət islahatlar proqramı üçün üçillik müddətə ümumilikdə üç milyard dollar kredit verəcək.xeber100.com

Sentyabr 9, 2016 2:31
    Page 243 of 301« First«...102030...241242243244245...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az