Norveç hökuməti 2015-ci ildə sığınacaq verilməsi barədə müraciət etmiş 15 minədək qaçqını krallıqdan çıxarmaq üçün tədbirlər həyata keçirəcək. Bu məlumatı Norveç KİV-ləri krallığın Miqrasiya İşləri İdarəsinə istinadla yayıblar. İdarənin məlumatına görə, keçən il onlara sığınacaq verilməsi barədə 31 min ərizə daxil olub. Ölkəyə ümumilikdə 10500 suriyalı, 7 min Afrika vətəndaşı, eləcə də Eritreya, İraq, İran və digər ölkələrdən mühacirlər gəlib. Beləliklə, əhalisi 5 milyon olan Norveçə 2015-ci ildə gələnlərin sayı rekord həddə çatıb, çünki bundan əvvəl qaçqınların sayı il ərzində 10 mini keçməyib. Miqrasiya İşləri İdarəsinin rəhbəri Frude Forfanq KİV-lərə müsahibəsində bildirib ki, ərizələrin sayına baxmayaraq, onların yalnız yarısı təmin ediləcək. Beləliklə, qaçqın statusu istəyən 12-15 minədək adam rədd cavabı alaraq ölkəni tərk etməyə məcbur olacaq.xeber100.com