10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

NTV telekanalının məlumatına görə…

Ukrayna təşkilat komitəsi 2017-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsini qəbul edəcək şəhəri müəyyənləşdirib. Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Ukrayna Milli Televiziyasının sədri Zurab Alasaniya “Eurovision-2017” mahnı müsabiqəsinin Kiyevdə keçiriləcəyini elan edib. Müsabiqənin keçirilməsinə Kiyevlə yanaşı, Odessa və Dnepr şəhərləri də iddia edirdi. Şəhərlərin seçilməsi zamanı Kiyev 19 səs, Odessa isə 2 səs alıb. Beynəlxalq mahnı müsabiqəsi təxminən 60 min kvadratmetr sahəsi olan Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.xeber100.com

Sentyabr 9, 2016 2:25

Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatı…

Özbəkistanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyi vaxt bəlli olub. Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbəy Abdusalomov prezident seçkilərinin 2016-cı il dekabrın 4-nə təyin olunduğunu bildirib. Xatırladaq ki, Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 2-də 79 yaşında insult nəticəsində vəfat edib. Ölkə konstitusiyasına uyğun olaraq prezident vəzifələrini icra edə bilmədiyi təqdirdə onun səlahiyyətləri parlamentin yuxarı palatasının sədrinə həvalə olunur və 3 ay ərzində dövlət başçısı postuna seçkilər keçirilir. Ali Məclis Senatının sədri Niqmatulla Yuldaşev namizədliyini geri götürdüyü üçün parlamentin hər iki palatasının iclasında Baş nazir Şavkat Mirziyayev müvəqqəti olaraq prezident səlahiyyətlərini icra etmək üçün təyinat alıb.xeber100.com

Sentyabr 9, 2016 2:14

Parlament seçkilərində iştirak edəcək namizədlərin adları açıqlanıb

Gürcüstanın hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası oktyabrın 8-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını açıqlayıb. Gürcüstan qanunlarına görə, sentyabrın 8-dək siyasi partiyalar proporsional və majoritar seçki siyahılarını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Hakim partiyanın siyahısında birinci yerdə partiyanın sədri, Baş nazir Giorgi Kvirikaşvili, ikinci yerdə Baş nazirin müavini, energetika naziri, partiyanın baş katibi Kaxa Kaladze, üçüncü yerdə isə partiyanın icra katibi İrakli Kobaxidze dayanırlar. Siyahıda ilk onluqda Tamar Çuqoşvili, Qeorqi Qaxariya, Akaki Zoidze, Tamuna Xulordava, Roman Kakuliya, Sofo Katsarava və İrina Priudze qərarlaşıblar.xeber100.com

Sentyabr 9, 2016 2:08

Suriya problemi müzakirə edilib

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Azərtac xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan danışıqlar zamanı əsas diqqət Suriyadakı vəziyyətə yönəldilib. Tərəflər Suriyada münaqişənin nizamlanması üzrə səylərin koordinasiyası məqsədilə müxtəlif kanallar vasitəsilə əlaqələri davam etdirmək barədə razılaşıblar.xeber100.com

Sentyabr 9, 2016 1:59

Ən güclü nüvə sınağı keçirilib

Koreya Xalq Demokratik Respublikası növbəti, beşinci nüvə sınağını keçirib. Azərtac xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikasının Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər yayıb. “Mövcud məlumatlara əsasən deyə bilərik ki, Şimali Koreyada nüvə sınağı keçirilib”, - deyə hərbçilərin bəyanatında bildirilir. Nazirlik partlayışın gücünün 10 kiloton olduğunu açıqlayıb. Hərbçilər qeyd edirlər ki, hazırkı sınaq indiyədək ən güclüsü olub. Müqayisə üçün bu ilin yanvarındakı nüvə partlayışının gücünün 6 kiloton olduğu bildirilir. Vəziyyətlə əlaqədar Koreya Respublikasının Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Hökumət bu məsələni müvafiq beynəlxalq qurumlarla müzakirə etməyi nəzərdə tutur.xeber100.com

Sentyabr 9, 2016 1:48

Özbəkistanda prezident seçkiləri keçiriləcək

Özbəkistan parlamentinin nümayəndəsi ölkədə prezident seçkilərinin 3 ay ərzində keçiriləcəyini bildirib. Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Özbəkistan konstitusiyasına uyğun olaraq ölkə prezidenti vəzifələrini icra edə bilmədiyi təqdirdə onun səlahiyyətləri müvəqqəti olaraq parlamentin yuxarı palatasının sədrinə həvalə edilir və 3 ay ərzində dövlət başçısı postuna seçkilər keçirilir. Özbəkistan Ali Məclisi Senatının sədri Niqmatulla Yuldaşev namizədliyini geri götürdüyü üçün parlamentin hər iki palatasının iclasında Baş nazir Şövkət Mirziyev müvəqqəti olaraq prezident səlahiyyətlərini icra etmək üçün təyinat alıb.xeber100.com

Sentyabr 8, 2016 4:10

Yeni hava taksisi istifadəyə veriləcək

Gürcüstanda “Aviator” brendi altında yeni hava taksisinin (aviataksi) istifadəyə verilməsi nəzərdə tutulub. Layihənin təşəbbüskarı olan “Adjara Group” şirkətinin baş direktoru Valeri Çexeriya jurnalistlərə bildirib ki, artıq ABŞ-dan 8 yerlik “Beechcraft” tipli kiçik təyyarələr də alınıb. Hazırda şirkət aviataksi üçün lisenziyanın alınması məsələsini həll edir. O, aviataksidə sərnişin biletlərinin qiyməti barədə məlumat verməyib. Bildirib ki, aviataksilər Tbilisidən Batumi, Kazbeqi və Svaneti istiqamətlərində uçacaq. Gələcəkdə şirkət ölkənin digər turizm bölgələrinə də belə reysləri açmağı planlaşdırır.xeber100.com

Sentyabr 8, 2016 3:22

Türkiyə hökuməti qış vaxtına keçidlə bağlı qərar qəbul edib

Türkiyə hökuməti qış vaxtına keçidin ləğv olunması barədə qərar qəbul edib. Anadolu agentliyi xəbər verir ki, rəsmi qəzetdə dərc olunmuş sənədə əsasən, “günəş enerjisindən istifadə edilməsinin artırılması məqsədi ilə” saatların əqrəbləri bundan sonra geri çəkilməyəcək. Bu qərarın Türkiyə Energetika və Təbii Resurslar Nazirliyinin təklifi əsasında qəbul edildiyi bildirilir. Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında vaxt fərqi bundan sonra il boyu bir saat olaraq qalacaq.xeber100.com

Sentyabr 8, 2016 3:08

Şərqi Asiya sammiti işə başlayıb

Laosun Ventyan şəhərində Şərqi Asiya sammiti işə başlayıb. Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, sammitdə 18 ölkənin - ASEAN-nın “onluq” ölkələri və onların dialoq tərəfdaşlarının (Avstraliya, Hindistan, Çin, Koreya Respublikası, Yeni Zelandiya, Rusiya, ABŞ və Yaponiya) nümayəndə heyətlərinin rəhbərləri iştirak edirlər. Ventyan şəhərinə, həmçinin BMT-nin Baş katibi Pan Gi Munun da gəldiyi bildirilir. Sammitdə maliyyə, energetika, ekologiya, fövqəladə reaksiya, səhiyyə, regional əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Həmçinin aktual beynəlxalq və regional problemlər ətrafında da danışıqlar aparıla bilər.xeber100.com

Sentyabr 8, 2016 3:01

Anadolu Agentliyinin məlumatına əsasən…

Ankara Polis İdarəsi 8 min 500 polisin iştirakı ilə geniş “əmin-amanlıq əməliyyatı”na başlayıb. Anadolu Agentliyi bildirir ki, bu əməliyyat daxili işlər nazirinin göstərişi ilə yaxınlaşan Qurban bayramı öncəsi təhlükəsizliyi təmin etmək məqsədilə keçirilir. Əməliyyat çərçivəsində paytaxtın 70 nöqtəsində vətəndaşların sənədləri yoxlanılır. Həmçinin, qurbanlıq satışını həyata keçirən heyvan bazarlarında da nəzarət gücləndirilib.xeber100.com

Sentyabr 7, 2016 3:13
    Page 244 of 301« First«...102030...242243244245246...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az