03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Ukrayna ali təhsili haqqında” qanunda dəyişiklik edilə bilər?!

Ukraynada tələbələr üçün təqaüdlərin verilməsi və magistratura təhsili üçün dövlət hesabına yerlərin ayrılması gələn ildən dayandırıla bilər. Ukraynanın “Vesti” nəşrinin verdiyi məlumata görə, bu barədə Ali Radanın elm və təhsil komitəsinin sədr müavini Aleksandr Spivakovski deyib. O bildirib ki, Təhsil və Elm Nazirliyi bunun mümkünlüyü ilə bağlı Maliyyə Nazirliyindən məktub alıb. Bildirilir ki, hazırda tələbələr üçün ayrılan aylıq təqaüd 830 qriven (təxminən 53 manat) təşkil edir. Qərarın qüvvəyə minməsi üçün “Ukrayna ali təhsili haqqında” qanuna dəyişiklik edilməlidir.xeber100.com

Avqust 9, 2016 3:54

Dünya liderlərinə müraciət…

Avqustun 9-da Yaponiyanın qərbində yerləşən Naqasaki şəhərində atom bombardmanının 71-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə çıxış edən Naqasakinin meri Tomihişa Taue cari ilin mayında ABŞ Prezidenti Barak Obamanın bu şəhərə tarixi səfərini xatırladıb, digər liderləri də həmin şəhəri ziyarətə dəvət edib. Dünya liderlərinə müraciət edən mer onları nüvə silahının ləğvi üçün hüquqi əsasların yaradılacağı müzakirələrə başlamağa çağırıb. Mərasimdə çıxış edən Baş nazir Şinzo Abe bildirib ki, Yaponiya Nüvə silahının yayılmaması barədə müqavilənin saxlanması və möhkəmlənməsi üçün lazım olan hər şeyi edəcək. Baş nazir nüvə silahına malik olan və olmayan ölkələri bu silahın ləğv edildiyi dünya yaratmağa çağırıb.

Avqust 9, 2016 3:43

Sankt-Peterburqdan Antalyaya reyslər başlayıb

“Türk Hava Yolları” aviaşirkəti Sankt-Peterburqdan Antalyaya müntəzəm reyslərə başlayıb. RİA Novosti agentliyi xəbər verir ki, ilk reys avqustun 9-da yerinə yetirilib. Uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günü həyata keçiriləcək. Qeyd edək ki, “Türk Hava Yolları” aviaşirkəti 2014-cü ilin oktyabrından Sankt-Peterburq və Antalya arasında müntəzəm reysi dayandırmışdı.xeber100.com

Avqust 9, 2016 3:32

TASS agentliyinin məlumatına görə…

Avqustun 9-da Sankt-Peterburqda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilir. TASS agentliyinin məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrlə bağlı müzakirələr aparılır.xeber100.com

Avqust 9, 2016 2:19

400 milyon dollarlıq müqavilə imzalanıb

Rusiya Birbaşa İnvestisiyalar Fondu (RDIF) ilə Türkiyənin “Rönesans Holding”i arasında 400 milyon dollarlıq investisiya iş birliyi müqaviləsi imzalanıb. Azərtac xəbər verir ki, bu barədə RDIF-dən edilən yazılı şərhdə deyilir. Sənəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Rusiyaya səfəri çərçivəsində imzalanıb. Müqaviləyə görə, RDIF və “Rönesans Holding” birgə Rusiyadakı səhiyyə, tikinti, infrastruktur və əmlak sektorlarındakı uyğun investisiyalara diqqət yönəldəcək.xeber100.com

Avqust 9, 2016 2:16

ABŞ-ın hipermarketlər şəbəkəsi olan “Walmart” 428 milyard dollar gəlir əldə edib

ABŞ-ın hipermarketlər şəbəkəsi olan “Walmart” e-ticarət şirkəti “Jet.com”u 3,3 milyard dollara satın almaq barədə razılığa gəlib. Azərtac xəbər verir ki, “Walmart”dan edilən şərhdə hər iki şirkətin rəhbər qurumlarının təsdiqlədiyi razılaşma çərçivəsində “Walmart” “Jet.com”a 3 milyard dollar nağd pul və 300 milyon dollar dəyərində səhm verəcək. Analitiklər bu alğı-satqı müqaviləsini “Walmart”ın e-ticarət nəhəngi “Amazon”un internet və mobil tətbiqlərlə reallaşdırdığı satış həcminə çatmaq və bazarda daha rəqabətli ola bilmək üçün mühüm addım kimi qiymətləndirirlər. “Walmart” keçən il 428 milyard dollar gəlir əldə edib. Bunun 14 milyard dollarlıq hissəsi internet və mobil tətbiqlərdən edilən satışlardan gəlib. E-ticarət nəhəngi “Amazon”un keçənilki gəliri isə 107 milyard dollar olub.xeber100.com

Avqust 9, 2016 11:33

Qarabağ məsələsində güzəştlər oluna bilər

Ermənistanda yeni kütləvi etiraz aksiyasının vaxtı açıqlanıb. Faktinfo.az bildirir ki, polis alayını ələ keçirən silahlıları dəstəkləyən mitinqçilər şənbə günü aksiya keçirib. Növbəti aksiya avqustun 8-nə təyin edilib. Nümayiş təşkilatçılarından biri bunu Putinlə Sərkisyanın görüşünə təzyiq kimi keçirəcəklərini deyib: “Avqustun 10-da Sərkisyan Putinlə görüşəcək. Bu zaman Qarabağ məsələsində hansısa güzəştlər oluna bilər. Bizim Azadlıq meydanına yığışmağımız böyük təsir göstərə bilər. Ona görə biz 8-9 avqustda yığışacağıq”.xeber100.com

Avqust 7, 2016 1:02

“Facebook” sosial şəbəkəsi avadanlıq istehsalçısı olmağa başlayır

Sosial media nəhəngi bu məqsədlə 2 min kvadratmetr sahəyə malik böyük bir laboratoriya açıb. Tamamilə yeni avadanlıqların hazırlanmasına və inkişaf etdirilməsinə yönəldiləcək “Area 404” adlı laboratoriyada virtual reallıq gözlükləri üçün aksessuarlar, kameralı əşyalar və digər maraqlı ixtiralar olacaq. Beləliklə, maraqlı layihələrlə daim diqqəti cəlb edən “Facebook”un qısa zamanda mühüm təchizat istehsalçısı da olması gözlənilir.xeber100.com

Avqust 6, 2016 5:36

TASS agentliyinin məlumatına görə…

ABŞ-ın Dallas şəhərində keçirilən hərracda Supermen haqqında ilk komiks 956 min dollara satılıb. TASS xəbər verir ki, Action Comics-in çapdan çıxmış ilk sayının üzərində göstərilən tövsiyə olunan qiymət isə 10 sent olub. Hərracın təşkilatçıları nadir nüsxəni 750 min dollara satmağı düşünsə də, yekun gəlir gözləniləndən xeyli çox olub. Qeyd edək ki, indiyə qədər komiksin ilk nüsxəsinin 100-dən artıq surəti qorunub saxlanıb. Hərracda satışa qoyulan nüsxə isə Supermen fanatı tərəfindən 1990-cı ildə 26 min dollara alınmışdı. Qeyd olunur ki, nüsxənin vəziyyəti də idealdan xeyli uzaqdır. Bir çox kino və cizgi filmlərinin qəhrəmanına çevrilmiş Supermen Amerikanın və dünyanın ən populyar komikslərindən biridir. Daha bir maraqlı fakt isə Supermen və digər müsbət komiks qəhrəmanlarını ekranda canlandıran aktyorların bədbəxt hadisələrlə üzləşməsidir.xeber100.com

Avqust 6, 2016 4:58

Anadolu agentliyinin məlumatına görə…

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner Türkiyənin təqdim etdiyi sənədlər üzərində çalışdıqlarını söyləyib. Anadolu agentliyinin məlumatına görə,  Toner gündəlik mətbuat konfransında Fətullah Gülənin ekstradisiyası ilə bağlı onlara müxtəlif sayda dosyenin çatdığını və ABŞ Ədliyyə Nazirliyinin bu sənədlərin rəsmi ekstradisiya şərtləri ilə üst-üstə düşüb düşmədiyini araşdırdığını bildirib. Mark Toner sənədlərin araşdırılmasının müəyyən qədər vaxt alacağını söyləyib.xeber100.com

Avqust 5, 2016 3:35
    Page 252 of 299« First«...102030...250251252253254...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az