23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Beynəlxalq Uşaq Fondunun məlumatı…

BMT-nin Beynəlxalq Uşaq Fondu (UNICEF) dünyada 28 milyon uşağın müharibələr səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib. Anadolu informasiya agentliyi xəbər verir ki, təşkilat təqdim etdiyi məruzədə qaçqın durumuna düşən uşaqların sayının son 10 ildə təxminən iki dəfə artdığına diqqət çəkib. Sənəddə evlərini tərk etmək məcburiyyətində qalan 28 milyon uşağın 10 milyonunun mühacir statusu aldığı bildirilir. Məruzəyə əsasən, mühacir uşaqların 45 faizi Suriya və Əfqanıstandandır. UNICEF-in 2015-ci ildə verdiyi məlumata əsasən, uşaqlar dünya əhalisinin üçdə birini təşkil edir. Müharibələr səbəbindən evlərini tərk edən insanların isə yarısı uşaqlardır.xeber100.com

Sentyabr 7, 2016 2:17

İmmiqrasiyaya nəzarət üçün təklif olunan “bal sistemi” qəbul edilməyib

Böyük Britaniyanın Baş naziri Teresa Mey immiqrasiyaya nəzarət üçün təklif olunan “bal sistemi”ni qəbul etməyib. “Brexit” tərəfdarlarının əsas vədlərindən biri olan bu sistem Avropa İttifaqından Birləşmiş Krallığa miqrant kimi gəlmək istəyənlərin təhsilinə, işinə, sosial vəziyyətinə görə bal verilərək qəbul edilməsini nəzərdə tuturdu. Sistemə əsasən, kifayət qədər “balı” olmayan insanlar miqrant kimi qəbul edilə bilməzdi. Baş nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, “Brexit”dən sonra Avropa İttifaqından gələnlərin sayında ciddi azalma olacaq. Lakin bunun təklif edilən “bal sistemi” ilə olması Britaniya üçün uyğun deyil.xeber100.com

Sentyabr 6, 2016 12:57

İRNA-nın məlumatına görə…

Böyük Britaniya İran İslam Respublikasına yeni səfir təyin edib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yeni səfir Nikolas Hoptonun etimadnaməsinin surətini qəbul edib. İRNA-nın məlumatına görə, söhbət zamanı tərəflər münasibətlərin yenidən yaxınlaşmasında və əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildiriblər. Xatırladaq ki, 5 il əvvəl İrana qarşı ağır iqtisadi sanksiyaların qəbul edilməsi ilə əlaqədar olaraq Böyük Britaniyanın Tehrandakı səfirliyi hücuma məruz qalmışdı. Səfirliyin əməkdaşları isə təcili İranı tərk etmişdilər. Rəsmi Londonun təşəbbüsü ilə Avropa ölkələri tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar bu ilin əvvəlində aradan qaldırılıb.xeber100.com  

Sentyabr 6, 2016 12:51

3 milyon qaçqına sığınacaq verilib

İran İslam Respublikası 3 milyon qaçqına sığınacaq verib ki, bu da BMT tərəfindən yüksək qiymətləndirilir. Bu sözləri BMT Baş katibinin humanitar və fövqəladə yardım məsələləri üzrə müavini Stiven Obrayen İranın daxili işlər naziri Əbdülrza Rəhmani ilə görüşündə deyib. Nazir nəzərə çatdırıb ki, İran üç milyon Əfqanıstan qaçqınını qəbul edib. Onları ərzaq, geyim və imkan daxilində işlə təmin edib. Lakin beynəlxalq təşkilatlar bu məsələdə İrana çox cüzi yardım göstərir. BMT-nin qaçqınlarla iş üzrə agentliyi göstərilən yardımın yalnız 2 faizini təmin edir. Qalan xərcləri isə İran dövləti və ölkədə fəaliyyət göstərən humanitar təşkilatlar tərəfindən ödənilir.xeber100.com

Sentyabr 5, 2016 2:46

Ukrayna məsələsi müzakirə edilib

Sentyabrın 5-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama Çinin Hançjou şəhərində keçirilən G20 sammiti çərçivəsində görüşüblər. Interfax informasiya agentliyi xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlərin 1 saat 20 dəqiqə davam edən təkbətək görüşü zamanı Suriya və Ukrayna mövzularının müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, görüşün formatı “ən son anda” müəyyən olunub. Görüş barədə hər iki ölkə lideri sammit zamanı razılaşıb.xeber100.com

Sentyabr 5, 2016 2:36

“The Little Cabin Company” kiçik ev layihəsini hazırlayıb

Kanadada “The Little Cabin Company” memarlıq şirkəti rahat istirahət sevənlər üçün kiçik ev layihəsini hazırlayıb. “novate.ru” saytı bildirir ki, “Cobby” adlanan ev 9,6 kvadratmetr olmaqla, təbiət qoynunda istirahət üçün nəzərdə tutulur. Evin sahəsi həddən ziyadə kiçik olduğundan Kanadada onun tikintisinə icazə tələb olunmur. Mənzilin işıqlandırılmasını işıq diodları təmin edir. Belə evin qiyməti 19 min ABŞ dollarıdır.xeber100.com

Sentyabr 5, 2016 2:31

“Böyük iyirmilik” ölkələrinin sammiti işə başlayıb

Bu gün Çində “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti işə başlayıb. Dövlət başçıları sammit çərçivəsində ikitərəfli görüşlər keçiriblər. Dünən Türkiyə və Rusiya prezidentləri arasında görüş olub. Bu gün isə Rusiya və ABŞ prezidentləri görüşüblər. Azərtac xəbər verir ki, G20-nin 11-ci sammiti iki gün davam edəcək. Xatırladaq ki, “Böyük iyirmilik” iqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan böyük dövlətlərin qeyri-formal birliyidir. Qrupun qərarları konsensus əsasında qəbul olunur və məcburi xarakter daşımır. G20 ölkələrində planetimizin əhalisinin üçdə ikisi yaşayır. Dünya üzrə ümumi daxili məhsulun 85 faizi, dünya ticarətinin isə 75 faizi bu iyirmi ölkənin payına düşür.xeber100.com

Sentyabr 4, 2016 9:11

Reuters agentliyinin məlumatına əsasən…

Roma papası Fransisk Tereza ananı Roma katolik kilsəsinin müqəddəsləri sırasına daxil edilib. Tereza ananın kanonizasiyası onun ölümündən 19 il sonra baş tutub. Reuters agentliyi xəbər verir ki, mərasim sentyabrın 4-də Vatikanın Müqəddəs Pyotr meydanında keçirilib. Meydana toplaşmış on minlərlə mömin Poma papasının qərarını alqışlarla qarşılayıb. Vatikan bununla bağlı qərarını ötən ilin dekabrında açıqlamışdı. O vaxt Roma papası Tereza ananın ikinci möcüzəsini etiraf etmişdi. Belə ki, beynində çoxsaylı şişlər olan braziliyalı xəstə Tereza anaya duaları sayəsində şəfa tapmışdı. Birinci möcüzə isə Vatikan tərəfindən 2003-cü ildə qeydə alınmışdı. Onda 30 yaşlı kəlküttəli qadın mədəsindəki şişdən Tereza anaya etdiyi dualar nəticəsində xilas olduğunu xəbər vermişdi. Xatırladaq ki, xeyriyyəçilik missiyası ilə məşhurluq qazanmış etnik alban olan Tereza ana 1997-ci ildə Nobel mükafatına layiq görülmüşdü.xeber100.com

Sentyabr 4, 2016 9:05

RİA Novosti agentliyinin məlumatı…

Filippində baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb. RİA Novosti agentliyinin məlumatına görə, bundan əvvəl 10 nəfərin öldüyü, 60 nəfərin yaralandığı bildirilirdi. Ölkə prezidenti Rodriqo Duterte partlayışın terror aktı olduğunu bildirib. Partlayış ötən gün Davao şəhərindəki bazarın yaxınlığında törədilib. Davao paytaxt Maniladan sonra Filippinin ikinci ən iri şəhəridir. Rodriqo Duterte prezident seçilməmişdən əvvəl 22 ildən çox adıçəkilən şəhərin meri olub. Qeyd edək ki, Filippində "Əl Qaidə"nin yerli qanadı olan "Əbu Səyyaf" qruplaşması 20 ildir ki, fəaliyyət göstərir. 2004-cü ildə qruplaşmanın silahlıları Filippin tarixində ən irimiqyaslı terror aktı törədiblər. O zaman sərnişin bərəsinin partladılması nəticəsində 200-dən çox insan ölmüşdü.xeber100.com

Sentyabr 3, 2016 4:41

BBC-nin verdiyi xəbərə görə…

ABŞ-ın Florida ştatında əsən güclü külək və leysan yağış ciddi fəsadlar törədib. BBC-nin verdiyi xəbərə görə, “Ermina” qasırğası ştatda 300 min evi elektrik enerjisiz qoyub, bir sıra ərazilərdə daşqınlar yaradıb. Dağıdıcı küləyin sürəti saatda 130 kilometrə çatıb. Bir neçə yaşayış məntəqəsinin əhalisi təxliyə edilib. Okala şəhərində isə qasırğa bir nəfərin həyatına son qoyub. Florida ştatında fəsadlar törədən “Ermina” hazırda Cənubi və Şimali Karolina ştatlarına üz tutub. Meteoroloqlar qasırğanın daha da güclənəcəyini ehtimal edirlər.xeber100.com

Sentyabr 3, 2016 4:25
    Page 244 of 299« First«...102030...242243244245246...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az