23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“MasterCard”ın plastik kartlarından istifadə olunacaq

Avqustun 23-dən "MasterCard" beynəlxalq ödəniş sisteminin plastik kartları ilk dəfə İran bazarına çıxacaq. banks.eu saytı xəbər verir ki, bu barədə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi məlumat verib. "Bu məqsədlə "İran Post" və "MasterCard" arasında saziş imzalanıb. Avqustun 23-dən "Iran Post"un 155 poçt şöbəsində "Mastercard"ın kredit və debet kartları dövriyyəyə buraxılacaq ki, bu da ölkə sakinlərinə xaricdə səyahət zamanı ödənişlər etməyə imkan verəcək. Bir kartın balansına 10 min ABŞ dollarından çox pul yükləmək mümkün olmayacaq və bütün bank əməliyyatları İran Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğun aparılacaq", - deyə nazir qeyd edib.xeber100.com

Avqust 16, 2016 3:50

4 min insan təxliyə olunub

ABŞ-da tüğyan edən güclü meşə yanğınları Kaliforniya ştatının şimalında yerləşən bir neçə yaşayış məntəqəsinin 4 min sakininin təxliyəsinə səbəb olub. Interfax informasiya agentliyinin məlumatına görə, yanğınlar San-Fransisko şəhərinin şimalında yerləşən Louer Leyk şəhərciyinə çatıb. Burada 10-dan çox ev, həmçinin poçt bölməsi tamamilə yanıb. Qonşu Klir-Leyk şəhəri də təhlükə ilə üzləşib. Bununla əlaqədar yerli xəstəxana administrasiyası təcili şəkildə pasientlərin təxliyə olunmasına qərar verib. Xatırladaq ki, şənbə günündən başlayaraq sürətlə yayılan alov min hektardan çox ərazini əhatə edir. Bölgədə əsən güclü külək yanğınla mübarizəni çətinləşdirir. Hazırda ştat ərazisində hökm sürən şiddətli istilər və quraqlıq nəticəsində yaranmış 11 yanğın ocağı qeydə alınıb. Bu rayonlar keçən il də 1,3 min evin məhv olması ilə nəticələnən güclü meşə yanğınlarından zərər çəkmişdi.

Avqust 15, 2016 2:51

Genişmiqyaslı hərbi təlimlər başlayıb

Rusiya Xəzər dənizində genişmiqyaslı təlimlər keçirir. “RİA Novosti”nin verdiyi məlumata görə, Rusiya Xəzər donanmasının gəmiləri təlim döyüşlərinə başlayıblar. Təlimlərə hərbi aviasiya da cəlb olunacaq. Gəmi heyətlərinin üzvləri dənizdə müxtəlif raket və artilleriya atışları həyata keçirəcəklər. Təlimlərə “Dağıstan” və “Tatarıstan” raket gəmiləri, “Velikiy Ustyuq”, “Volqodonsk” və “Mahaçqala” kiçik raket və artilleriya gəmiləri, tral gəmiləri olmaqla, ümumilikdə 20 gəmi və kater cəlb olunub.xeber100.com

Avqust 15, 2016 11:44

“RİA Novosti” agentliyinin məlumatı…

Saxalin adasında 5,9 maqnitudalı zəlzələ baş verib.  “RİA Novosti” agentliyinin verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 22.15 (Bakı vaxtı ilə 14.15) radələrində Aleksandrovsk-Saxalin şəhərindən 62 km cənubda baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.xeber100.com

Avqust 14, 2016 10:39

İnformasiya texnologiyaları üzrə 100 zəngin insanın adı açıqlanıb

ABŞ-ın “Forbes” jurnalı informasiya texnologiyaları sahəsində planetin 100 ən zəngin insanının reytinqini dərc edib. Reytinqə əsasən, 10 ən zəngin insan varidatını ötən illə müqayisədə 64,9 milyard ABŞ dolları artırıb. “Forbes.ru” saytı xəbər verir ki, 78 milyard ABŞ dollarına sahib olmaqla “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts reytinqdə birinci, “Amazon.com” internet şirkətinin direktoru və “Blue Origin”in təsisçisi Ceff Bezos (66 milyard dollar) ikinci, “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq (54 milyard dollar) isə üçüncü yerlərdə qərarlaşıblar. İlk beşlikdə, həmçinin “Oracle” şirkətinin qurucusu Larri Ellison (51,7 milyard dollar) və “Google” şirkətinin təsisçiləri Larri Peyc (39 milyard dollar) və Sergey Brin (38,2 milyard dollar) yer alıblar. İnformasiya texnologiyaları üzrə yüz ən zəngin insanın varidatı 892 milyard dollar təşkil edir.xeber100.com

Avqust 12, 2016 3:50

8,4 milyard dollarlıq neft emalı zavodu inşa ediləcək

İran ilə İndoneziya bu ölkədə 8,4 milyard dollarlıq neft emalı zavodu inşa edəcək. “Mehr” agentliyinin verdiyi xəbərə görə, bununla bağlı iki ölkə şirkətləri arasında müqavilə imzalayıb. Layihəyə Çin və Avropadan investorların da daxil olduğu bildirilir. Neft emalı zavodunun tikintisinin 4,5-5 ildə tamamlanması nəzərdə tutulur. Yeni zavodun tutumu ildə 300 min barrel olacaq. İranın səlahiyyətliləri zavodda istehsal ediləcək neft məhsullarının 30 faizinin İrana, 20 faizinin İndoneziyaya, 50 faizinin isə Çinə məxsus olacağını deyiblər.xeber100.com

Avqust 12, 2016 3:47

TASS informasiya agentliyinin məlumatına əsasən…

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Sergey İvanovu Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edib. TASS-ın Kremlin mətbuat xidmətinə istinadla yaydığı məlumata görə, bu vəzifəyə Anton Vayno təyin olunub. Sergey İvanov isə Rusiya Prezidentinin təbiəti mühafizə, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi təyin edilib.xeber100.com

Avqust 12, 2016 3:37

Riqa-815

Bu gün Riqa şəhərinin əsasının qoyulmasının 815 ili tamam olur. Riqanın əsasının qoyulduğu tarix 1201-ci ildən hesablanır. Lakin arxeoloji məlumatlara görə, hələ XII əsrin birinci yarısında burada insan məskənləri mövcud olub. Şəhərin adı, linqvistlərin əksəriyyətinin fikrincə, “Rīng” sözündən götürülüb ki, bu da “çayın döngəsi” mənasını verir. Şəhərin əsasını qoymuş şəxsin kimliyi barədə elmi mübahisələr aparılır. Üç yepiskopun – Bertold, Meynxard və Albert fon Appeldernin adları çəkilir. Bunlardan sonuncusunun Riqa şəhərinin əsasını qoyduğu rəsmən qəbul edilib. Bu, Dauqava sahillərinə hərbi dəstə və Livoniyanın fəth edilməsi barədə papa bullası ilə gələn yepiskop olub.xeber100.com

Avqust 12, 2016 3:28

Kibercinayətkarlıqla mübarizə üzrə xüsusi idarə açılıb

Avstraliya hökuməti kibercinayətkarlıqla mübarizə üzrə xüsusi idarə açıb. “banks.eu” saytı xəbər verir ki, idarə terrorizmin maliyyələşdirilməsinə, pulların yuyulmasına və onlayn-ödənişlərdə dələduzluğa qarşı mübarizə aparacaq. İdarə, həmçinin işə qəbul zamanı qanunsuz sxemi aradan qaldırmaq üçün Avstraliya və Yeni Zelandiyanın şəxsiyyətin identifikasiyası üzrə “iDcare” xidməti ilə əməkdaşlıq edəcək. İdarədən bildirirlər ki, ən azı 197 nəfər belə sxemin qurbanı olub, 41 nəfər pulların yuyulması üzrə qanunsuz sxemə sövq edilib. Apreldən iyunadək 112 milyon kiberhücum hadisəsi qeydə alınıb.xeber100.com

Avqust 12, 2016 10:38

Parlament seçkilərinə həsr edilmiş layihəyə start verilib

Belarus Teleqraf Agentliyi (BELTA) öz saytında Belarusda parlament seçkilərinə həsr edilmiş xüsusi layihəyə start verib. BELTA agentliyi xəbər verir ki, xüsusi layihə bir neçə bölmədən ibarətdir. Həmin bölmələrdə rəsmi sənədlər və seçki kampaniyasının gedişinə aid xəbərlər, seçkilər və respublika referendumları keçirilməsi üzrə Belarus Mərkəzi Komissiyasının məlumatları dərc edilir. Layihənin multimedia hissəsini infoqrafika, foto- və videomateriallar tamamlayır. “Testlər” bölməsində istifadəçilər seçki prosesinin incəlikləri barədə biliklərini yoxlaya bilərlər. Deputatlığa namizədlər qeydiyyata alınandan sonra onların seçki dairələri üzrə siyahıları dərc ediləcək. Seçkilər günündə seçicilərin səsvermə məntəqələrinə gəlmələri barədə məlumatların və digər operativ informasiyanın saytda yerləşdirilməsi planlaşdırılır. Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarını elan edəndən sonra seçilmiş deputatların siyahısı dərc ediləcək.xeber100.com

Avqust 12, 2016 10:35
    Page 250 of 299« First«...102030...248249250251252...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az